Fakültəelmişurasıvəonunsəlahiyyətləri.Ali təhsil müəssi- səsinin fakültəsinə ümumi rəhbərlik seçkili orqan tərəfindən – dekanın başçılıq etdiyi fakültə elmi şurası tərəfindən həyata keçirilir.Fakültə elmi şurasının sədri – fakültə dekanıdır. Fakültə elmi şurası Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş “Ali məktəbin fakültə elmi şurası haqqında əsasnamə” üzrə fəaliyyət göstərir.
Fakültə elmi şurası: fakültədə mütəxəssis hazırlığına, fakul- tənin elmi tədqiqat fəaliyyətinə və kafedraların maddi texniki təchizatı ilə bağlı məsələlərə baxır; fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün müsabiqələr keçirir; tədris planlarının və tədris proqramlarının layihələrini, kafedraların tədris- metodik və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir; hər il dekanın hesabatını dinləyir; tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir; fakültə üzrə olan dosent, baş müəllim və assistentlərin, aparıcı və böyük elmi işçilərin, elmi işçilərin və kiçik elmi işçilərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır; doktorluq dissertasiyası üzərində işləyən elmlər namizədlərindən elmi işçi vəzifələrini tutmaq istəyənlərin məsələsini müzakirə edir və müvafiq rəy verir; həmin ali təhsil müəssisəsinin məzunlarından magistraturaya qəbul olunmaq üçün namizədlərə zəmanət verir, tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini müzakirə edir; elmi şuranın sədri şuranın qərarlarının icrasını
müntəzəm yoxladır və icranın vəziyyəti barədə şura üzvlərinə məlumat verir və s.