Xarici dillərin tədrisində dinləyib - anlama bacarığı ən cox diqqəti cəlb edən əsas bacarıqlardan biridir və bu bacarıqların formalaşdırılmasında nəticə əldə etmək çətinliklərlə qarşılaşır. Məktəbimizin 746 nəfər şagirdlərindən 300 nəfəri fransız dilini öyrənirlər. Fransız dili üzrə dinləmə mətninin buraxılış imtahanına əlavə edilməsi şagirdlərin bu istiqamətdə imtahan vermələrində cətinliklər yaradır. Xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində “Dinləyib-anlama” məzmun xətti üzrə sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur. Buraxılış itahanlarında təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılır. Mən ümumtəhsil məktəblərində şagirdlərin fransız dilində dinləyib-anlama bacarıqlarının formalaşdırılmasında dinləyib-anlama məzmun xətti üzrə resursların kifayət qədər olmaması problemi ilə dəfələrlə qarşılaşmışam. İxtisasını mükəmməl bilən ümumi təhsil müəssisələrində calışan müəllimlərin gündəlik dərs planlaşdırılmasında da bu sahədə çətinliklərlə üzləşdiklərini müşahidə etmişəm. Ümuni orta təhsil səviyyəsində xarici dillərin buraxılış imtahanları zamanı xüsusilə, dinləyib-anlama bacarıqlarının qiymətləndirilməsi ücün salınan suallar, tapşırıqlar 9-cu və 11-ci sinif şagirdlərinin cətinlikləri olduğu ücün fransız dilində dinləmə dərslərinə, səsli dərslərə, dinləmə mətnləri yazılmış disk və bu kimi resurslara ehtiyacının olduğuna dəlalət edir. Əgər məktəb layihəm qalib olarsa, növbəti imtahana qədər hədəf ərazidə zəif nəticə göstərən şagirdlərin müəllimlərini fransız dilinə aid mətnlər yazılmış hazırladığım audio disklər və paylama materialları ilə qısa müddətdə təmin edəcəyəm. Tədris ili 14 iyun tarixində bitdiyini nəzərə alaraq buraxılış imtahanının 2-ci mərhələsinə qədər qalan 15 gün hər bir müəllimin öz şagirdləri ücün əlavə dinləyib-anlama məşğələləri kecirilməsini təmin edəcək və nəzarət edəcəyəm.
Buraxılış sinif şagirdlərinin Fransız dilində təlim keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə dinləyib-anlama bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyət.
, Vəzifələri (0,5 səhifə)
- Fransız dili tədris olunan ümumtəhsil məktəblərini araşdırmaq,
- Dinləyib-anlama dərslərində cətinliyi olan fənn müəllimlərlərini müəyyənləşdirmək
- Fransız dilini öyrənən 9-cu və 11-ci sinif şagirdlərini müəyyənləşdirmək.
- Dinləyib-anlama dərslərində iştirak edən müəllimləri müəyyənləşdirmək
- Təlimlərin kecirilmə yerini, vaxtını müəyyən etmək.
- Dinləyib-anlama dərslərinin kecirilməsi ücün mərkəzin təşkili.
- Yekun konfrans
Həyata keçiriləcək fəaliyyət növlərinin qısa təsvirini, icra müddətini ardıcıllıqla qeyd edin. Hər bir fəaliyyət növü üzrə əldə ediləcək nəticələri konkret olaraq təsvir edin.
*Ümumtəhsil məktəblərinə getmək ,
* Müəllimlərlə sorğu kecirmək, Sorğu vərəqləri hazırlamaq, müzakirələr aparmaq, ümumtəhsil məktəblərində işləyən 30 nəfər fransız dili müəllimlərini seçmək.
* Təlim məşğələlərində iştirak edəcək 200 şagirdi müəyyənləşdirmək
* şagirdlərlə 20 təlim məşğələsi, müəllimlərlə 12 təlim və yekun konfrans kecirmək
“Ağızdan qulağa, qulaqdan ağıza”
layihəsinin açılış həftəsi üçün Rolap və informativ plakatlar hazırlamaq .
* İstifadə ediləcək resursları hazırlamaq, istifadə ediləcək mətnlərin secilməsi, disklərin hazırlanması, səs gücləndirici , proyektor ,və s kimi texniki vasitələrin təmin olunduğu mərkəz yaradılması
* Təlimdə iştirak edə biləcək müəllimləri müəyyənləşdirmək
*Zəruri avadanlıq və vasitələr hazırlamaq.
Layihə 4 ay davam edəcəkdir. iyun , iyul, avqust və sentyabr ayları
Layihənin həyata keçirilməsinin sonunda- nəticədə ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri dinləyib –anlama bacarıqlarının inkişafına nail olacaq, imtahana hazırlıq ücün resurslarla təmin olunacaqlar. Müəllimlər dinləyib-anlama bacarıqlarının inkişaf etdirilməsi ücün yeni texnika və üsullarla tanış olacaq , əsasən cox da dərindən fikir vermədikləri bu bacarıqların xarici dilin öyrənilməsində nə qədər böyük əhəmiyyət kəsb etdiyini daha dərindən dərk edəcək və öz fəaliyyətlərində bu sahədə olan cətinlikləri aradan qaldırmağa nail olacaqlar, dinləmə dərsləri haqqında məlumatlandırılacaqlar.
Bununla yanaşı, bu görüşlərdən sonra müəllimlər dinləyib –anlama məzmun xətti ilə daha yaxşı işləməklə digər məzmun xətləri üzrə inteqrasiyanın istifadə edəcəyinə və ya onların təlimində daha çox və müvafiq şəkildə istifadə olunacağına əmin olduqlarına inanacaqlar. Dinləmə dərslərinin tətbiqi ilə müəllimlər gündəlik dərs planlaşdırılmasında müvafiq şəkildə istifadəsinin mühüm əhəmiyyət kəsb etdiyini öyrənəcək və buraxılış sinif şagirdlərinin dinləyib-anlama bacarıqlarını daha müvəffəqiyyətlə nümayiş etdirməsinə nail olacaqlar ki, bu da şagirdlərin maraq, meyl və tələbatlarına uyğun bacaracaqlar formalaşmasına gətirib cıxaracaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublikanın ümumtəhsil məktəbləri və RTŞ ilə əlaqə yaratmaq, TİPİ və Azərbaycandakı Fransa Səfirliyinin mədəniyyət və təhsil şöbəsi ilə, ADU nun fransız dili fakültəsi ilə əlaqə saxlamaq
Layihənin icrası və nəticələri haqqında, müəllimlərin işlədiyi təhsil müəssisələrini məlumatlandırmağı planlaşdırirıq. Həmcinin KİV –ə mütəmadi məlumat verməyi, layihənin davamlılığı ücün donorlar, müxtəlif fondlarla danışıqlar aparmaq , sosial şəbəkələrdə müəllimlərlə müzakirələr aparmağı planlaşdırırıq.
Layihənin qiymətləndirmək məqsədi ilə “Ekspert sorğu “ üsulundan istifadə edəcəyik. “Ekspert sorğu “ zamanı qoyulan meyarlar:
-
- Dinləmə dərslərinin tətbiqinin müəllimlər tərəfindən necə mənimsənilməsi
- Dinləmə dərslərinin tətbiqinin şagirdlər tərəfindən necə mənimsənilməsi
- Yeni mövzuya başlamaq ücün hazırlıq mərhələsini necə qurulması
- Mütamadi olaraq tətbiq olunan yeni texnologiyaların təkrarlanması
Dostları ilə paylaş: |