A.A.Hüseynovun “Böyük peyğəmbərlər və mütəfəkkirlər. Mənəviyyat təlimləri: Musadan günümüzədək”
adlı kitabına rəy
(Moskova: Veçe, 2009, 496 s.)
(xülasə) Fəlsəfə doktoru L.Hümmətova tərəfindən A.A.Hüseynovun “Böyük peyğəmbərlər və mütəfəkkirlər. Mənəviyyat təlimləri: Musadan günümüzədək” adlı kitabına yazılmış resenziyada böyük peyğəmbərlərin və mütəfəkkirlərin mənəviyyat haqqında təlimlərində verilmiş əxlaq nümunələrinin aktuallığı əsaslandırılır. Kitabın digər üstünlükləri arasında nəzəri məzmunu və normativ qərarları ilə vəhdətdə götürülən etikanın həyat tərzi kimi nəzərdən keçirilməsi, bəşəriyyətin mənəvi inkişaf mərhələlərinin araşdırılması, müasir cəmiyyətin əxlaqının, Şərqlə Qərbin qarşılıqlı münasibətlərində baş vermiş dəyişikliklər prizmasından təhlil olunması qeyd olunur.