MüNDƏRİcat


İdeya və onun maddi həyata qatılması



Yüklə 1,64 Mb.
səhifə71/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   67   68   69   70   71   72   73   74   ...   100
İdeya və onun maddi həyata qatılması

(maddiləşməsi)
İdeya – iradə - fəaliyyət
Adətən ideya maddiləşərkən (“материальное воплощение идеи”, “küt­lələrə yiyələnmək” də maddiləşməyin bir formasıdır) hadisələr dünya­sı­na real güc kimi daxil olur. Əvvəlcə ideya iradə ilə birləşir, onun ictimai və ya texniki güc kimi maddi prosesləri istiqamətləndirməsi baş verir. Lakin bu ira­də bir qayda olaraq ideyanı gözəl mənimsəmiş, özününküləşdirmiş şəx­siy­yətin olmasını tələb edir. İdeyanı şəxsiyyət verir. İradə də şəxsiyyətə məx­­susdur. Bu ikisi bir adamda da ola bilir. Əvvəlcədən sintez halında. İkincidə də birləşə bilər (iradə sahibi ideyanı mənimsədikdə). (Dində ideya ilahidən gəlir. Peyğəmbər ideyanı mənimsəyən və iradə göstərən şəxsdir).

Lakin böyük miqyaslı maddiləşmə prosesi, xüsusən onun çoxpilləli ic­ti­mailəşmə (və ya texnika və texnologiyaların istehsalata tətbiqi) mər­hə­lə­sin­dən keçməsi daha böyük müddət (ideya-iradə sahibinin potensialına fi­zi­ki imkanlarına nəzərən) tələb etdiyindən sonra gələn nəsillərin bu ideyanı ne­cə davam etdirməsi probleminə çevrilir.

Dinlər də bax, beləcə, ilk dövrdə həmin din olaraq yayılır, kütlələr yi­yə­lənır...sonra çoxlu kiçik ideya mərkəzləri – təriqətlər yaranır və yayılır və pa­ralel surətdə mollaların şüur səviyyəsinə uyğunlaşmış, cırlaşmış surroqat­lar. Yenə kiməsə lazımdır ki, ideya onda təzahür etsin və canlansın.
Böyük filosoflar, ixtiraçılar və s. zaman keçdikcə heykəlləşir, onların ide­yaları kitablarda qalır, maddi müstəvidə, ictimai müstəvidən artıq çı­xa­rıl­mış olur və ya qatışıq şəkildə istifadə edildiyindən müəllif itir, qatışıb yox olur.

Nə vaxtsa, kimsə onu canlandırır. İdeya yeni bir iradə ilə birləşir. Heykəl canlanır və yeni ideyalarla birgə fəaliyyətə başlayır.



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin