MüNDƏRİcat


İdeya vakuumları və qeyri-adekvat “ideya-iradə” mərkəzləri



Yüklə 1,64 Mb.
səhifə72/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   68   69   70   71   72   73   74   75   ...   100
İdeya vakuumları və qeyri-adekvat “ideya-iradə” mərkəzləri

İdeya-iradə subyekti cəmiyyəti müəyyən bir istiqamətə yönəldə bilib­sə, artıq cəmiyyət təşkilatlanıbsa, struktur formalaşıbsa, (hüquqi dövlət, kons­titusiya, qanunlar sistemi, hüquqa çevrilmiş ideologiya) – ideya – ideo­lo­giya, o da ictimai şüurlara (ictimai ideologiya – ictimai psixologiya) ke­çib­sə, hüquqi müstəvidə və adekvat dövlət quruculuğu sistemində qərar­la­şıb­sa – daha ilkin səbəbə, ideyaya, hətta hərəkətverici qüvvəyə-ideya – iradə sub­yektinə ehtiyac “götürülübsə”... onda tədricən sistemin başlı-başına bu­ra­xılması, azadlığa daha çox meydana verilməsi, zərurətin tədricən yaddan çı­xarılması, və, nəhayət, cəmiyyət ideyasızlaşır (ideya ilə yüklənmiş cəmiy­yət yükünü itirir.

Bu, cəmiyyətin təhlükəli dövrüdür. Çünki ideya boşluğu öz işini gö­rür. Yaşayan ideyalar, daha doğrusu, çox vaxt ideyaçılar ortaya çıxar və asan­lıqla yayılır. İnsanlar ideyaya olan tələbatını, iradəyə olan tələbatını ide­yaçılar və kiçik ideya – iradə mərkəzləri hesabına ödəyirlər.

Bəzən çox güclü ideya – iradələr ortaya çıxır, lakin bəşəriyyətin in­ki­şa­fına yabançı istiqamətlərdə, xeyli fərqli istiqamətlərə (Kommunizm, Le­nin, Hitler, Stalin, Səddam, Ben-Laden) – Amerika prezidentləri əslində bö­yük güc olan, lakin adekvat ideya ilə istiqamətləndirilməyən sistemlər.

Dində çox vaxt missioner təşkilatlarının fəaliyyətindən narahat olurlar. Çox vaxt mollalar dini ideyadan çox uzaq, aşağı olan adamlar boşluğu doldururlar.


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin