MüNDƏRİcat


İdeal elastiki mühitlərdə dalğalar



Yüklə 418,86 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü418,86 Kb.
#41808
1   2   3   4   5   6   7   8
Seysmik dalğaların yaranması ve yayılması

1.3. İdeal elastiki mühitlərdə dalğalar


Xarici qüvvələrin təsiri altında bütün cisimlərdə hissəciklər qarşılıqlı yerləşmə vəziyyətlərini dəyişirlər ki, bunun da nəticəsində cisimin forma və həcmi dəyişir, başqa sözlə, o, deformasiya edir. Əgər deformasiya ilə onu doğuran qüvvə (gərginlik) arasında düz mütənasib əlaqə varsa, belə cisim ideal elastiki, yaranmış deformasiyalar isə elastiki deformasiyalar adlanır. İdeal elastiki mühitlər aşağıdakı üç şərti ödəməlidirlər: 1) xarici gərginliyin təsiri altında onlar ani olaraq tam deformasiya edir; 2) xarici qüvvənin (gərginliyin) təsiri keçən kimi cəld öz əvvəlki vəziyyətlərini bərpa edir; 3) qalıq deformasiyalar çox zəif olduqlarından ilk yanaşmada gərginliklər və deformasiyalar arasında əlaqə xəttidir. Əgər xarici gərginliklərin təsiri altında deformasiya etmiş cisim öz yeni formasını saxlayırsa və ya başlanğıc vəziyyətinə tədrici qayıdırsa, belə cisimləri plastiki və ya ideal elastiki olmayanlar adlandırırlar.

Təbiətdə rast gələn cisimlərin əksərində tətbiq olunan qüvvələrin təsri altında həm elastiki, həm də plastiki deformasiyalar baş verirlər. Cisimi təşkil edən maddənin xassələrindən, tətbiq edilən qüvvələrin xarakterindən (təsir müddətindən, dəyişmə tezliyindən və s.), həmçinin təzyiq, temperatur və digər amillərdən asılı olaraq eyni bir cisim ya elastiki, ya da plastiki deformasiyaya uğraya bilər. Xarici qüvvələr kiçik və qısa müddətlidirsə, cisimlərin bir çoxu özünü ideal elastiki cisimə oxşar aparır. Əksinə, böyük qüvvələrin uzun müddətli təsiri altında bərk cisimlər plastiki olurlar.

Bütün bunlar süxurlara da aiddir; tətbiq edilən qüvvələrin qiymətindən asılı olaraq onlara təqribən ideal elastiki və ya plastiki cisimlər kimi baxmaq olar. Əgər dalğa mənbəyindən uzaqda geoloji mühitə təsir göstərən qüvvələri nəzərdən keçirsək, təcrübə göstərir ki, onlar çox kiçikdirlər. Buna görə də geoloji mühitlərə, ilkin yanaşmada, ideal elastiki mühitlər kimi baxmaq olar və bununla əlaqədar belə mühitlərdə elastiki dalğaların yayılma nəzəriyyəsinin öyrənilməsinə ehtiyac yaranır.

Daxilində fiziki və elastiki xassələrin paylanmasına görə bütün bərk cisimləri dörd qrupa ayırmaq olar:

1) izotrop cisimlər  onların elastiklik xassələri cisimin ixtiyari nöqtəsində bütün istiqamətlərdə eynidir;

2) anizotrop cisimlər  elastiklik xassələri müxtəlif istiqamətlərdə müxtəlifdir;

3) bircins cisimlər  hər bir nöqtəsində nəinki eyni elastiklik xassələrinə, həm eyni sıxlığa malikdirlər və nəhayət,

4) qeyri-bircins cisimlər  həm elastiklik xassələri, həm də sıxlıqları hər bir nöqtəsində müxtəlifdir.

Qeyd etmək lazımdır ki, seysmik kəşfiyyatda tətbiq edilən elastiki rəqslərə nəzərən geoloji mühitlərə çox vaxt izotrop mühitlər kimi baxmaq olar, çünki süxurları təşkil edən ayrı-ayrı kristallarda müşahidə olunan, istiqamətlərdən asılı olaraq fiziki xassələrdəki fərq, seysmik dalğaların böyük uzunluqlarında elə də nəzərə çarpacaq təsirə malik deyildir.

Seysmik rəqslərin yayılmasına elastiklik nəzəriyyəsinin tənliklərini tətbiq etdikdə adətən bir sıra sadələşdirici fərziyyələr etmək lazım gəlir; buna baxmayaraq çıxarılan nəzəri nəticələr təcrübi məlumatlarla qənaətləndirici dərəcədə uzlaşırlar. Bu barədə görkəmli alim Y.O.Frenkel çox gözəl demişdir ki, nəzəri tədqiqat karikaturaçı rəssamın işinə bənzəyir:

« ... o da fotoaparat kimi orijinalı tam təsnifatı ilə əks etdirmək əvəzinə, onu elə sadələşdirməli, elə oxşatmalıdır ki, orijinal ən səciyyəvi çizgiləri, çalarları ilə aşkar görünsün və relyefli olsun, qalan nisbətən əhəmiyyətsiz xassələrinə qəsdən məhəl qoyulmasın». Hər şeydən əvvəl belə fərz olunur ki, rəqslərin baş verdiyi mühit izotropdur və yalnız kiçik deformasiyalar halı nəzərdən keçirilir; belə olduqda hissəciklərin yerdəyişmələrinin proyeksiyaları və onların koordinat oxları boyunca doqquz xüsusi törəməsi də o qədər kiçikdir ki, onların vahiddən yüksək qüvvətlərini və hasillərini nəzərə almamaq olar. Nəhayət, enerjinin səpələnməsini və onun digər enerji formalarına çevrilməsini, həm də ağırlıq qüvvəsinin təsirini də nəzərə almırıq.


Yüklə 418,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin