MüNDƏRİcat



Yüklə 418,86 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü418,86 Kb.
#41808
  1   2   3   4   5   6   7   8
Seysmik dalğaların yaranması ve yayılması

MÜNDƏRİCAT




FƏSİL 1. SEYSMİK KƏŞFİYYAT ÜSULLARININ ÜMUMİ XARAKTERİSTİKASI. 4

1.1.Əks olunan dalğalar üsulu 4

1.2. Sınan dalğalar üsulu 7

1.3. İdeal elastiki mühitlərdə dalğalar 10

FƏSİL 2. SEYSMİK KƏŞFİYYATIN GEOLOJİ ƏSASLARI 12

2.1. Süxurlarda seysmik dalğaların yayılması 12

2.2. Litologiyanin təsiri 14

2.3. Geoloji mühitlərdə seysmik dalğalarin udulmasi və səpələnməsi 18

Nəticə 23

Istifadə olunmuş ədəbiyyat siyahısı 25




Giriş

Maqnit yazılışında yenidən yazı (köçürmə) imkanı məlumatların kifayət qədər mürəkkəb, incə, təkmilləşdirilmiş, hətta müəyyən qədər rəqəmli emalının aparılmasını mümkün etdi. Lakin, elektron hesablama maşınlarının tətbiqilə informasiyanın emalının bütün imkanlarının realizasiyası 60-cı illərdə rəqəmli yazılışın peyda olması ilə mümkün oldu. Rəqəmli yazı seysmik kəşfiyyatın nəinki dəqiqliyini yüksəltdi, həm də əvvəllər onun səmərəliliyinin kiçik olduğu sahələrdə faydalı informasiya almağa şərait yaratdı. Demək olar ki, «rəqəm inqilabı» seysmik kəşfiyyatın yarandığı dövrdən onun ən böyük nəaliyyətidir. Hal-hazırda seysmik kəşfiyyatı kompüter texnologiyasız təsəvvür etmək çətindir.

Seysmik kəşfiyyat tədqiqatları üç əsas mərhələdə yerinə yetirilir. Birinci mərhələdə tədqiqat ərazisinin geoloji kəsilişini mümkün olduğu qədər dəqiq işıqlandıran seysmik dalğa sahəsinin qeydiyyatı aparılır. Bu başlanğıc və xüsusi əhəmiyyət kəsb edən mərhələ «çöl işləri» adlandırılır. Çöl işləri deyildikdə müəyyən bir ərazidə süni yolla yaradılan elastiki dalğa sahəsinin Yer qabığında yayılması nəticəsində yaranan fiziki hadisələrin seysmik stansiyada elektron qurğuların yaddaşına yazılması prosesi nəzərdə tutulur. Bu yolla toplanan məlumata seysmik yazı və ya qeyd olunmuş seysmik dalğa sahəsi deyilir.

İkinci mərhələ seysmik yazıların emalı ilə əlaqədardır. «Emal» məfhumu altında çöl işləri mərhələsində toplanmış seysmik dalğa sahəsinin laboratoriya şəraitində bir formadan digər formaya çevrilməsi başa düşülür. Hazırda seysmik yazılıların emalı tamamilə kompüterlərdə fundamental riyazi bazaya əsaslanan alqoritm və proqramların tətbiqi ilə reallaşdırılır.

Üçüncü mərhələdə seysmik dalğa sahəsinin kinematik və dinamik parametrləri əsasında geoloji interpretasiya işləri yerinə yetirilir. Kinematik parametrlər sırasına geoloji mühitdə yayılan seysmik dalğaların həndəsi mənzərəsini xarakterizə edən kəmiyyətlər aiddir (zaman, sürət, zaman qradiyenti və s.). Dinamik parametrlərə isə seysmik impulsun forması, dalğanın spektri, amplitudu, fazası, enerjisi, intensivliyi, udulması sınma və əks olma əmsalları və s. aiddir. Adları çəkilən parametrlərdən törəmə xarakteristikalar da sintez edilir və onlar dalğa sahəsinin emalı və geoloji interpretasiyası üzrə tədqiqatların yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. Törəmə parametrlərə seysmik yazılara görə təyin edilən avto və qarşılıqlı korrelyasiya funksiyaları, ani amplitud, ani faza, ani tezlik, psevdoakustik kəsilişlər və s aiddir. Seysmik kəşfiyyat tədqiqatlarının hər üç mərhələsinin nəzəri və təcrübi əsaslarına həsr edilmiş çoxlu miqdarda müxtəlif dillərdə mənbələr vardır.


Yüklə 418,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin