MüNDƏRİcat


Mühasibat balansı nədir, onun quruluşu necədir?



Yüklə 1,69 Mb.
səhifə17/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Mühasibat balansı nədir, onun quruluşu necədir?

  • Balansla hesabların qarşılıqlı əlaqəsini izah edin?

  • Balans – netto anlayışını təyin edin?

  • Balansın tərtib edilməsinin əsas qaydalarını izah edin?

    IV MÖVZU. MÜHASİBAT UÇOTU HESABLARI VƏ İKİLİ YAZILIŞ



    4.1. Mühasibat hesabları haqqında ümumi anlayış

    4.2. Mühasibat uçotunda ikitərəfli yazılış üsulu

    4.3. Sintetik və analitik uçot hesabları, subhesablar

    4.4. Mühasibat uçotu hesablar planı – uçotun təşkili sisteminin əsasıdır

    4.5. Mühasibat uçotu hesablarının təsnifatı və onların formalaşması prinsipləri

    ƏLAVƏ ƏDƏBİYYAT

    1. Xedrinson G.S. Breüa M.F. «Teoriə buxqalterskoqo uçeta», M. 1997


    4.1. Mühasibat hesabları haqqında ümumi anlayış

    İdarə və müəssisələrdə hər gün çoxlu miqdarda tə­sər­rüfat əməliy­yat­la­rı ic­ra olunur və onların nəticəsi ilə əla­qədar olaraq mühasibat balansı tərtib olu­nur. Yuxa­rı­da göstərildiyi kimi müəssisələrin mühasibat balansı ay­lıq, rüblük və illik tərtib olunur.

    Balansın köməyi ilə gündəlik olaraq müəssisə əm­la­kı­nın tərkibinin də­yişilməsi, onun öhdəçiliyinin vəziyyəti və bütün vəsaitin formalaş­ma­sı­na dair gündəlik nəzarəti tə­min etmək mümkün deyildir. Buna görə də ca­ri uçotu və nəzarəti təmin etmək üçün mühasibat uçotu he­sab­la­rın­dan is­tifadə edilir.

    Mühasibat uçotu nəzəriyyəsi və metodoloji prin­sip­lə­rində mühasibat uçotu hesabları sisteminə xüsusi əhə­miy­yət verilir. Çünki buna əsas­la­na­raq informasiyaların iki­tərəfli əks olunması problemi həll olun­maq­la, onun top­lanması və cəmləndirilməsi üsulu icra olunur. Hesab­lar üzrə yazılışlar ikili yazılış metodu ilə aparılır.

    «Mühasibat uçotu haqqında» Azərbaycan Res­pub­li­kası Qanunun tə­ləb­lərinə uyğun olaraq müəssisələrin mü­hasibat uçotunun Hesablar Pla­nı­nın tətbiqinə və tə­sər­rüfat fəaliyyətindəki eyni mənşəli faktların mü­ha­si­bat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir.

    Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat sub­yekt­lərinin əmlakının, öhdəlik­lə­ri­nin, kapitalının, dövriyyə vəsait­lə­ri­nin və ümu­miyyətlə bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural gös­tə­ri­ci­lər əsa­sında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sə­nəd­ləşdirilmiş və mühasibat uço­tu registrlərində qar­şı­lıq­lı əlaqələndirilmiş bütün təsərrüfat əməliy­yatları­nın mü­ha­sibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salın­ma­sı sistemini özündə əks etdirir. Müha­si­bat uçotu hesabı təsərrüfat əməliyyatları haqqında məlu­mat­ların və mühasibat uçotunda digər informasiyanın qruplaş­dı­rılması və saxlanması üçün vahid əsasdır.

    Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotu­nun hesablar planı­nın ya­radılması, həyata keçirilməsi və tətbiqi dünya ölkələri alimləri, mütəxəs­sis­ləri tərəfindən yüz illərdən artıq dövrdə mühasibat uçotuna inamın və etibarın yaranmasına xüsusi diqqət verilməkdədir. İlk mil­li hesablar planı 1937-ci ildə Almaniyada, 1947-ci ildə Fran­sada qəbul olun­muşdur. Daha sonra dünya ölkə­lə­rin­də 100-dən artıq ölkədə milli he­sablar planı qəbul olu­nmuşdur. 1960-1980-ci illərdə Avropa İqtisadi Bir­li­yi, Vahid Afrika Təşkilatları və Latın Amerikası döv­lət­ləri üzrə millətlərarası ərazi hesablar planı yaradılmışdır.

    Mühasibat uçotu hesabları təsərrüfat vəsaitlərinin və onların əmələgəlmə mənbəələrinin hər biri üçün ayrı açı­lır. Hesablarda uçota alınan bütün obyektlər, yəni və­sa­it və onun əmələgəlmə mənbəyi iki cür ya artmağa, ya­xud azalmağa doğru dəyişilə bilər. Xarici görünüşünə gö­rə hesablar ikitərəfli cədvəl formasında tərtib olunur. İlkin olaraq hər bir hesaba obyektin adına görə ad mü­əy­yən olunur. Misal üçün «Əsas vəsaitlər», «Materiallar», «Nizamnamə kapitalı» hesabları və s. adlanır.

    Hesabın sxeması aşağıdakı formada müəyyən olun­muşdur:


    Debet

    Hesabın adı

    Kredit













    Hesabın sol tərəfi debet (qısaldılmış şəkildə d-t), sağ tərəfi isə kredit (qısaldılmış şəkildə k-t) adlınır. He­sa­bda müəyyən dövrdə əks olunmuş debet və kredit üzrə yazılışların yekunu, son qalıq (saldo) adlanır.

    Hesabın ikitərəfli formada tərtib olunması müəssisə əmlakının və on­la­rın əmələ gəlmə mənbəələrini artıran bütün əməliyyat məbləğləri bir tə­rəfdə, azaldan əmə­liy­yat məbləğləri isə əks tərəfdə yazmağa imkan verir.

    Mövcud qaydalara görə hesabda əks olunmuş ilk qalıqdan sonra yazılan bütün məbləğlərin yekunu döv­riy­yə adlınar. Beləliklə, hesabın debetində əks olunmuş məb­ləğlərin yekunu onun debet dövriyyəsini, kredit his­sə­sində isə əks olunmuş məbləğlər kredit dövriyyəsi ad­lanır.

    Mühasibat hesablarında əks olunmuş bütün təsə­r­rü­fat əməliyyatları gös­tə­­riciləri sənədlər əsasında icra olunur və bütün sənədlərin hüququ əsası olmalıdır.

    Müəssisə balansına uyğun olaraq bütün mühasibat uço­tu hesabları aktiv və passiv hesablara ayrılır və bu­nunla əlaqədar olaraq hesablara yazılış iki sxema üzrə ic­ra olunur.

    Aktiv və passiv hesablarda debet və kreditin təyi­na­tı da müxtəlif olmaqla aparılan əməliyyat yazılışları bir-birindən fərqlənir.

    Aktiv hesablara o hesablar daxildir ki, onlarda mü­ə­s­sisə əmlakının müx­tə­lif formalarının qalığı, tərkibi və hərəkəti əks olunur. Bu qrup hesablara «Əsas vəsaitlər» he­sabı, «Materiallar» hesabı, «Kassa» hesabı, «Qeyri-mad­di ak­tiv­lər» hesabı, «Hesablaşma hesabı» və s. da­xi­l­dir. Aktiv hesablarda qalıq (sal­do) ancaq hesabın de­be­tin­də ola bilər.

    Passiv hesablarda isə müəssisə əmlakının forma­laş­ma­sı mənbələrini, onla­rın məbləği, tərkibi, hərəkəti və öh­dəliklərini göstərən mühasibat hesabları aid­dir. Bu he­sablara «Nizamnamə kapitalı», «Qısa müddətli bank kreditləri», «Eh­tiyat kapitalı», «Əməyin ödənməsi üzrə iş­çi heyəti ilə hesablaşmalar» və s. he­sablar daxildir. Pas­siv hesablarda qalıq (saldo) ancaq hesabın kreditində ola bilər. Bir qayda olaraq mühasibat hesablarında he­sa­bat dövrünün əvvəlinə əks olunmuş qalıq S1 işarəsi, he­sa­bat dövrünün sonuna olan qalıq isə S2 işarəsi for­ma­sında göstərilir.

    Mühasibat uçotunda aktiv və passiv hesabların ya­zılmış sxemini aşağı­da­kı formada göstərmək olar.

    O cümlədən aktiv hesablar üzrə:



    Debet

    Aktiv hesabın adı
    Kredit

    S1 – əməliyyatın əks olun­ma­sına qədər qalıq

    Təsərrüfat əməliyyatları nə­ticəsində qalığın artımı


    Təsərrüfat əməliyyatı nəti­cə­sində qalığın azalması



    Hesabın debeti üzrə döv­riy­yə

    S2 – hesabat dövrünün so­nu­na qalıq



    Hesabın krediti üzrə döv­riy­yə

    Beləliklə, mühasibat uçotu aktiv hesabının debit tə­rə­fində hesabat döv­ründə aparılan təsərrüfat əməliyyatı nə­ticəsində əməliyyatın əks olunmasına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən dövriyyə və döv­rün sonuna olan qalıq müəyyən olunur.

    Hesabın kreditində isə təsərrüfat əməliyyatı nəti­cə­sin­də əmələ gələn azalma əks olunmuş olur.

    Nəticə etibarı ilə aktiv hesablarda hesabın debe­tin­də vəsaitin artması, kre­ditində isə vəsaitin azalması əks olunur və həmin hesablarda yalnız de­bet qalığı ola bilər.

    Passiv hesablarda əməliyyatların yazılış sxeması isə aşağıdakı for­ma­da aparılır.


    Debet

    Passiv hesabın adı

    Kredit

    Təsərrüfat əməliyyatı nəti­cə­sində qalığın azalması

    S1 – əməliyyatın əks olun­ma­s­ına qədər qalıq

    Təsərrüfat əməliyyatı nə­ti­cə­sində qalığın artması



    Hesabın debeti üzrə döv­riyyə

    Hesabın kredit üzrə döv­riy­yə­si

    S2 – hesabat dövrünün so­nu­na qalıq


    Beləliklə, mühasibat uçotu passiv hesabının kredit tə­rəfində hesabat dövründə aparılan təsərrüfat əmə­liy­yatı nəticəsində əməliyyatın əks olun­masına qədər olan qalıq, təsərrüfat əməliyyatı nəticəsində baş verən döv­riy­yə və dövrün sonuna olan vəsait qalığı əks olunur.

    Hesabın debitində isə təsərrüfat əməliyyatı nəticə­sin­də əmələ gələn və­saitin azalması və hesabın debet döv­riyyəsi göstərilir.

    Nəticə etibarı ilə passiv hesablarda hesabın debe­tin­də vəsaitin azal­ma­sı, kre­ditində isə artması əks olunur və həmin hesablarda yalnız kredit qalığı ola bilər.

    Təsərrüfat əməliyyatlarının aktiv və passiv hesa­b­lar­da əks edilməsi nəticəsində aşağıdakı iki nəticə ola bi­lər:

    Birinci halda mühasibat uçotu aktiv hesabının ilk de­bet qalığı məbləğinin üzərinə hesabın debet dövriy­yə­si­ni əlavə etməklə alınan məb­ləğ hesabın kredit döv­riy­yə­si məbləğindən çox olmamalıdır. Belə halda he­sabat döv­rünün sonuna hesabın debet qalığı olur.

    İkinci halda aktiv hesabın ilk debet qalığı məb­lə­ği­nin üzərinə debet döv­riy­yəsi məbləğini əlavə etməklə alı­nan məbləğin cəmi hesabın kredit dövriy­yə­sinin cəminə bərabər olur. Belə halda hesabat dövrünün sonuna hesa­bın son qalığı olmur və hesab bağlanır.

    Bu əməliyyatın icra olunması passiv hesablarda da hesabat dövrünün sonuna aparılan təsərrüfat əməliy­yat­ları nəticəsində hesablarda iki nəticə müəyyən olunur.

    Beləliklə, müəssisə əmlakının əks olunduğu aktiv he­sablarda və əmlakın formalaşdığı passiv hesabların qa­­lıqları hesabat dövrünün sonu­na mühasibat (maliyyə) ba­lansının aktiv və passivində əks olunur.

    Mühasibat uçotu hesabları planında aktiv-passiv he­sab­lar da vardır ki, onların təyinatında aktiv və passiv hesabların göstəriciləri olur. Bu hal­da he­sab­da debet və kredit qalığı və ya eyni zamanda debet və həm də kre­dit qalığı ola bilər. Bu he­sablara «Maddi sərvətlərin yenidən qiy­mət­lən­dirilməsi», «Təh­təl­hesab şəxslərlə hesablaşmalar», «Müxtəlif debitor və kre­di­torlarla hesablaşmalar», «Mənfəət və zərər» hesabları və s. aid­dir.

    Məsələn, «Müxtəlif debitor və kreditorlarla hesab­laş­malar» hesa­bın­da əməliyyatın aparılması nəticəsində debet qalığı yarandıqda debitor borcunu göstərir və mü­əs­sisə balansının aktivində əks olunur.

    Aktiv-passiv hesablarda sadə qaydada qalığı təyin et­mək mümkün deyildir. Ona görə də həmin hesablar üz­rə analitik uçotun aparılması lazımdır. Analitik uçot hər bir debitor və kreditor üzrə hesablaşmanın və­ziy­yə­ti­nə dair (yəni alıcılar və mal satanlar haqqında) ətraflı in­for­ma­si­ya verir və həmin göstəricilər üzrə, yəni bütün alıcı və satıcı təşkilatlar üzrə debitor və kreditorların məb­ləğlərini əks etdirir.




    Yüklə 1,69 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   84




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin