MüNDƏRİcat


Əsas vəsaitlərin müəssisədən çıxmasının uçotu



Yüklə 1,69 Mb.
səhifə26/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

1.5.Əsas vəsaitlərin müəssisədən çıxmasının uçotu


Müəssisədə gündəlik aparılan təsərrüfat fəaliyyəti nə­­ticəsində əsas vəsait­lərin çıxması əməliyyatları baş ve­rir. Əsas vəsaitlərin obyektləri müəssisədən müxtəlif sə­bə­b­lər nəticəsində çıxa bilər.

Əsas vəsaitlər aşağıdakı səbəblər nəticəsində yəni, sa­­tıldıqda, ləğv edilib si­lin­dikdə, əvəzsiz olaraq başqa təş­ki­­lata və fiziki şəxsə verildikdə, maliyyə qo­yu­luşu qay­da­sın­da digər müəssisələrin kapitalında iştirak payı kimi ve­rildikdə, invertarlaşma nəticəsində əksikgəlmə müəy­yən olun­duqda, müəssisənin tabeçi­li­yində olan başqa mü­əs­si­səyə verildikdə (daxili yerdəyişmə) müəssisədən çıxa bi­lər­lər.

Bazar iqtisadiyyatı şəraitində müəssisəyə hər hansı bir əsas vəsait lazım ol­ma­dıqda, onun satınalmasını həll et­məyi düşünür. Alıcı ilə onun satqı-alqı şərt­ləri və satış qiy­məti müəyyənləşdirilir. Bu isə bilavasitə satılması nə­zə­r­də tu­­tu­lan əsas vəsaitin qalıq dəyərindən, onun texniki-iqtisadi səviyyəsindən və ona olan tələbdən asılıdır. Ümu­miy­yətlə müəssisənin satacağı əsas vəsaitin qiy­məti onun qa­lıq qiyməti səviyyəsindən, ondan aşağı və yuxarı müəy­yən oluna bilər.

Əsas vəsaitin satış üçün buraxılması mövcud olan qay­dalara əsasən icra olu­nur. Belə halda əsas vəsaitə ca­vab­deh olan maddi-məsul şəxs əmtəə-nəq­liy­yat qaiməsi tərtib edilir və orada əsas vəsaitin adı, texniki gös­tə­ri­ciləri, ilk, bər­pa dəyəri, istismar dövründə hesab­lan­mış amortizasiya məbləği və s. əks olunmalıdır.

Bir sıra hallarda əsas vəsaitin tamamilə istifadə olun­­ması imkanı olma­dıq­da, müəssisənin onları ləğv et­mək və balansdan silmək hüququ vardır.

Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəb­lə­ri­nin müxtəlif olmasına bax­mayaraq (satıldıqdı, silin­dik­də, əvəz­siz olaraq verildikdə və s.) onlar müəs­si­sədən çı­xan za­man onların ilkin dəyəri 01 «Əsas vəsaitlər» he­sabından 47 «Əsas vəsaitlərin satışı və sair xa­ric­ol­ma­lar» hesabının debetinə silinir. Tama­mi­lə xa­rab ol­muş, yaxud çatışmayan əsas vəsaitlərin ilk dəyər­lərinin si­­linməsi zamanı da bu cür mühasibat yazılışı tərtib edilir.

Əsas vəsaitlərin hesablaşma sənədləri əsasında satışdan daxil olan pul vəsaiti üçün 62«Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının de­be­­tinə və 47«Əsas vəsaitlərin satışı və sair xa­ric­ol­ma­ları» hesabının kreditinə yazılış aparılır. Satışdan fa­k­ti­ki daxil olmuş pul vəsaiti 51«Hesablaşma he­sa­bı»­nın debetinə və 62«Alıcılar və sifarişçilərlə he­sa­b­laş­ma­lar» hesabının kreditinə yazmaqla uçotu aparılır.

Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Res­­publikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tari­xli əm­­ri ilə qəbul olunmuş «Əsas vəsaitlərin (fondların) ləğv edilməsi haq­­qındakı» nümunəvi və ona edilmiş əlavə və dəyişikliklərə təlimata müvafiq olaraq həyata keçirilir və mü­­əssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır:

a) əsas vəsaitlərin ilk dəyəri üzrə 47 «Əsas vəsa­itlərin satışı və sair xa­ric­olmalar hesabının» debeti, 01 «Əsas vəsaitlər» hesabının kreditinə;

b) silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02 «Əsas vəsaitlərin köh­nəl­məsi hesabının debetinə və 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmalar» hesabının kreditinə;

v) silinən vəsaitlərin ləğvində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesabla­nı­lan məbləğ 47 «Əsas vəsaitlərin satışı və sair xaric­ol­ma­lar» hesabının debetinə və 70«Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar hesabının kreditinə;

q) əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən ma­te­ri­al qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10 «Materiallar», 12 «Azqiymətli və tez­köh­­nə­lən əş­yalar» hesablarının debetinə, 47 «Əsas vəsait­lə­rin sa­tışı və sairə xaricolmalar» hesabının kreditində əks olunur.

Hesabat dövrünün sonunda 47«Əsas vəsait­lə­rin satışı və sairə xaricolmalar» hesabı bağlanır və həmin he­sabın debet və kredit dövriyyələri arasındakı fərq mü­əy­­yənləşdirilir və 80«Mənfəət və zərərlər» hesabına silinir. Hesabın debet dövriyyəsinin kredit dövriyyəsindən çox ol­ması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edil­ən zərəri, kredit dövriyyəsinin debet döariyyəsindən çox ol­ması isə alınmış mənfəəti göstərir və bu zaman müvafiq olaraq Dt 80 Kt 47 və ya Dt 47 Kt 80 yazılışı tərtib olunur.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin