1.2 Azərbaycanda auditin yaranması və inkişafı
Azərbaycan Respublikasında auditin yaranması bilavasitə respublikada suvereriliyin əldə edilməsi və bazar iqtisadiyyatına keçidlə əlaqədar, iqtisadi subyektlərin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət sisteminin yenidən qurulması ilə əlaqədar həll olunmuşdur.
Məlumudur ki, keçmiş SSRİ tərkibində olan ölkələrdə və o cümlədən Azərbaycan Respublikasında idarə və müəssisələrin təsərrüfat-maliyyə fəaliyyəti üzərində iqtisadi nəzarət həmin dövrdə mövcud olan inzibati-amirlik sistemi tələbləri əsasında aparılırdı. Beləliklə, Azərbaycanda ümumiyyətlə audit yox idi. Ölkə daxilində bütün iqtisadi nəzarət sistemi nazirliklərin, birliklərin tabeçiliyində təşkil olunmuş nəzarət - təftiş orqanları tərəfindən aparılırdı.
Rusiya iqtisadiyyatında auditor xidmətinin təşkili ilə əlaqədar olaraq təşəbbüslər olsa da, onlar əsaslı şəkildə inkişaf etməmişdir. Bəzi məlumatlara görə Rusiyada auditor ixtisası I Pyotr tərəfindəh müəyyən olunmuşdur. Rusiyada auditoru andlı mühasib adlandırırdılar. Tarixən üç dəfə 1889, 1912 və 1928-ci illərdə auditor İnstitutunun yaradılmasına təşəbbüslər olmasına baxmayaraq, nəticəsiz olmuşdur.
Azərbaycan Respublikasında auditor fəaliyyətinin təşkili ilə əlaqədar olaraq 1991-ci ilin iyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabineti respublika Maliyyə Nazirliyi yanında «Təsərrüfat Hesablı Auditor Mərkəzi»nin yaradılması haqqında qərar qəbul etmişdir.
Həmin qərarın icrası ilə əlaqədar olaraq «Təsərrüfat Hesablı Auditor Mərkəzi haqqında Əsasnamə» təsdiq olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyı yanında Təsərrüfat hesablı Auditor Mərkəzi nazirliklər və baş idarələrin, müəssisə, idarə və təşkilatların kooperativlərin sifarişləri əsasında, habelə hüquq mühafizə orqanlarının tələbi ilə müqavilə üzrə haqqı ödənilməklə, təftiş və yoxlamalar keçirilməli, təsərrüfat mexanizmini təkmilləşdirilməsinə dair metodiki və əməli yardım göstərilməsi müəyyən olunmuşdur.
Auditor Mərkəzinin işinin həcmi şəraiti və yoxlamalar keçirilməsi təsərrüfat mexanizminin təkmilləşdirilməsinə dair metodik və əməli yardım göstərilməsi üçün sifarişçilərlə başlanan müqavilələrin məbləği ilə müəyyən olunurdu.
Daha sonra 27 mart 1992-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə respublika Maliyyə Nazirliyində Lisenziya Komissiyası yaradılmışdı.
1994-1996-cı lilərdə Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun olan müstəqil auditor xidmətinin təşkili ilə əlaqədar olaraq normativ - hüquqi aktlar qəbul edildi. 1994-cü ilin sentyabrın 16-da «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur.
1995-ci ilin iyunun 20-də Azərbaycan Respublikası Auditorlar Palatasının təşkili ilə əlaqədar qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli qərarı ilə «Azərbaycan Respublikası Auditorlar Palatası haqqında Əsasnamə» qəbul olundu. Beləliklə, 1996-cı ilin aprelindən Azərbaycan Respublikasının Auditorlar Palatası öz fəaliyyətinə başlamışdır.
Auditorlar Palatasına Azərbaycan Respublikası ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək, bu sahənin inkişafına, təkmilləşdirilməsinə yönəldılmış normativ aktlar, tədbirlər sistemi hazırlamaq, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafeyini müdafiəsini tə'min etmək, auditorların fəaliyyətinə nəzarət etmək vəzifəsinin yerinə yetirilməsi həvalə edilmişdir.
Auditorlar Palatası fəaliyyətə başlaqıqdan sonra xeyli işlər görülmüşdür. 1996-2000-ci illər ərzində Respublikada göstərilən auditor xidmətinin həcmi 3,3 milyard manatdan 15,6 milyard manata qədər, yəni 4,7 dəfə artmışdır. Həmin dövrdə keçirilən imtahanlarda 203 nəfər Azərbaycan vətəndaşı auditor adı almaq üçün müvafiq qaydada imtahanlarda iştirak etmiş və onlardan 151 nəfərinə Lisenziya verilmişdir. Onların böyük bir hissəsi beynəlxalq təşkilatların iştirakı ilə keçirilən kurslarda öz İxtisaslarını artırımışlar.
Auditor Palatası yaranana qədər Azərbaycan Respublikası - Maliyyə Nazirliyİ yanında təşkil olunmuş «Azəri-audit» mərkəzi tərəfindən 15 avqusı 1995-ci ildə 24 nəfər imtahan vermiş və onlara da respublika Auditorlar Palatasının Lisenziyası verilmlişdir. 1996-2000-ci illər ərzində Azərbaycan Respublikasında 26 yerli və 6 xarici ölkə təşkilatına auditor fəaliyyəti ilə məşğul olmaq üçün Lisenziyalar verilmişdir
Dostları ilə paylaş: |