Kənar audit təsərrüfat subyektinin mühasibat uçotunun və mühasibat (maliyyə) hesabatının düzgünlüyünü obyektiv qiymətləndirmək məqsədi ilə aparılır.
Kənar audit müstəqil, sərbəst auditorlar və ya auditor firmaları tərəfindən qarşılıqlı bağlanmış müqavilə (sifariş) əsasında icra olunur. Kənar auditi fərqləndirən xüsusi cəhət ondadır ki, auditor yoxlaması aparan auditorlar həmin müəssisədə heç bir maraqları olmur. Başqa sözlə deyilərsə onlar həmin müəssisənin təsisçiləri, mülkiyyət sahibləri, səhmdarların və ya mühasibat (maliyyə) hesabatı, mühasibat uçotu fəaliyyətinə cavabdeh olan şəxslər, müəssisə rəhbərliyi ilə xidməti, qohumluq əlaqələri olmayan şəxslərdir.
Mövcud olan qanunçuluğa görə iqtisadi subyektə müəyyən komersiya və digər şəxsi əlaqələri olan auditor firmalarının auditorları həmin müəssisədə auditor yoxlaması apara bilməzlər. Belə hallar müəyyən olunduqda auditor aparan şəxslərin auditorluq hüquqi ilə əlaqədar lisenziya ləğv oluna bilər.
Kənar auditin əsas məqsədi aşağıdakılardır:
• Müəssisə maliyyə fəaliyyəti ilə əlaqədar olan mühasibat uçotu, hesabatı göstəricilərinin tam, etibarlı və düzgün olunmasının yoxlaması;
• Uçot, hesabatın aparılması, müəssisə aktivinin öhdəçiliyinin və özünəməxsus kapitalının tənzimlənməsini müəyyən edən qanunvericilik və normativ aktların düzgün icrasına nəzarət;
• Özünəməxsus əsas və dövriyyə vəsaitlərin, maliyyə ehtiyatlarının və kənar mənbələrdən cəlb etməklə istifadə olunması imkarnlarını müəyyənləşdirmək;
• Vergi ödənişi uzrə hesablamaların düzgünlüyü və müəssisə maliyyə vəziyyətinin yüksəidilməsi ilə əlaqədar optimal təkliftərin hazırlanması;
• Müəssisə mühasibat balansının, mənfəət və zərərlər, əsas kapitalın hərəkəti və illik mühasibat (maliyyə) hesabatına əlavə olunmuş izahatlı arayışda əks olunmuş göstəricilərin düzgünlüyünün yoxlanılması və s.
Kənar auditin nəticələri ilə əlaqədar olaraq auditorlar və ya auditor firması tərəfindən yoxlanılan müəssisədə mühasibat uçotu, hesabatının daxili nəzarəti vəziyyətinə və illik hesabatın düzgünlüyü haqqında yazılı rəy tərtib olunur. Sifarişçi ilə bağlanmış müqaviləyə uyğun olaraq kənar auditor sifarişçi üçün müxtəlif layihələr, biznes-planı, arayışlar da tərtib etməklə onu müəssisə rəhbərliyinə təqdim edə bilərlər. Nəzərə almaq lazımdır ki, müəssisə auditoru yoxlama aparmaq üçün sərbəst özü seçir.
Azərbaycan Respublikasının «Auditor xidməti» haqqında qanunda müəyyən olunmuşdur ki, audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektini öz təşəbbüsü ilə) ola bilər. Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları liə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanlarının müvafiq qərarına əsasən (sifarişçi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.
Mövcud qanunvericiliyə görə səhmdar cəmiyyətləri, xarici invesıisiyalı müəssisələr, banklar və digər kredit təşkilatları, məhdud məsuliyyətli müəssisələr, invesıisiya fondları, maliyyə-sənaye qrupları üzrə audit məcburidir.
Könüllü audit iqtisadi subyektin qərarı üzrə auditor firması və ya auditorla bağlanmış müqavilə əsasında həyata keçirılır. Belə yoxlamanın xüsusiyyətinin ümumi həcmini və göstəricilərinin miqyasını sifarişçi müəyyən edir.
Dostları ilə paylaş: |