Şərti müsbət rəy -məhdudiyyəti olan rəydir. Şərti müsbət rəy formasında auditor (auditor təşkilatı) təqdim etdiyi rəydə müəyyən əməliyyatların düzgün icra olunmadığını qeyd etməklə göstərir ki, hesabat dövrü ərzində müəssisənin bütün aktiv, pasivlərinin və təsərrüfat-maliyyə fəaliyyətinin uçot və hesabat göstəriciləri Azərbaycan Respublikası qanunculuğunun tələblərinə uyğundur. Bununla yanaşı ayrı-ayrı uçot əməliyyatlarında buraxılmiş səhvləri, amartizasiya hesabatlarındakı yanlış əməliyyatların olmasını, bəzi təsərrüfat əməliyyatlarının uçotda düzgün müxabirləşmə verilməməsinə və sair nöqsanlara görə audit yoxlaması nəticəsi şərti müsbət rəylə rəsmiləşdirılır.
Auditorhesabatlara dair rəy verməkdən İmtina edərsə, o təqdim etdiyi arqumentlər əsasında yoxlama nəticəsi haqqında rəy hazırlanmanın mümkün olmadığını göstərir. Auditor yaranmış şəraitlə əlaqədar olaraq göstərir ki, müəssisədə aparılan mühasibat uçotu və hesabatı əməliyyatları onun hesabat dövründə aktiv və passivinin maliyyə-təsərrüfat nəticəsində düzgün əks olunmasını tə'min etmir.
Auditor rəy verməkdən imtina etdikdə, bunu lazımi səviyyədə əsaslandırmalı və müəyyən olunmuş ciddi nöqsan, çatışmamazlıqları göstərməklə, təqdim olunmuş hesabatın etibarlı olmadığını müəyyənləşdirir. Auditor rəy verməkdən imtina edərkən göstərir ki, auditin aparılması zamanı faktların yoxlamasının qeyri-mümkünlüyü müəyyən olunmuşdur.
Auditor rəyi iki nüsxədən ibarət tərtib olunur, onlardan biri təsərrüfat subyektinin rəhbərinə, digəri isə auditor təşkilatında qalır.
Özünüyoxlama sualları
Dostları ilə paylaş: |