MüNDƏRİcat


Audit fəaliyyəti özündə nə əks etdirir?



Yüklə 1,69 Mb.
səhifə64/84
tarix02.01.2022
ölçüsü1,69 Mb.
#46149
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Audit fəaliyyəti özündə nə əks etdirir?

  • Auditlə təştif və nəzarətin əsas fərqlərini izah edin?

  • Audit yoxlamasına dair müqavilənin tərkibi və məzmununu izah edin?

  • Auditorun müştəri qarşısındakı məktub-öhdəliyinin tərkibi və məzmununun mahiyyətini səciyyələndirin?

  • Auditn hansı formaları mövcuddur?

  • Auditor yoxlamasının planlaşdırılmasına hansı mərhələlər daxildir?


    II MÖVZU. MÜƏSSİSƏNİN TƏSİS SƏNƏDLƏRİNİN, Nİ­ZAM­NAMƏ­ KAPİTALININ FORMALAŞMASININ VƏ TƏSİSÇİLƏRLƏ HESABLAŞMALARIN AUDİTİ

    2.1. Təsis sənədlərinin və nizamnamə kapitalının formalaşmasının auditi

    2.2. Təsisçilərlə hesablaşmaların uçditi

    ƏLAVƏ ƏDƏBİYYAT



    1. Kamışanov P.İ. Znakomtesğ: audit (orqanizaüiə i metodika proverok), M., : İVÜ «Marketinq», 1994
    2.1. Təsis sənədlərinin və nizamnamə kapitalının formalaşmasının auditi

    Müəssisənin təsis olunması ilə əlaqədar olan əməliyyatların auditi zamanı ilk növbədə həmin iqtisadi subyektin fəaliyyətə başlamasına dair hüquqi sə­nəd­lər yoxlanılmalıdır. Bununla əlaqədar olaraq təsisçilərin ümumi yığıncağı tə­rəfindən təsdiq olunmuş və mövcud olan qanunçuluğa uyğun olaraq qey­diy­yat­dan keçmiş iqtisadi subyektin nizamnaməsi və təsisedici müqavilə istifadə olunur.

    Auditor yoxlamasında müəssisənin qeydiyyatdan keçmə vaxtı, hansı bank­­da hesabının və digər hesabların acılması, müəssisənin təsisçiləri və ni­za­m­­namə kapitalında onların qoyduqları əmlakın həcmi, hər bir təsisçinin ni­zam­­namə kapitalındakı iştirakının həqiqi göstəricilərə uyğunluğu müəyyən­ləş­dirilməlidir.

    Audit əməliyyatlarının yoxlamasında eyni zamana iqtisadi subyektin döv­lət qeydiyyatından keçməsinə dair şəhadətnamənin olmasına diqqət veril­mə­li­dir. Nəzərə alınmalıdır ki, təsisçilərin nizamnamə kapitalına qoyulan vəsaitin şəx­si özünəməxsus əmlakı olmalıdır. Nizamnamə kapitalının büdcə vəsaiti, kredit və yə müxtəlif siyasi və ictimai təşkilatların vəsaiti hesabına forma­laş­ma­sına mövcud qanunvericilikdə icazə verilmir.

    Nizamnamə kapitalının formalaşmasının auditi aparılarkən nəzərə alın­ma­lıdır ki, onun formalaşması təsisçilərin qoyduqları pul vəsaiti, əsas vəsaitlər, qeyri-maddi aktivlər, avadanlıqlar və digər əmtəə - material dəyərləri əsasında yaradılır. Ona görə də nizamnamə kapitalına qoyulan vəsaitlərin düzgün qiy­mət­ləndirilməsi və sənədləşdirilməsinə xüsusi diqqət verilməlidir. Digər tərəf­dən təsisçinin nizamnamə kapitalı kimi verdiyi bəzi vəsaitlər, həmin vəsaitin tə­sis­çi­nin şəxsi əmlakı olduğunu sübutedici sənədlərlə təsdiq olunmalıdır. Belə və­sait­lərə özəlləşdirilmiş mənzillər, torpaq sahələri, nəqliyyat vəsaiti və s. aid edilir.

    Təsisiedici sənədlər yoxlanılarkən, auditor nizamnamə kapitalının formalaşması ilə əlaqədar olan vəsaitlərin ödənməsi vaxtında icra olunmasını da yoxlamalıdır. Belə ki, mövcud olan qanunvericiliyə görə bütün təsisçltər ödəcəyəkləri vəsaitin 50 falzini iqtisadi subyektin qeydiyyatdan keçməsinə qədər, qalan vəsaitin 50 falzini bir il müddətinə ödəməlidir.

    Təsisçilərdən daxil olan vəsaitlərə nəzarət etmək üçün ilkin mühasibat uço­tu sənədləri əsasında 75-li «Təsisçilərlə hesablaşmalar» hesabının krediti və hə­min hesabata müxabirləşən əsas vəsaitlər, pul vəsaiti, qeyri-maddi aktivlər, is­­tehsal ehtiyatları və digər hesabların debetində əks olunmuş göstəricilər əsa­sın­da nəzarət edilir. Belə ki, kassa mədaxil orderləri, müəssisənin hesablaşma və valyuta hesablarına daxil olan pul vəsaitləri üzrə bank çıxarışları və onlara əla­və olunmuş sənədlər əsasında daxil olmuş ödənişlərin məbləği müəyyən olunur.

    Qəbul-təhvil aktları əsasında daxil olan əsas vəsaitlərin, qeyri-maddi ak­tiv­lərin 01№-li «əsas vəsaitlər», 04 №-li «Qeyri-maddi aktivlər» hesablarının de­betində əks olunmuş Göstəricliər əsasında avadanlıqların, bina, tikili və digər əmlakın dəyəri müəyyənləşdirılır. 10№-li «materiallar», 12№-li «Azqiy­mət­li və tezköhnələn əşyalar» hesablarının debet dövriyyəsi və daxil olmuş ma­te­riallar üzrə aktlar əmtəə - nəqliyyat qalınələri əsasında daxil olmuş material dəyərlərinin məbləği müəyyən edilir.

    Beləliklə, auditor təsisçilərin nizamnamə kapitalının formalaşmasında verdikləri vəsaitlərin sənədlər əsasında yoxlamasını yekunlaşdırır.

    Nizamnamə kapitalının formalaşmasının yoxlama nəticəsində auditorda onun düzgün aparılmasına dair tam inam yaranmalıdır. 85№-li «Nizamnamə kapitalı» hesabında əks olunmuş qalıq (saido) müəssisənin tə'sis sənədlərində əks olunmuş göstəricilərə bərabər olmalıdır. 85№-li «Nizamnamə kapitalı» he­sa­bı üzrə yazılışlar yalnız müəssisənin təsisedici sənədlərində müvafiq də­yi­şik­lik­lər edlidikdən sonra nizamnamə kapitalının müəyyən edilmiş qaydada hə­ya­ta keçirilən artması və azalması hallarında aparılır.

    Nizamnamə fondunun yaradılan qaydası qanunverici və təsisedici sənəd­lərə əsaslanır. 85№-li «Nizamnamə kapitalı» hesabı üzrə analitik uçot elə təşkil olunmalıdır ki, müəssisənin təsisçiləri, kapitalın yaradılması mərhələləri və səhmlərin növləri üzrə informasiyanın formalaşmasını tə'min etsin.


    Yüklə 1,69 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   60   61   62   63   64   65   66   67   ...   84




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin