iyul 2011
№104
säh.73
www.mir-azerbaydjana.az
“UNUDSAQ, UNUDULARIQ...!”
Fəxrəddin Cavadovun xatirəsinə, onun 60 illik yubileyinə həsr edilmiş “Azərbaycan Dünyası” beynəlxalq jurnalın
xüsusi “102” saylı buraxılışının təşəbbüskarı və təşkilatçısı, həmin jurnalda əks olunan çox dəyərli xatirlələrin toplanılması
üçün şəxsən müvafiq araşdırmaların həyata keçirdiyinə və ümumiyyətlə bu diqqətə, ehtirama görə Jurnalın baş redaktoru
hörmətli Eldar müəllim İsmayilova şəxsın öz və ailəmiz, Atamın bütün yaxınları, dostları adından dərin təşəkkürümü
bildirməyi özümə borc bilirəm. Bu jurnalın ərsiyə gəlməsində əməyi olan bütün redaksiya heyətinə və hər bir əməkdaşa
ayrıca təşəkkür edirəm.
Bundan başqa, Jurnalda həqiqətən də çox dəyərli xatirələri ilə bölüşdüyü hər bir insana dərin minnətdarlığımızı da
ifadə etmək istərdim.
Ayrıca “Dədə Qorqud” Milli Fondu adından Atam Fəxrəddin Cavadovun ölümündən sonra belə bir yüksək və çox
dərin məna daşayan,ilk dəfə verilən „Qizıl Ürək” ordeni kimi xüsusi mükafat ilə təltifləndirilməsi ilə əlaqədar bu təşəb-
büsün və qərarın qəbul edilməsinə görə Fondun prezidenti Eldar müəllim İsmayilova, eləcə də Milli Fondun və Jurnalın
Ali Şurasının bütün üzvlərinə başda çox hörmətli el axsakkalıArif müəllim Paşayev olmaqlaşəxsən öz və bütün Cavadovlar
ailəsi adından dərin minnətdarlığımızı bildirirəm.
Qeyd etməliyəm ki, 20-21 aprel tarixlərində ARDNŞ təşkilatçılığı, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) və Azər-
baycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının, ölkəmizin bir sıra tibb və ictimai Birliklərin yaxından iştirakı ilə
Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunan, dövlət və hökümət nümayəndələrinin, ölkə ictimayyətinin,
ziyalıların, tanınmış tibb mütəxəssilərinin və xarici qonaqların da qatıldığı „Ürək transplantasiyası və beyin ölümü“ adı
altında böyük bir beynəlxalq forumun çox yüksək səviyyədə keçirilməsi ölkə ictimayyəti tərəfindən mühüm tədbir olaraq
qiymətləndirilmişdir.
Buna görə də, mən Fəxrəddin Cavadovun hamımıza əziz olan xatirəsinin bu qədər yüksək tutulmasına görə bir daha
respublika rəhbərliyinə, möhtərəm və əziz Prezidentimiz cənab İlham Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin rəhbərliyinə, xüsusilə Şirkətin prezidenti Rövnəq Abdullayevə, ARDNŞ-nin bütün kollektivinə, ayrıca MNX-
nın rəhbərliyinə, bütün həkim və işçi heyətinə, həmçinin atamın bütün dostlarına və tanıdıqlarına öz dərin təşəkkürümü
bildirirəm.
Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş
bütün həkimlər üçün, xüsusilə yetişən gənc həkimlər nəsli üçün çox vacib bir örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq
öz həyatıını onun sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin xatirəsini hər zaman əziz tutur!