Muzddan çıxılan nağd təminat SİFARİŞÇİnin keçirəcəyi Müvəqqəti Qəbuldan sonra PODRATÇI tərəfindən müəyyən edilən nöqsanların aradan qaldırılması müddətinin axırına qədər saxlanılmalıdır. Nağd təminatının müqavilə dəyərindən kəsilməli olan faiz nisbəti bu müqavilənin 6.1. bəndində qeyd edilmişdir.
SIĞORTALAR
9.1. Tikinti binaları, müvəqqəti tikililər, və tikinti meydançasında mövcud olan bütün qürğular üçün Podratçıların Bütün Risklərin (Contractor’s All Risks) Sığortası edilmişdir. Bundan əlavə SUBPODRATÇI və DİGƏR SUBPODRATÇI`ları əhatə edən risklər üçün əlavə sığorta edilməyəcəkdir. “Contractor’s All Risks” sığortası ilə əhatə olunmayan risklərə görə məsuliyyət SUBPODRATÇIYA aiddir. SUBPODRATÇI tərəfindən PODRATÇIYA dəyən, lakin Sığorta vasitəsi ilə ödənilməyən zərər, ziyan və təzminatlar PODRATÇI və/vəya ALICI tərəfindən SUBPODRATÇININ muzdundan və ya təminatından kəsiləcəkdir. Təminat və muzdlarını aşan məbləğlər SUBPODRATÇININ PODRATÇIYA olan borcu kimi qəbul edilir. Həmin borcun qeyd şərtsiz qaytarılmasını SUBPODRATÇI öhdəsinə götürür.
9.2. SUBPODRATÇI, PODRATÇI tərəfindən etdirilən sığorta şərtlərinə riayət etməlidir və sığorta tərəfindən tələb edilən bütün sənədləri vaxtı-vaxtında sığortaya, surətlərini isə PODRATÇIYA təqdim etməlidir. Əks halda, ortaya çıxan bütün xərclərdən SUBPODRATÇI məsuliyyət daşıyır. Müvafiq Sığorta sənədləri, PODRATÇININ tikinti meydançasındakı səlahiyyətli nümayəndəsinə, SUBPODRATÇI tərəfindən təhvil verilməyənə qədər onun tikinti sahəsinin ərazisinə daxil olmasına icazə verilməyəcək.
9.3. SUBPODRATÇI, işlərdə istifadə etdiyi avadanlığı və yola çıxan maşınlarını sığortalamalıdır. Sığorta müqaviləsini və sığorta primlərinin ödənilməsi haqda sənədlərin surətlərini vaxtı-vaxtında PODRATÇIYA təqdim etməlidir.
9.4. SUBPODRATÇIYA aid mal/material və avadanlıqlara dəyən ziyanlardan ötürü PODRATÇIDAN heç bir kompensasiya və /vəya zərərin əvəzinin ödənilməsini tələb edilə bilməz. SUBPODRATÇI tərəfindən tikinti sahəsinə gətirilən lakin bu müqavilənin predmetini təşkil edən işlərdə istifadə edilməyən təchizat/avadanlıq və köməkçi mal/materiallar sığorta təminatı xaricindədir və bunlarla bağlı bütün məsuliyyət SUBPODRATÇI`ya aiddir və bununla əlaqədar olaraq PODRATÇI heç bir məsuliyyət daşımır.
9.5. Mövcud sığortaların varlığı, SUBPODRATÇI`nın iş müddəti ərzində heç bir məsuliyyətdən azad etmir.