MüqaviLƏ layihə : heydəR Əliyev adina beynəlxalq aeroport müqaviLƏNİn nöVÜ



Yüklə 81,96 Kb.
səhifə2/47
tarix02.01.2022
ölçüsü81,96 Kb.
#44372
1   2   3   4   5   6   7   8   9   ...   47
New Microsoft Word Document

ÜMUMİ




    1. Terminlər:


Hazırki Müqavilədə aşağıdakı söz, ifadə və ibarələr mətindən irəli gələn başqa tələblər olmazsa, burada onlara verilən mənaları ifadə edəcəklər.
SİFARİŞÇİ: AZƏRBAYCAN HAVA YOLLARI.
PODRATÇI: DİA HOLDİNG FZCO ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKİ FİLİALİ
SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ: OVE ARUP AND PARTNERS INTERNATIONAL LTD
ALICI: ........................................

SUBPODRATÇI: ........................................
TƏRƏFLƏR: Birlikdə PODRATÇI, ALICI və SUBPODRATÇINI ifadə edir.

PODRAT: Müqavilə şərtlərinə, Layihələrə və Şərtnamələrə əsasən PODRATÇI və ALICININ sifarişi ilə SUBPODRATÇI tərəfindən görülən işləri əhatə edir.

İŞ YERİ / TİKİNTİ SAHƏSİ / TİKİNTİ: PODRATÇI tərəfindən təmin edilən və İşlərin aparıldığı, Heyət/təchizat və malların gətirildiyi, işlərin icra edildiyi yeri ifade edir.


DETALLI İŞ PROQRAMI: PODRATÇI tərəfindən verilən İş Proqramına əsasən SUBPODRATÇI tərəfindən hazırlanıb PODRATÇIYA təsdiq etdirilən mal/materialların təminini, iş yerində tətbiqini, kadrlarları, avadanlıqları və daşıma proqramını, sahədə hazırlıq işlərinin aparılmasını və bu müqavilənin predmetinə aid olan bütün işlərin icra müddətlərini əhatə edən detallı iş proqramını ifadə edir.
TƏSİS MÜQAVİLƏSİ: SİFARİŞÇİ və PODRATÇI arasında bağlanan müqaviləni ifadə edir.
MÜQAVİLƏ: Hazırki Müqaviləni, aksept məktubunu, texniki spesifikassiyaları, çertyojları, qrafikləri və digər əlavələri ifadə edir.

AVADANLIQ/TƏCHİZAT: SUBPODRATÇI tərəfindən işlərin görülməsi üçün təmin edilən maşın, alət, avadanlıq, sərfiyyat əmlakı və bunlarla məhdudlaşmayaraq quraşdırma və işlərin tam olaraq aparılması üçün tələb edilən köməkçi və xüsusi mal\materialları əhatə edir. Əksi bu müqavilədə qeyd edilmədiyi təqdirdə təmini, SUBPODRATÇI`nın öhdəliyindədir.
LAYİHƏLƏR: Müqavilə ilə əlaqədar olaraq PODRATÇI tərəfindən SUBPODRATÇIYA təqdim edilən layihələri ifadə edir.
İŞÇİ LAYİHƏLƏRİ: SUBPODRATÇI tərəfindən hazırlanan və SİFARİŞÇİNİN NÜMAYƏNDƏSİ tərəfindən təsdiq olunan layihələri ifadə edir.
MAL/MATERİAL: SUBPODRATÇI tərəfindən hazırki Müqavilənin şərtlərinə uyğun olaraq, texniki şərtnamələrdə və qiymət razılaşdırma protokolunda müəyyən edilən qiymət və kəmiyyətdə təmin edilən və təhvil verilən mal\materialları ifadə edir.
MÜVƏQQƏTİ QƏBUL: Hazırki müqavilənin predmetini təşkil edən işin SİFARİŞÇİ və PODRATÇI tərəfindən tərtib edilən komissiya vasitəsi ilə yoxlanması və Müvəqqəti Qəbul protokolu ilə SİFARİŞÇİYƏ təhvil verilməsini ifadə edir.

QƏTİ QƏBUL: Hazırki müqavilənin predmetini təşkil edən işin SİFARİŞÇİ və PODRATÇI tərəfindən tərtib edilən komissiya vasitəsi ilə yoxlanılması və Qəti Qəbul protokolu ilə SİFARİŞÇİYƏ təhvil verilməsini ifadə edir.

NƏZARƏT: PODRATÇI tərəfindən işlərə nəzarət üçün təyin edilən fiziki və ya hüquqi şəxsi ifadə edir.
DİGƏR SUBPODRATÇILAR: ŞİFARİŞÇİ tərəfindən LAYİHƏ cərçivəsində yer alan digər işlərin icrası üçün təyin edilən fiziki və ya hüquqi şəxsləri ifadə edir.
SUBPODRATÇININ NÜMAYƏNDƏSI: SUBPODRATÇI tərəfindən işləri aparmaq üçün təyin edilən və PODRATÇI qarşısında birinci dərəcəli məsul şəxsi ifadə edir.
GÜN: Təqvim günüdür.

Yüklə 81,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin