Müsahibə və daxili müsahibə zamanı namizədlərə



Yüklə 53,58 Kb.
səhifə3/3
tarix09.01.2020
ölçüsü53,58 Kb.
#30094
1   2   3
Ümumi-dünyagörüşünə-dair-VƏSAİT


Cavab: Çünki BMT-nin Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli Qərarına əsasən hər dünyada 23 iyun “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi qeyd olunur.

  1. Böyük Britaniyada 23 iyun 2016-cı il tarixində keçirilmiş referenduma əsasən Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi necə adlanır?

Cavab: Breksit (Brexit).

  1. Torpaqlarımız erməni qəsbkarları tərəfindən hansı tarixlərdə işğal edilmişdir (qan yaddaşımız)?

Cavab: Ermənistan Respiblikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal altına düşmüşdür. 1988- 1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri:

Dağlıq Qarabağ:

Xankəndi şəhəri: işğal tarixi – 26 dekabr 1991-ci il;

Ağdərə rayonu: işğal rayonu – 07 iyul 1993-cü il;

Xocalı rayonu: işğal tarixi – 26 fevral 1992-ci il;

Şuşa şəhəri: işğal tarixi – 8 may 1992-ci il;

Xocavənd rayonu: işğal tarixi – 2 oktyabr 1992-ci il.

Qeyd: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir.

Dağlıq Qarabağ ətrafındakı 7 rayon:

Laçın rayonu: işğal tarixi – 18 may 1992-ci il; Kəlbəcər rayonu: işğal tarixi 2 aprel 1993-cü il;

Ağdam rayonu: işğal tarixi – 23 iyul 1993-cü il;

Cəbrayıl rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;

Füzuli rayonu: işğal tarixi – 23 avqust 1993-cü il;

Qubadlı rayonu: işğal tarixi – 31 avqust 1993-cü il; Zəngilan rayonu: işğal tarixi – 29 oktyabr 1993-cü il.


  1. 23 avqust 1993-cü ildə - eyni gündə erməni qəsbkarları tərəfindən işğala məruz qalmış rayonlarımız hansılardır?

Cavab: Cəbrayıl və Füzuli rayonları.


  1. Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert,

Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq müvafiq olaraq necə adlandırıldılar?

Cavab: Azərbaycan Respublikasının “Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Stepanakert, Mardakert və Martuni şəhərləri müvafiq olaraq Xankəndi, Ağdərə və Xocavənd şəhərləri adlandırıldılar.

  1. 2 aprel 2016-cı il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən hansı yüksəklik “Dördgünlük müharibə” zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib?

Cavab: Lələtəpə yüksəkliyi.


  1. Cəbrayıl rayonun erməni işğalından azad olunmuş yeganə kəndi hansıdır?


Cavab: Cocuq Mərcanlı kəndi.


  1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi nə zaman və hansı əməliyyat zamanı erməni işğalından azad edilib?

Cavab: Kənd 1994-cü ildə “Horadiz əməliyyatı” zamanı işğaldan azad olunub.


  1. 1993-ci ilin dekabrından başlamış 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edən “Horadiz əməliyyatı” zamanı hansı yaşayış məntəqələrimiz azad olunmuşdur?

Cavab: “Horadiz əməliyyatı” zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi, rayonun daha 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

  1. Azərbaycan Ordusunun 1994-cü ilin “qış kampaniyası”nda keçirdiyi ən uğurlu əməliyyat hansı olub?

Cavab: “Horadiz əməliyyatı”.


  1. Horadiz əməliyyatı”nda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə neçə nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür?

Cavab: 8 nəfər.

  1. Avropa İttifaqının Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə 1991-ci ildən həyata keçirdiyi proqram necə adlanır?

Cavab: TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) proqramı.

  1. Avropa İttifaqının 1993-cü ildən Avropa İttifaqını Şərqi Avropa, Qafqaz, Mərkəzi Avropanın 14 ölkəsini əhatə edən beynəlxalq nəqliyyat proqramı necə adlanır?

Cavab: TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) proqramı.


  1. TRACECA proqramının məqsədi nədir?


Cavab: Proqramın məqsədi Qara Dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi, ticarət və nəqliyyat əlaqələrini gücləndirməkdir.

  1. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istifadəyə verilməsində əsas məqsəd nə idi?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir.

  1. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu və ötürmə gücü nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin uzunluğu 980 km-dir, ötürmə gücü isə ildə 20 mlrd. kubmetrədəkdir.

  1. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz nə zaman vurulmuşdur?

Cavab: Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulmuşdur.

  1. Azərbaycan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli nə zaman qoyulmuşdur?

Cavab: 21 noyabr 2007-ci il.


  1. Bakı-Tbilisi-Qars dəmiryolu xətti zaman istismara verilmişdir?


Cavab: 30 oktyabr 2017-ci il.


  1. Bakı-Tbilisi-Qars dəmiryolu xətti uzunluğu qədərdir?


Cavab: 826 km.


  1. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilkin mərhələdə sərnişin və yük daşıma gücü nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaq gücünə malikdir.

  1. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq potensial sərnişin və yük daşıma gücü ildə nə qədərdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin strateji olaraq ildə 3 milyon sərnişin və 20 milyon ton yük daşımaq potensialı var.

  1. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin yükdaşımalar sahəsində əsas səmərəliliyi nədən ibarətdir?

Cavab: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi nəticəsində Çin, Hinsistan və bir çox Asiya ölkələrindən başlayaraq Avropa ölkələrinə yükdaşımaların həm vaxtı azalacaq, həm də yüklər çox rahatıqla və risksiz mənzil başına çatdırılacaq.

  1. Azərbaycan Respublikasının bayram günləri hansılardır?


Cavab: Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i);

Faşizm üzərində Qələbə günü (mayın 9-u);

Respublika günü (mayın 28-i);
Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i);
Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); Dövlət müstəqilliyi günü (oktyabrın 18-i);

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (noyabrın 9-u); Konstitusiya günü (noyabrın 12-si);

Milli Dirçəliş günü (noyabrın 17-si);
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı - beş gün;

Qurban bayramı - iki gün; Ramazan bayramı - iki gün.

  1. Hansı bayramların keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur?

Cavab: Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

  1. Azərbaycan Respublikasında iş günü hesab olunmayan bayram günləri hansılardır?

Cavab: Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində Qələbə günü, Respublika günü, Azərbaycan xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

  1. Azərbaycan Respublikasında iş günü hesab olunan bayram günləri hansılardır?

Cavab: Dövlət müstəqilliyi günü, Konstitusiya günü və Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

  1. Azərbaycan Respublikasında hansı dini bayram günləri qeyd olunur?


Cavab: Ramazan bayramı və Qurban bayramı.


  1. 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər ilin hansı günündə qeyd olunmasını qərara alıb?

Cavab: 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər il martın 8-də qeyd olunmasını qərara alıb.


  1. Son 10 il ərzində Respublikamızda hansı illər elan olunmuşdur?


Cavab: 2018-ci il – “Azərbaycan Xalq Cümhuriyyəti İli”; 2017-ci il – “İslam Həmrəyliyi İli”;

2016-cı il – “Multikulturalizm İli”; 2015-ci il – “Kənd Təsərrüfatı İli”; 2014-cü il – “Sənaye İli”;

2013-cü il – “İnformasiya-Kommunikasiya Texnologiyaları İli”; 2012-ci il – “İdman İli”;

2011-ci il – “Turizm İli”; 2010-cu il – “Ekologiya İli”; 2009-cu il – “Uşaq İli”.

ARDI VAR...
Yukləndi: www.Yusif.az saytından
Yüklə 53,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin