istehsal müəssisələrində logistika məsələsinin qoyuluşu,həll alqoritmiləri iılənmişdir;
istehsal müəssisələrində logistika məsələsinin modelinin işlənmiş, realizasiyası aparılmış, nəticələr alinmişdir.
İşin praktiki əhəmiyyəti: Tədqiqatın praktik əhəmiyyəti ondan ibarətdir ki,alınmış nəticələr istehsal müəssisələrində logistika məsələsinin həllində istifadə edilə bilər.
İşin aprobasiyası: Dissertasiya içinin aprobasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universitetində və Azərbaycan texniki Universitetində keçrilmiş konfransda məruzə edilmiş, alınmış nəticələr çap olunmuş və sertifikat alınmışdır.
Nəşr edilmiş əsərlər: 1. İstehsal sahələrində xidmət sistemlərinin model və alqoritmlərinin işlənməsi
2. İstehsal müəssisələrində anbar xidmət sisteminin işlənməsinin alqoritm və modelləri
İşin həcmi və srukturu: Dissertasiya işi giriş, 3 fəsil, proqram nəticələri, nəticə, ədəbiyyat siyahısından ibarət olub, 86 səhifədə çap edilmişdir. Dissertasiya işində 35 ədəbiyyatdan istifadə olunmuşdur.
Fəsillər haqqında qısa məlumat: Birinci fəsildə logistikanın mahiyyəti və logistika prosesinin tərkibi aydınlaşdırılmış,
istehsal müəssisələrində logistikanın məqsədi haqqında məlumat verilmiş,istehsal müəssisələrində logistikanın təkmilləşdirilməsi mərhələləri qeyd edilmişdir.
İkinci fəsildə istehsal müəssisələrində logistika məsələlərinin həll alqoritmləri işlənməsi baximından, istehsal müəssisələrində logistika məsələsinin qoyuluşu verilmiş, istehsal müəssisələrində logistika məsələlərinin həll alqoritmiləri iılənmiş,fəsil üzrə əldə edilmiş nəticələrin təhlili verilmişdir.
Üçüncü fəsilistehsal müəssisələrində logistika məsələsinin modelinin işlənməsi baxımından istehsal müəssisələrində logistika məsələsinin modelinin yazılışı,istehsal müəssisələrində logistika məsələsinin modelinin realizasiyası işləri aparılmış, fəsil üzrə əldə edilmiş nəticələrin təhlili verilmişdir.Sonda disertasiya üzrə alınmış nəticələr və istifadə edilmiş ədəbiyyat siyahısı göstərilmişdir.