FƏRDİ İŞ
Rəhbər:
dos.S.M.Qocayeva
Kafedra müdiri: akademik N.A.Paşayeva
BAKI - 2021
2
Azərbaycan Respublikası Azərbaycan dilinin himayətçisidir
İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir,
böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim
qayğı ilə əhatə etməlidir.
Azərbaycan dili - Azərbaycan xalqının danışdığı dildir. Azərbaycançılığın
əsas və birinci komponentidir.
Ana dili! Nə qədər rəfiq və nə qədər ürək hissləri oyandıran bir kəlmə! Nə
qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə! Ana dili! Bir dil ki, mehriban
bir vücudda öz məhəbbətini, ana şəfqətini sənə o dildə bəyan edibdir. Bir dil ki, sənə
beşikdəykən bir lay-lay şəklində öz ahəng və lətafətini eşitdirib, ruhunun ən dəruni
güşələrində nəqş bağlayıbdır. Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl bu dil
sayəsində bir fikir hasil edibsən. Azərbaycanlı balası heç vaxt razı olmaz ki, ana
dilinə xəyanət etsin” (Nəriman Nərimanov).
Azərbaycan xalqının varlığını yaşadan ana dili min illərdir ki, onun milli və
mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili xalqımızın
qürur mənbəyidir. Xalqın tarixi kökləri, mədəni irsi, elmi təfəkkürü, ictimai inkişaf
yolu məhz bu xəzinədə qorunur, bu saxlanc ilə yaşayır. Onu qorumaq isə dilin
daşıyıcısı olan xalqın borcudur. Nəzərə alsaq ki, hazırda qloballaşma prosesi siyasi,
iqtisadi və ictimai-mədəni təmərküzləşmə fonunda dilləri də yoxolma təhlükəsi ilə
üz-üzə qoyur, onda ana dilini qoruyub-yaşatmağın necə önəmli bir vəzifə olduğu bir
daha aydın olur.
Zaman-zaman Azərbaycanın düşünən beyinləri də dili xalqın yaşaması üçün
ən mühüm amil hesab etmiş, bu dəyərli mənəvi sərvəti kənar dillərin təsirindən
qoruya bilmişlər. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun
inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini
genişləndirməyi bir zərurətə çevirdi. Bu dövrdən başlayaraq qəbul edilmiş bir sıra
qanun və qərarlar isə yeni şəraitdə ana dilinin dövlət dili səviyyəsində inkişaf etməsi
üçün yollar açır.
3
“Millətimizi sevmək üçün ən irəli dilimizi sevməliyik. Həm də elə eşq ilə
sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına
dil məhəbbətini çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs
borcu olmalıdır. A canım, biz özümüzü bilməsək, öz dilimizi bəyənməsək, kim bizə
hörmət edəcək?” (Ömər Faiq Nemanzadə).
“Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili
millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin
mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini
sevdiyi kimi, ana dilini də sevir. Bu Allah-təalanın gözəl nemətlərindən birisidir,
onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”.
Ümumitəhsil məktəblərində tədris olunan “Azərbaycan dili”, “Ədəbiyyat”,
“Azərbaycan tarixi”, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan Konstitusiya-
sı” və başqa fənn dərslikləri aşağı siniflərdən başlamış məktəb illəri sona yetənə
qədər bizə Azərbaycan haqqında, azərbaycançılıq haqqında, dilimiz, dinimiz haq-
qında, türkçülük və müasirlik haqqında zəngin məlumat verir. Azərbaycan radiosu,
televiziya kanalları, internet şəbəkəsi, müxtəlif markalı əl-cib telefonları, mətbuat və
s. bu ruhda uşaqlardan tutmuş yaşlı nəslin nümayəndələrinə qədər hamını, hətta
xarici ölkələrdən gəlmiş insanları da Azərbaycançılıq üzərində kökləyir.
Xalqımızın milli ruhunun daşıyıcısı olan Azərbaycan dili, Azərbaycanda
yaşamış qədim türkdilli tayfalar, onların folklor üslubunda ədəbiyyatı və
mədəniyyəti, xalqımızın soykökü və dilimizin mənşəyi, Azərbaycan türklərinin
yaşadıqları ərazilər haqqında ilkin məlumatlara leksikoqraf alim Mahmud
Kaşğarinin 1072-ci ildə yazdığı “Divanü luğatit- türk” adlı üç cildlik lüğətində rast
gəlirik. Akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabında
xalqımızın və dilimizin mənşəyi haqqında geniş tarixi məlumatlar verilmişdir.
“Azərbaycan” sözü ərazi vahidi kimi həmişə işlək olmuşdur, lakin “Azərbaycan dili”
əvəzinə “ana dili”, “türk dili” terminləri işlədilmişdir.
Türk dilləri ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi
miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk qəbilələrinin ümumi anlaşma
vasitəsi olan dilimiz IV-V əsrlərdən artıq danışıq dili kimi fəaliyyət göstərmişdir.
4
Aqqlütinativ (iltisaqi) quruluşa malik bu dil şifahi şəkildə yayılan ilkin ədəbiyyat
nümunələri – dastanlar, nağıllar, bayatılar, laylalar, sayaçı sözləri, holavarlar və s.
şəklində Azərbaycan ədəbi dilinin erkən formalaşmasına zəmin yaratmışdır və bu,
həm də onu sübut edir ki, dilimiz V-IX əsrlərdə ümumxalq dili kimi tam
formalaşmışdı.
1929-cu ildə geniş xalq kütlələri üçün yazıb oxumağın çox çətin olduğu ərəb
əlifbasından latın qrafikalı əlifbaya, 1940-cı ildən kiril qrafikalı rus əlifbasına
keçilmişdi. 1991-ci ilin dekabrından latın qrafikalı Azərbaycan əlifbasının bərpası
haqqında qərar yazıb oxumaq işini daha da asanlaşdırdı, dünyanın əksər ölkələrinin
mətbuatına və internetə maneəsiz girişini asanlaşdırdı. 1995-ci ilin 12 noyabrında
keçirilən ümumxalq referendumu xalqımızın və dilimizin adlarını (Azərbaycan
xalqı, Azərbaycanlı, Azərbaycan dili terminlərini) qəti müəyyən etdi.
Heydər Əliyevin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının
I qurultayında bəyan etdiyi tezislər azərbaycançılığın ən yüksək ifadəsi oldu: “Hər
bir azərbaycanlının harada yaşamasından, həyatda hansı mövqe tutmasından asılı
olmayaraq ən böyük vəzifəsi öz ana dilini bilməkdən, ondan qürur duymasından
ibarətdir”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif ölkələrdə
yaşayan dünya azərbaycanlılarının birlik və həmrəyliyini – azərbaycançılığı siyasi
ideologiya zirvəsinə qaldırdı və indi ulu öndərin siyasi məktəbinin layiqli davamçısı,
ölkə prezidenti cənab İlham Əliyev dövlətçilik ənənələrinin varisi kimi milli
birliyimizi, Azərbaycançılıq ideologiyasını istər ölkə daxilində, istərsə də ölkə
xaricində məqsədyönlü şəkildə uğurla həyata keçirir.
Beləliklə, “Azərbaycan dili” termini 1995-ci ildən təkcə ölkəmizdə deyil,
bütün dünyada öz layiqli yerini tutdu, türk dilləri ailəsinə mənsubluğunu saxlamaqla
“türk dili” terminindən fərqləndirildi, əsrlər boyu işləndiyi adi ünsiyyət vasitəsindən,
məişət dili zəminindən dövlət dili, elm və siyasət dilinə çevrildi. Dövlət dilini
bilmək, bu dildə danışmaq və yazmaq Azərbaycan Respublikası ərazisində hər bir
vətəndaşın borcu kimi göstərildi. Heydər Əliyev Azərbaycan dilinin tətbiqi və
5
qorunması haqqında 2001-2003-cü illərdə imzaladığı bir neçə fərmanla bu sahədə
olan boşluğu doldurdu.
Fərmanlarda rəsmi dövlət dili statusu almış dilimizin tədrisinin
yaxşılaşdırılması, inkişaf etdirilməsi, latın qrafikalı əlifbaya qəti şəkildə keçilməsi
tələbi qoyulurdu. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan dili və
Azərbaycan əlifbası günü kimi qeyd edilir.
Respublikamızda yaşayanlar da daxil olmaqla dünyanın 60-dan çox ölkəsində
50 milyona yaxın soydaşımız bu gün Azərbaycan dilində danışır, yazır, oxuyur,
informasiya vasitəsi kimi ondan istifadə edir. Azərbaycanda yaşayan azsaylı xalqlar
– talışlar, kürdlər, tatlar, lahıclar, ləzgilər, aqullar, laklar, qrızlar, tabasaranlar və baş-
qaları Azərbaycan dilindən ikinci ana dili kimi, dövlət dili kimi tam istifadə edirlər.
Sabit qrammatik quruluşu, zəngin söz-lüğət tərkibi, geniş ifadə imkanları,
mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları olan dilimiz orta və ali
məktəblərdə, kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlığın
bütün sahələrində ədəbi dilimizin normalarına uyğun tətbiq edilir.
Respublikamız müstəqillik qazanandan və 1995-ci il noyabrın 12-də
ümumsəsvermə yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul
olunandan sonra Azərbaycan dili, sözün həqiqi mənasında rəsmi dövlət dili oldu.
Burada yazılmışdır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
Respublikası Konstitusiyanın 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq
Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının 2002-ci il
30 sentyabr tarixli Qanununa görə dövlət dilini bilmək hər bir Azərbaycan
Respublikası vətəndaşının borcudur. Dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi,
ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi
partiyalarda, qeyri-hökumət təşkilatlarında, həmkarlar təşkilatlarında, digər hüquqi
şəxslərdə, onların nümayəndəliklərində, filiallarında və idarələrdə kargüzarlıq işləri
dövlət dilində aparılır.
Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar dövlət
6
dilində və ya Azərbaycan dilinə tərcümə olunmaqla müvafiq xarici dildə aparıla
bilər.
Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən,
mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət
dilində aparılır. Bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini
mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Eyni zamanda
bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir.
Azərbaycan dilinin dövlət dili statusu almasında XX əsrin 90-cı illərində
SSRİ-də baş vermiş hadisələrin də mühüm rolu olmuşdu. Belə ki, Sovet
imperiyasının dağılmasının əsası Sovet İttifaqı Kommunist Partiyasının 1985-ci ildə
keçirilən mart plenumunda qoyuldu. Məhz bu plenumdan sonra sovetlər daxilində
birləşdirilmiş xalqlar sanki yuxudan ayıldılar, illərlə vətənpərvər, qabaqcıl
ziyalıların, şair və yazıçıların, elm və sənət adamlarının öz milli azadlıqları,
suverenlikləri uğrunda apardıqları mübarizə yeni məcraya yönəldi, xalqlar qul
psixologiyasından azad olmağın vaxtı çatdığını başa düşdülər, öz mili dilləri,
yazıları, mədəniyyətləri uğrunda mübarizəyə atıldılar. Bu xalqların içərisində
Azərbaycanlılar daha öncül mövqe tuturdular. Belə bir siyasi şəraitdə Azərbaycan
Respublikası Ali Sovetinin 1988-ci il 18 avqust və 23 sentyabr tarixli qərarları
dilimizin hörmətini qaldırmağa yönəlmiş ilk ciddi addımlar oldu.
Azərbaycan xalqı 1990-cı ilin 20 yanvarında qanına qəltan olsa da, böyük
faciələrlə üzləşərək torpağının 20 faizini itirsə də, bir milyona yaxın soydaşı öz ev-
eşiyindən, öz əzəli torpaqlarından didərgin düşsə də Azərbaycan Respublikası Ali
Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi “Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası haqqında” bəyannaməsi xalqımızın siyasi
mübarizəsinin yekunu oldu. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan dilinin inkişaf etdirilməsi yolunda yeni dövr açıldı.
Azərbaycan dilinin rəsmi dövlət dili statusu məsələsi artıq 1992-ci ilin dekabrında
Azərbaycan Respublikası Milli Məclisində müzakirə olundu və dilimizin adının
1936-cı ilə qədər işləndiyi kimi -“türk dili” adlandırılması qərara alındı.
7
Lakin Azərbaycan dilinin respublikamızda tam səlahiyyətli dil olmasını,
dövlət dili statusu almasını, şəriksiz rəsmi dil kimi işlədilməsini ulu öndər Heydər
Əliyev reallaşdırıb həyata keçirdi. O, hakimiyyətə ikinci dəfə gəlişindən sonra
Konstitusiyanın qəbulu zamanı müzakirələrdə öz çıxışlarında dilimizin adının təsbit
olunmasında və dövlət dili statusu almasında çevik siyasət yeritdi. Dilimizin adının
1936-cı ildən “Azərbaycan dili” adlandırılmasına rəğmən onun bu şəkildə
adlandırılmasını düzgün hesab etdi. Çünki xarici ölkələrdə “türk dili” termini altında
ancaq Türkiyə dövlətinin rəsmi dili başa düşülürdü və onlar ikinci türk dilini tanıyıb
qəbul etmək istəmirdilər. Ölkəmizin, dövlətimizin, xalqımızın adi dilimizin adı üçün
də əsas götürüldü və 1992-ci ilin 30 dekabrında Azərbaycan Milli Məclisində qəbul
olunmuş və sənədlərdə, dərsliklərdə öz əksini tapmış “türk dili” adı “Azərbaycan
dili” adı ilə əvəzləndi. Məhz bundan sonra dilimiz böyük ictimai-siyasi nüfuz
qazandı, siyasi, iqtisadi, sosial, mənəvi - ideoloji həyatımızın bütün sahələrində
işlənməyə başladı.
Söz ehtiyatının artırılması və fəal nitq vahidinə çevrilməsinin ilkin
vasitələrindən biri bədii, ictimai-siyasi və publisistik ədəbiyyatın mütaliəsindən
ibarətdir. Rabitəli cümlələrdən ibarət mətnləri, bədii əsərlərdən götürülmüş parçaları
mütaliə etmədən, hər dərsdə öz nitqinə yeni leksik və frazeoloji materiallar daxil
etmədən dili öyrənmək isə çox çətindir.
İstər Azərbaycan yazıçılarının həyat və yaradıcılığına aid esselər, şifahi xalq
yaradıcılığına aid sənət nümunələri, istərsə də bədii ədəbiyyatdan götürülmüş
parçalar tələbələrin bədii, elmi, siyasi dünyagörüşünü genişləndirir, onların
vətənpərvərlik hisslərini daha da gücləndirir. Əbəs deyildir ki, “vətənpərvərlik ana
dilindən başlanır” deyirlər.
Azərbaycan dilini, bu dilin incəliklərini gənc nəslə öyrədən müəllim
xalqımızın ən məşhur şair və yazıçıları kimi bədii dilin obrazlı, emosional
nümunələrinə dərindən yiyələnməklə hər bir dərsdə, praktik məşğələ və mühazirədə,
söhbət və müsahibələrdə elə səlis, ifadəli və rəvan danışmalıdır ki, özünü əsl natiq
kimi sevdirməklə yanaşı müqəddəs ana dilimizi də sevdirməli, dilimizin
mənimsənilməsinə, dərindən öyrənilməsinə xidmət göstərmiş olsun. Bəli, müəllim
8
şair və nasir kimi gözəl, ifadəli, obrazlı danışmağı, natiqlər kimi bəlağətli, pafoslu
nitq söyləməyi, bədahətən, sinədəftər söz deməyi bacarmalı, danışıq dilimizi
zənginləşdirməli, danışıq dili ilə ədəbi dil arasında canlı körpü yaratmalı, dilimizin
müasir elmi fikirləri də ifadə etməyə qadir olduğunu nümayiş etdirməlidir.
Dilimiz xalqımızın yaratdığı sənət nümunələri vasitəsilə dünyanın ən geniş
yayılmış dilləri ilə rəqabət apara bilir.Azərbaycan dili dünyanın ən mədəni dilləri
sırasında öz sadəliyi, dərinliyi, zənginliyi, şeiriyyəti, poetikliyi ilə görkəmli
yerlərdən birini tutur.
Ümummilli lider H.Əliyev deyirdi: “Azərbaycan dili Cənubi Qafqazda ən
gözəl və çox işlənən bir dildir. Bu dildə danışmaq, həm də gözəl və məzmunlu
danışmaq böyük istedad tələb edir. Bu dil dünyanın ən böyük dilləri ilə rəqabət apara
bilir. Vaxtilə bir müddət Azərbaycanda – Quba zonasında yaşamış rus şairi
M.Y.Lermontov öz dostuna yazdığı məktubda qeyd edirdi ki, o, burada Azərbaycan
dilini öyrənir. Avropada fransız dili kimi, Qafqazda da Azərbaycan dili çox məşhur
və mötəbər bir dildir. Biz çalışmalıyıq ki, tələbələrimiz ana dilimizi gözəl bilsinlər,
onun lüğət tərkibinə, qrammatik quruluşuna, üslubi imkanlarına dərindən bələd
olsunlar, danışarkən özlərində məsuliyyət hiss etsinlər, məntiqsizliyə yol
verməsinlər, fikirlərini düzgün, dəqiq, səlis və rəvan ifadə etməyə çalışsınlar, axı
gözəl, məzmunlu danışmaq böyük istedad sayılır”.
Ümummilli lider Heydər Əliyevin dövlət səviyyəli əməli fəaliyyətinin
nəticəsində xalqımızın dövlət dili haqqındakı çoxəsrlik arzusu reallaşdı. O, XVI
əsrdə Səfəvilər hakimiyyəti dövründə Ş.İ.Xətainin və XX əsrin əvvəllərində
Azərbaycan Demokratik Respublikasının qurucularından olan M.Ə.Rəsulzadənin
davamçısı kimi Azərbaycan dilini yüksək qiymətləndirərək onu yaşatmaq, inkişaf
etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq məsələlərinin dövlət vəzifəsi
olduğunu bütün aktuallığı ilə bəyan etməklə bir daha sübut etdi ki, yalnız müstəqil
dövləti olan xalqın rəsmi dövlət dili ola bilər və bu da yalnız müdrik, qüdrətli,
düzgün qərarlar qəbul etməyi bacaran dövlət başçısının fəaliyyəti nəticəsində
mümkün olur.
Dostları ilə paylaş: |