MüSTƏQİLLİK İLLƏRİNDƏ azərbaycan tibb universitetiNİn bəZİ MƏqamlarinin eskiZLƏRİNƏ daiR



Yüklə 10,66 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix28.12.2016
ölçüsü10,66 Mb.
#3768
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Mayın 

2-də 

Azərbaycan 

Tibb 

Universitetində (ATU) tibb tələbələrinin və 

gənc  həkimlərin  1-ci  beynəlxalq  konqresi 

öz işinə başlayıb. Azərbaycanın ümummilli 

lideri Heydər Əliyevin anadan olmasının 91-

ci ildönümünə həsr olunmuş konqresə ATU-

nun  müəllim  və  tələbələri,  dünyanın  10-a 

yaxın  ölkəsinin  aparıcı  universitetlərinin 

professor  və  tələbələri  qatılıblar.  Tədbirdə 

əvvəlcə Azərbaycan Respublikasının dövlət 

himni  səsləndirilib.  Sonra  Azərbaycanın 

tarixi  keçmişindən  və  bu  günündən, 

zəngin  mədəniyyəti  və  tarixi-memarlıq 

abidələrindən  bəhs  edən  film  nümayiş 

etdirilib.

Konqresin  açılış  mərasimində  çı-

xış  edən  ATU-nun  rektoru,  Milli 

Məclisin deputatı, akademik Əhliman 

Əmiraslanov 

müasir 


müstəqil 

Azərbaycan  dövlətinin  memarı  və 

qurucusu,  xalqımızın  ümummilli  li-

deri  Heydər  Əliyevin  doğum  günü 

ərəfəsində  ölkəmizdə,  eləcə  də 

rəhbərlik etdiyi təhsil müəssisəsində 

bir  çox  beynəlxalq  əhəmiyyətli 

tədbirlərin 

keçirilməsinin 

artıq 


ənənəyə  çevrildiyini  bildirib.  Bunun 

ulu  öndərin  təhsilə  və  səhiyyəyə 

göstərdiyi  qayğı  ilə  bağlı  olduğunu 

diqqətə  çatdırıb:    “Bu  gün  açılışına 

toplaşdığımız  tələbələrin  və  gənc  həkimlərin 

ilk  beynəlxalq  konqresi  də  məhz  bu  ərəfəyə 

təsadüf edir. Mənə elə gəlir burada oturanların 

hər  biri  çox  gözəl  bilir  ki,  ulu  öndər  gəncliyə 

son  dərəcə  yüksək  qiymət  verirdi  və  böyük 

qayğı  göstərirdi.  Onun  gəncliyimizə  qayğısı 

sayəsində bir çox yüksək ixtisaslı mütəxəssislər 

yetişdirilmişdir  ki,  bu  gün  onlar  Azərbaycana 

layiqincə xidmət edirlər. Biz çox şadıq ki, ulu 

öndərin  gəncliyə,  təhsilə,  elmə,  səhiyyəyə, 

mədəniyyətə olan qayğısı və diqqəti möhtərəm 

Prezidentimiz  tərəfindən  uğurla  davam  etdi-

rilir.  Bu  konqres  də  cənab  İlham  Əliyevin  bu 

sahəyə  olan  diqqətinin  bariz  nümunəsidir. 

Tələbə  Elmi  Cəmiyyətində  belə  konfranslar 

hər  il  keçirilir.  Ancaq  bu  il  belə  qərara  gəldik 

ki,  bu  konfrans  tək  universitet  çərçivəsində 

yox,  beynəlxalq  səviyyədə  olsun.  Artıq  bu 

beynəlxalq konfrans reallaşıb. Dünyanin 10-a 

qədər  ölkəsindən,  xeyli  yüksək  ixtisaslı,  öz 

sahəsində  tanınmış  professor-müəllim  heyəti 

və  tələbələr  gəliblər.  Azərbaycana  gəlmiş  bu 

mütəxəssislər,  tələbələr  ölkəmizin  inkişafını, 

təhsilimizin müvəffəqiyyətlərini görürlər və öz 

ölkələrində Azərbaycan haqqında fikir forma-

laşdırırlar.  Gənclərimizin  elmi  tədqiqatlarının 

nəticələrinin müzakirəsi sayəsində diskussiya 

mədəniyyəti formalaşır”. 

TEC-in  elmi  rəhbəri,  professor  Amalya 

Əyyubovanın  əməyini  yüksək  qiymətləndirən 

rektor mayın 3-dək davam edəcək konqresdə 

təbabətin  aktual  problemlərinə  həsr  olun-

muş  elmi  müzakirələrin  aparılacağını  deyib: 

“Konqresdə həmçinin Türkiyə, İsrail və Rusiya-

nın  nüfuzlu  universitetlərinin  professorlarının 

onkologiya,  cərrahiyyə,  mikrobiologiya,  his-

tologiya,  stomatologiya,  əczaçılıq,  pediatriya, 

genetika,  tibbi  statistika  və  ümumi  mövzular 

üzrə elmi məruzələri dinləniləcəkdir. Eyni za-

manda,  yerli  və  xarici  tələbələr  təqdimatlarla 

çıxış  edəcəklər.  Bu  isə  ölkələrimiz  arasında 

elmi əlaqələrin qurulmasında böyük əhəmiyyət 

daşıyır”.

Qeyd  edilib  ki,  gənc  həkimlərin  elmi 

tədqiqatlara  cəlb  olunmasında  və  onlarda 

diskussiya  mədəniyyətinin  formalaşmasında 

belə tədbirlərin böyük əhəmiyyəti vardır.

Konqresdə  iştirakından  məmnun  qaldı-

ğını  bildirən  Türkiyənin  İstanbul  Universi-

tetinin  professoru  Cavit  Avçi  qeyd  edib  ki, 

dəfələrlə  Türkiyədə  olan  TEC-in  sədri,  do-

sent Müşfiq Həsənovla konqres öncəsi geniş 

fikir  mübadiləsi  aparıblar.  Bakıda  özünü  öz 

evindəki  kimi  hiss  etdiyini  söyləyən  türkiyəli 

professor təhsil əlaqələrimizin səmərəli olaca-

ğına əminliyini vurğulayıb. 

Rusiya  Federasiyasının  Tümen  Dövlət  Tibb 

Universitetinin professoru Vitali Bıçkov çıxışın-

da  dünya  ölkələrinin  tibb  təhsili  üzrə  təcrübə 

mübadilələrinin  mühüm  rolunu  qeyd  edib. 

Azərbaycanın sürətlə inkişaf etdiyini, ATU-nun 

tələbələri ilə ünsiyyətdən zövq aldığını bildirən 

rusiyalı alim ATU-ya xatirə hədiyyələri təqdim 

edib.


Konqresin bədii hissəsində Azərbaycan mu-

siqisinin  ölməz  inciləri  təqdim  olunub.  Dahi 

Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” ope-

rasından Gülçöhrənin ariyasını və digər musiqi 

parçalarını iştirakçılar alqışlarla qarşılayıblar.

Konqres öz işini plenar iclaslarda davam 

etdirib.


Yüklə 10,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin