Мустягил тящсил сийасяти



Yüklə 303,5 Kb.
səhifə24/37
tarix02.01.2022
ölçüsü303,5 Kb.
#2467
1   ...   20   21   22   23   24   25   26   27   ...   37
Müəssisədə təlim. Müəssisədə praktik təlim, yaxud “şagirdlik”, peşədən asılı olaraq 2 ildən 3,5 ilə qədər çəkir. Yalnız dövlət tərə­findən tanınmış peşələr üzrə hazırlığa icazə verilir. Kamal attestatı olan şəxslər üçün təlim müddəti yarım il azaldıla bilər. Xüsusilə yaxşı müvəffəqiyyət əldə edilərcə, təlim müddəti daha yarım il azaldıla bilər. Şagirdlərin əmək haqqı ildən-ilə artırılır. Təlim proqramı sahibkarlar birlikləri və həmkarlar ittifaqları tərəfindən hazırlanır və müvafiq fe­deral nazirliklərin direktivləri ilə təsbit edilir. Proqramlarda keçilən fənlərin siyahısı və imtahanların növləri (formaları) müəyyənləşdirilir. İmtahanları iqtisadiyyatda özünüidarə orqanlarının (sənaye-ticarət pala­taları, sənət palataları) komissiyaları qəbul edirlər. İmtahan ko­mis­siyasının tərkibinə sahibkarların, əmək kollektivlərinin və TPM-ləri müəllimlərinin nümayəndələri daxil olurlar.

Şagirdlər iqtisadiyyatın bütün sferalarına, habelə azad peşələr sferasına daxil olan 500.000 müəssisədə, həmçinin dövlət idarələrində təlim keçirlər. İri firmalar özlərinin xüsusi emalatxanalarında və iş yerlərində işçi hazırlayırlar. Kiçik müəssisələrdə təlim bilavasitə iş yer­lərində təşkil olunur. Əgər müəssisə çox dar çərçivədə ixtisaslaşmışsa və bütün zəruri bilikləri vermək imkanına malik deyildirsə, onlara sahələrarası təhsil (təlim) mərkəzləri yardım göstərirlər. Belə mər­kəz­lərdə gənclər özlərinin peşə biliklərinin dərinləşdirirlər.




Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin