Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya


Bu baxımdan elmi məruzələrdə intonasiya, diksiya, səs tembri və pauzanın əhəmiyyəti böyükdür



Yüklə 61,01 Kb.
səhifə24/24
tarix02.01.2022
ölçüsü61,01 Kb.
#42161
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   24
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar

Bu baxımdan elmi məruzələrdə intonasiya, diksiya, səs tembri və pauzanın əhəmiyyəti böyükdür və təqdimat prosesində aşağıda qeyd olunanlar mütləq diqqətdə saxlanılmalıdır:

1. Düzgün nəfəs alınması; bol oksigen rahat danışığın, çıxış edərkən həyəcanın dəf edilməsinin əsas silahıdır. Düzgün nəfəs alanların səsi daha dolğun olur, beyinləri daha aktiv işləyir, onlar gec yorulur və məhsuldar olurlar. Bu baxımdan təqdimat prosesində fasilə (pauza) anları düzgün seçilməlidir.

2. Səs tellərinin dolğunlaşdırılması; cəlbedici səs insan haqqında müsbət fikir formalaşdırır, onu daha cazibədar edir. Bu baxımdan səsin tembri əhəmiyyətlidir.

3. Ağız tənbəlliyi aradan qaldırılmalı; necə ki hərfləri əyri-üyrü yazanda xətt pis olduğu kimi, səslər də ağızdan bu şəkildə çıxanda nitq anlaşılmaz olur. Ağız aparatı aktivləşincə hər şey əla efekt vermis olur. Təqdimat prosesində diksiya əhəmiyyəti rola malikdir.

4. “Nə demək yox, necə demək önəmlidir”. Bu mərhələdə intonasiya üzərində iş gedir. Söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin üsulları müəyyənləşməli və ona əməl edilməlidir.

5. Söz ehtiyatı nə qədər çox olarsa, nitq də bir o qədər maraqlı, axıcı olacaq. Söz bazasını artırmaq, nitqə yeni sözlər daxil etmək vacib amillərdəndir.

6. Nitqi ləhcədən, jarqonlardan, parazit sözlərdən, mənfi fikir yaradan ucuz yanaşmalardan təmizləmək.

7. Təqdimat zamanı insanın rahatlığı, özünü sərbəst aparması önəmlidir.

8. Bədən dilini doğru-düzgün danışdırmaq, tam məqamında bundan istifadənin min sözə bərabər olduğunu anlamaq.

Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin formalaşması və davamlı tətbiqi təxirəsalınmaz məsələlərdən biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi fikirlərini yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar. Bu, həm onların öz gələcək karyeralarını qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşularaq ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratmış olar.



 
Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin