Müvafiq ixtisaslar üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya


Menecmentdə kommunikasiya və onun təşkili



Yüklə 61,01 Kb.
səhifə9/24
tarix02.01.2022
ölçüsü61,01 Kb.
#42161
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar

Menecmentdə kommunikasiya və onun təşkili
Kommunikasiya iki və daha çox insanlar arasında informasiya mübadiləsi prosesidir. Başqa sözlə desək, kommunikasiya dedikdə iki və ya daha çox subyekt arasında informasiya mübadiləsi prosesi başa düşülür.

Kommunikasiya haqqında danışmazdan əvvəl informasiya anlayışını və informasiya proseslərini bilmək vacibdir. Çünki bu iki anlayış bir-birilə sıx bağlıdır.

Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, həmçinin müəssisənin bölmələri arasında, digər müssisələrlə, bazarla, partnyorlar və rəqiblərlə və digər iştirakçılarla qarşılıqlı əlaqələrin qurulması və istifadə olunması kimi başa düşülməlidir.

Kommunikasiya prosesində dörd əsas mərhələni fərqləndirmək olar:

1. Informasiyanın toplanması, işlənməsi və hazırlanması;

2. Informasiyanın kodlaşdırılması və göndərilməsi;

3. Informasiya kanalı və ötürmə vasitələri;

4. Informasiyanın alınması və kodun açılması

Təşkilatlardakı cəmiyyətlərarası kommunikasiya özündə aşağıdakıları birləşdirir:

1 - Müxtəlif şöbələr (bölmələr) arasındakı kommunikasiya. Bütün təşkilatların üfüqi kommunikasiyaya ehtiyacı vardır. Çünki təşkilat bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlər sisteminin məcmusu olduğundan rəhbərlik təşkilatı lazımi istiqamətdə irəliyə aparmaq üçün xüsusi elementlərin birgə işləməsinə nail olmağa çalışmalıdır.

2 – Rəhbər-tabeçi kommunikasiyası təşkilatdakı kommunikasiyanın göz qabağında olan komponentidir. Rəhbər tabeçilikdə olanlar arasındakı informasiya mübadiləsinin bir sıra müxtəlif növləri vəzifə prioritet və gözlənilən nəticələrin biruzə verilməsi və vəzifələrin həll edilməsinə şöbələrin cəlb edilməsinin təmin edilməsi ilə işin effektliyi probleminin müzakirə edilməsi ilə motivasiya məqsədilə tanınma və mükafatlandırmaya nail olmaqla bağlıdır.

3 – Rəhbər və işçi qrupu arasında olan kommunikasiya. Bu rəhbərlərə qrupların hərəkət effektliyini yüksəltmək imkanı verir. İnformasiya mübadiləsində qrupun bütün üzvləri iştirak etdiyindən bir yerdə necə işləməyin zəruriliyi ilə bağlı olaraq şöbənin yeni vəzifələri prioritetləri “imkanları” haqqında onların hər biri düşünmək imkanına malik olur.

Kommunikasiya və informasiya müxtəliflakin bir-birilə bağlı olan anlayışlardır. Kommunikasiya özündə həm nə verilisə onu,həm də onun necə verilməsini birləşdirir.Kommunukasiya aktının baş tutması üçün ən azı 2 şəxs möcud olmalıdır. Belə ki, kommunikasiya prosesinin hər bir iştirakçıları görmək, eşitmək,hiss etmək və ya toxunmaq,iy və dadı müəyyən etmək qabiliyyətinə malik olmalıdır.

Kommunikasiya prosesində əsasən 4 element iştirak edir:

1) İdeyanı beyində generasiya edən;

2) İnformasiyanı ötürən;

3) İnformasiyanı alan;

4) Ötürmə vasitəsi olan kanal.

I halda-informasiyanı müxtəlif mənbələrdən toplayaraq ötürən şəxs olmalıdır (ideyanı generasiya edən).

II halda-müxtəlif rəmzlərin köməyi ilə kodlaşdırılan informasiya olmalıdır.

III halda-ötürmə vasitəsi olan kanal seçilməlidir.

IV halda isə-alan şəxs,yəni qəbul edən şəxs olmalıdır.

Kommunikasiya prosesi mərhələli şəkildə aşağıdakı kimi baş verir:

1) İdeya yaranır;

2) İdeya kodlaşdırılır;

3) Göndərlimə vastəsi seçilir və ötürülmə baş verir.

4) Dekodlaşdırma (kodun açılması)

Təşkilatın öz məqsədinə çatması üçün effektiv kommunikasiyanın öz rolu vardır.Çünki kommunikasiya prosesinin cəhdi 50%-i uğurlu olur,50%-i isə yarı yolda itirilir.Kommunikativ maneələr,təşkilatda kommunikasiya prosesinin effek-tivliyini aşağı salır.Hər bir təşkilatda kommunikasiyanın aşağıdakı növləri fərqlən-dirilir:

1) Şaquli və üfüqi;

2) Formal və qeyri-formal;



3) Verbal və qeyri-verbal.


Yüklə 61,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin