«و فی التابعین الامام زین العابدین و الباقر و الصادق و مجاهد و عطاء بن ابی رباح و طاووس و ابو زبیربن مطرف المکی اسمه محمدبن مسلم بن تدرس الاسدی و محمدبن سدی ذکر ابوالحسن علی بن الحسین الحافظ فی کتاب «سیر العباد» انّ الحسن البصری و ابرهیم النخعی یقولون به و سعید بن جبیر حتی قال انها احل من ماء الفرات و جابربن یزید الجعفی و ابن جریج و الحسن بن محمد بن علی بن حنفیه و عمروبن دینار ...»
“Tabeindən mütə nikahını təsdiqləyən şəxslər bunlardır: imam Zeynulabidin, imam Baqir, imam Sadiq (əleyhimus-səlam) Mücahid, Əta ibn Əbi Ribah, Tavus, Əbu Zubeyr ibn Mətrəf Əl-Məkki (adı Məhəmməd ibn Müslim ibn Tudris Əsədidir) və Məhəmməd ibn Sudey. Əbulhəsən ibn Əli ibn Əl-Hüseyn Hafiz “Seyrul-ibad” kitabında demişdir: Şübhəsiz, Həsən Bəsri və İbrahim ibn Nəxəi mütə nikahını halal bilmişlər. Hətta Səid ibn Cübeyr demişdir ki, mütə nikahı Fərat çayının suyundan da halaldır. Cabir ibn Yəzid Cövfi və İbn Cüreyc, Həsən ibn Məhəmməd ibn Əli ibn Hənəfiyyə və Əmr ibn Dinarın adını da onların sırasında çəkmək olar.”299
“Cəvahirul-kəlam” kitabının müəllifi yazır:
«و کفی بذلک اتفاق اهل البیت الذین هم اساطین الاسلام علی خلافه، و اتفاق شیعتهم علی ذلک حتی صار من ضروریات مذهبهم یعرفه کل احد منهم ...و ایضا فالقول علیها منقول من اعظم الصحابة و التابعین، مجاهد، عطاء بن ابی رباح، طاووس، ابن الزهری مطرف، محدبن سدی ... و نقل عن مالک، ابن شبرمة من الفقهاء المیل الیها».
“Mütə nikahını isbat etmək üçün bunu demək kifayətdir ki, İslamın sutunları olan Əhli-beytin (əleyhimus-səlam) mütənin halallığı barəsindəki yekdilliyi və Əhli-beyt şiələrinin bu barədə yekdil rəyləri bir həddə çatmışdır ki, onların məzhəb zərurətlərindən sayılmışdır. Hamı bunu bilir... Habelə mütə nikahının caizliyi görkəmli səhabələrdən... və tabeindən, o cümlədən Mücahid, Əta ibn Ribah, Tavus, İbn Zöhri Mətrəf və Məhəmməd ibn Sudeydən nəql olunmuşdur. Və fəqihlər içində Malikin və Şübrəmənin də siğəyə təmayüllü olduğları yazılır.”300
İbn Aşur yazır:
«انه ثبت ان الناس استمتعوا و عن علی بن ابی طالب و عمران بن حصین و ابن عباس و جماعة من التابعین والصحابة انهم قالوا بجوازه».
“Sübut olunmuşdur ki, camaat mütə nikahı etmişlər. Əli ibn Əbi Talibdən (əleyhis-səlam), İmran ibn Hüseyndən, İbn Abbasdan, tabein təbəqəsindən olan bir qrupdan və səhablərdən nəql olunmuşdur ki, onlar mütə nikahının caizliyinə etiqad bəsləmişlər.”301
Bütün bunlar iki məzhəb alimləri və böyük şəxsiyyətləri tərəfindən tabeinin mütə nikahı barəsindəki fikirləri haqqında əhəmiyyət daşıyan nöqtələrdir. Biz bu haqda külliyyatı söyləməklə kifayətlənir və daha ətraflı tədqiq üçün bu şəxslərin barəsində bir-bir söhbət açırıq. Hədəfimiz budur ki, tabeinin də Əhli-beytin (əleyhimus-səlam) kənarında və peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələrilə birgə mütə nikahının halallığına etiqad bəslədiklərini və bir çox hallarda bu nikah növündən istifadə etdiklərini göstərək. Nəzərinizə çatdırmaq lazımdır ki, əgər tabein və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) peyğəmbəri görməyən şəxslər nikah ayəsini “ila əcəlin müsəmma” cümləsiylə birgə oxumuşlarsa, bu onların mütə nikahının halallığına etiqad bəslədiklərini göstərir. Çünki mütə nikahı peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən nəsx olsaydı, nikah ayəsini “ila əcəlin müsəmma” ilə və ya bu cümləsiz oxumağın heç bir fərqi olmazdı. Əks halda deməliyik ki, bu cümlə Quranın bir hissəsidir və bu şəxslər Quranın təhrif olunmaması üçün ayəni “ila əcəlin müsəmma” ilə qiraət etmişlər.
1. Səid ibn Cübeyr
Səid ibn Cubeyr tabein sinfinin görkəmli şəxsiyyətlərindən və tanınmış təfsir alimlərindəndir. Mütə nikahı haqqında tabeindən bizə çatan faktlardan məlum olur ki, Səid ibn Cübeyr mütə nikahını halal bilirmiş. Sünni və şiə alimləri o cümlədən Təbərsi302, Bəlaği303, Seyid Əbdülhüseyn304, Təbəri305, Cəlaləddin Siyuti306, Əbu Həyyan307, İbn Kəsir308, Səyləbi, Hakim Nişapurinin309 yazdıqlarına görə Səid ibn Cübeyr mütə nikahı ayəsini həmişə “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuyar və onunla təfsir edərdi. Səid ibn Cübeyrin və ya hər hansı bir şəxsin bu ayəni “ila əcəlin müsəmma” cümləsi ilə birlikdə oxuması bu mətləbi çatdırır ki, bu ayə mütə nikahı haqqında nazil olmuş və heç bir ayə onu nəsx etməmişdir. Çünki ayə nəsx olsaydı bu böyük şəxsiyyətlərin onu “ila əcəlin müsəmma” cümləsi ilə birgə və ya bu cümləsiz oxumalarının heç bir mənası qalmazdı. Əllamə Təbatəbai310 və İbn Həcər kimi tanınmış alimlər bu faktı təsdiqləmişlər. İbn Həcər yazır:
«و ظاهر استشهاد بن مسعود بهذه الآیه هنا (الی اجل مسمی) یشعر بانه کان یری لجواز المتعة»
“İbn Məsudun mütə ayəsinə “ila əcəlin müsəmma” ilə istinad etməsi bunu göstərir ki, o, mütə nikahının caizliyinə inanırdı.”311
Kiminsə “ila əcəlin müsəmma” cümləsini oxumaqla səhabə və tabeinlərin Quranın təhrifinin qarşısını almaq istəmələrini iddia etməsi öz-özlüyündə qeyri-məqbuldur.
Bundan əlavə Səid ibn Cübeyrin mütə nikahını qəbul etməsi və bir çox hallarda ona əməl də etməsi hədislərdə öz əksini tapmışdır. Əbdürrəzzaq bu barədə yazır:
«و عن بن جریج عن عبدالله بن عثمان بن خثیم قال: کانت بمکة امرأة عراقیة تسنّک جمیلة لها ابن یقال له ابوامیة و کان سعید بن جبیر يکثر الدخول علیها قال: قلت یا ابا عبدالله! ما اکثر ماتدخل علی هذه المرأة قال: انا قد نکحناها ذلک النکاح – المتعة- قال و اخبرنی ان سعیداً قال له: هی احل من شرب الماء – المتعة- »
İbn Cüreyc, o da Abdullah ibn Ösman ibn Xəsimdən belə nəql edir: Məkkədə gözəl və Allahpərəst bir iraqlı qadın vardı. Bu qadının bir oğlu var idi ki, onu "Əbu Üməyyə" deyə çağırırdılar. Səid ibn Cübeyr hey o qadının yanına gedərdi. Mən ondan:
- Ya Əba Abdullah, nə üçün o qadının yanına çox gedirsiniz?- deyə soruşdum. Səid ibn Cübeyr:
- Mən onunla mütə nikahı bağlamışam,- deyə cavab verdi.
Ibn Cüreyc söhbətinin ardında dedi: Səid ibn Cübeyr mənə dedi:
- Mütə nikahı su içməkdən də halaldır.312
Səid ibn Cübeyrin mütə nikahının caizliyi barəsindəki məsləkini sual altına almaq üçün onun adına yalançı hədislər də uydurmuşlar. Keçən müzakirələrimizdə o hədislərdən yazdığımız üçün bu miqdarla kifayətlənirik.
2. Mücahid ibn Cəbr
Mücahid öz əsrinin tanınmış Quran qarilərindən və təfsirçilərindəndir. O, özündən sonrakı əsrlərdə də təfsir və qiraət elmlərinin öncüllərindən hesab olunmuşdur. Hər iki məzhəbin kitablarında yazıldığı kimi bu adlı-sanlı tabei, böyük müfəssir İbn Abbasın ətəyində böyümüş və təfsir elmini ondan öyrənmiş şəxslərdən biridir. Fəzl ibn Məymun bu haqda yazır:
Mücahiddən belə söylədiyini eşitdim ki, o dedi: Mən Quranı otuz dəfə İbn Abbasın hüzurunda oxudum.
Nuri isə demişdir:
«اذا جائک التفسیر عن مجاهد فحسبک به»
“Əgər Mücahiddən əlinə bir təfsir çatdısa sənin üçün kifayətdir.”313
Əhli-sünnənin adlı-sanlı alimləri o cümlədən Məhəmməd Cərir Təbəri314, Cəlaləddin Siyuti315, İbn Kəsir316, başqaları317 öz təfsir kitablarında qeyd etmişlər ki, Mücahid mütə nikahının ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə oxuyar və təfsir edərdi. Bu da Mücahidin mütə nikahının halallığını qəbul etdiyini aydın nümayiş etdirir.( Bunuda nəzərə almaq lazımdır ki, Mücahid tabeindən biridir və peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) yaxından görməmişdir. Dini elmləri də səhabələrdən mənimsəmişdir.) Elə buna görə də Mücahid mütə nikahı ayəsini belə təfsir etmişdir.
3. Məhəmməd ibn Sudəy
Məhəmməd ibn Sudəy də tabein təbəqəsindəndir. O, müsəlmanların etimad və etibar etdikləri şəxslərdəndir. Məhəmməd ibn Sudeydən mütə ayəsi barəsində əlimizə gəlib çatan təfsirlərdən belə nəticə çıxarmaq olar ki, o, mütə nikahının halallığına etiqad bəsləmişdir. Təriqətlərin təfsir kitablarında Məhəmməd ibn Sudəydən mütə nikahı barəsində qeyd olunmuş təfsirlərdən məlum olur ki, o, bu ayənin mütə nikahı üçün nazil olduğunu dəstəkləyirmiş. Buna görə də deyilən ayəni “ila əcəlin müsəmma” cümləsi ilə təfsir edərmiş.318
4. Qutadə ibn Dəamə
Qutadənin əsli İraqdandır və tabeilər təbəqəsindən sayılır. O, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) şöhrətli səhabəsi, Abdullah ibn Məsudu görmüş və hədislərini onun vasitəsilə nəql etmişdir.319 Təriqət böyüklərinin dediklərinə görə Qutadə İraqın ən böyük alimlərindən və bütün müsəlmanların etimad göstərdiyi şəxslərdəndir. Səid ibn Müseyyib Qutadə haqqında demişdir: “Mən iraqda Qutadədən hafiz bir şəxs görmədim.”320
Əhli-sünnə kitablarının yazdıqlarına görə Qutadə də mütə ayəsini “ila əcəlin müsəmma” ifadəsi ilə qiraət və təfsir edirdi. 321
5. Məqatil ibn Süleyman
Əhli-sünnə kitablarında, habelə Məqatil ibn Süleymanın öz təfsirində yazılanlar Məqatilin də digər səhabə və tabein kimi mütə nikahı ayəsini “ila əcəlin müsəmma” cümləsi ilə birgə qiraət və təfsir etməsindən hekayət edir.322
6. Əta ibn Əbi Ribah
Əta ibn Əbi Ribah da tabeilərdən biri və mütə nikahını halal edən fərdlərdəndir.323 Onun təfsir və hədislərdən əlimizə gəlib çatanları bu həqiqəti təsdiqləməkdədir. Bundan əlavə din alimləri də Ətanın mütə nikahının halallığına etiqad bəslədiyini söyləmişlər.324
7. Həbib ibn Əbi Sabit
Təfsir mənbələrində göstərildiyi kimi Həbib ibn Əbi Səbat mütə nikahı ayəsini İbn Abbas və Ubey ibn Kəbin təfsirinə uyğun olaraq “ila əcəlin müsəmma” cümləsi ilə qiraət və təfsir etmişdir.325
8. Həkəm ibn Uyəynə
Həkəm ibn Uyəynədən bizə çatmış hədislər aydınlıqla göstərir ki, o, mütə nikahının caizliyinə inanmışdır. Əks halda bu kimi hədisləri nəql etməz və onlara istinad etməzdi.
Əhli-sünnə və şiələrin görkəmli xadimləri təfsir və hədis kitablarında qeyd etmişlər:
«روی عن الشعبة عن الحکم قال: سألته عن هذه الآیة ( فمااستمتعتم به منهن) امنسوخة هی؟ قال لا قال الحکم: قال علی بن ابی طالب کرم الله وجهه: لولا ان عمر نهی عن المتعة ما زنا الاشقی»
Şöbə Həkəm ibn Uyəynədən nəql edir ki, bir gün Həkəm ibn Uyəynədən:
- Bu ayə nəsx olmuşdurmu? – deyə mütə nikahı barəsində soruşdum.
- Xeyr, - deyə Həkəm cavab verdi və davam etdi,- Əli(əleyhis-salam) buyurmuşdur: “Əgər Ömər mütəni qadağan etməsəydi bədbəxt insanlardan başqası zinaya bulaşmazdı”.326
Bu hədisi bir nümunə və dediklərimizin canlı şahidi olaraq zikr etdik.
9. Təlhə ibn Məsrəf
Təlhə ibn Məsrəfin də adı mütə nikahının ayəsıni “ila əcəlin müsəmma” cümləsi ilə oxuyan və təfsir edənlərin sırasında çəkilir.327
10. Zəfər ibn Əvs Mədəni
Əhli-sünnənin fiqhi328 və digər kitablarında329 yazılmışdır ki, Zəfər ibn Əvs də mütə nikahını caiz bilən kəslərdən olmuşdur.
11. Tavus Yəmani
İbn Həzmin Əl-Mühəlla kitabında yazdığına görə Tavus da mütə nikahının halal olduğunu əqidə kimi seçmişdir.330
Üçüncü hissə
Tabeinlər tabeini331
1. İbn Cüreyc
Ibn Cüreyc adı ilə məşhur olan Əbdülməlik ibn Əbdüləziz əhli-sünnənin tanınmış fəqihlərindən və “səhiheyn”332in ən etimadlı ravilərindəndir. Bu məşhur fəqih hicri qəməri tarixi ilə 80-cı ildə (amul-cihaf), yəni Məkkəyə, hacıların çoxunun ölümünə səbəb olan dəhşətli və viranedici sel gələn il dünyaya göz açmışdır.333 O, hicri-qəməri tarixilə 150-ci ildə 70 yaşında vəfat etmişdir.334
Ibn Cüreyc on doqquz ilə yaxın İbn Abbasın məşhur tələbələrindən olmuş Əta ibn əbi Ribahın şagirdlərindəndir. Qeyd etmək lazımdır ki, Əta ibn əbi Ribah illərlə İbn Abbasın elmindən bəhrələnmiş və onun nəzəriyyələrinin təsiri altında inkişaf etmişdir. İbn Cüreyc aldığı dərsləri tamamlayandan sonra Məkkədə müxalifsiz bir fəqih kimi şöhrət tapmışdır. Əhli-sünnənin böyük alim və fəqihlərindən olan İbn Cüreyc təriqət rəhbərlərinin açıqladıqlarına görə müqəddəs Məkkə şəhərində mütə nikahını caiz bilən və dəfələrlə buna əməl edən insanlardan olmuşdur.335
Zəhəbi yazır:
Şafeyi demişdir ki, ibn Cüreyc 60 qadınla mütə nikahı bağlamışdır.336
İbn Cərir demişdir: “İbn Cüreyc həmişə mütə nikahının caizliyini təsdiqləmiş və 60 qadınla siğə etmişdir.”337
Zəhəbi də bu məsələni kamil şəkildə təsdiqləmişdir.338
Şiə və əhli-sünnə qaynaqlarındakı faktlara əsasən bu nəticəyə gəlmək olar ki, İbn Cüreyc mütə nikahı məsələsində Əhli-beytin (əleyhimus-səlam) dediklərinin tərəfdarı olmuşdur. Buna görə də İmam Sadiq (əleyhis-səlam) ondan mütə nikahının dəlilini soruşanda o, dərhal imam Baqirdən (əleyhis-səlam) nəql olunmuş hədisə istinad etmiş və demişdir ki, biz bu hədisə əsaslanaraq mütə nikahını halal bilirik.339 Sözü gedən hədisin mətni belədir:
عن اسماعيل بن الفضل الهاشمی قال: سألت ابا عبدالله عليه السلام عن المتعة؟ فقال الق عبدالملک بن جریج فسله عنها فان عنده منها علما فلیقته فأملی علی شیئا کثیرا فی استحلالها و کان فیها روی لی فیها ابن جریج، انه لیس فیها وقت و لا عدد انما هی بمنزلة الاماء یتزوج منهن کم شاء و صاحب الاربع نسوة یتزوج منهن ما شاء بغیر ولی و لا شهود، فاذا انقضی الاجل بانت منه بغیر طلاق و یعطیها الشی الیسر و عدتها حيضتان و ان کانت لا تحیض فخمسه و اربعون یوما قال: فأتیت بالکتاب ابا عبدالله (علیه السلام) فقال صدق و أقربه» 340
Ibn Cüreycin mütə nikahının halallığı barəsindəki fikirlərini digərləri də öz kitablarında qeyd etmişlər. Biz onları açıqlamaqdan vaz keçir və yuxarıda yazdıqlarımız miqdarla kifayətlənirik.341
2. Malik ibn Ənəs
Malikiyyə məzhəbinin imam və rəhbəri Malik ibn Ənəs də əhli-sünnə alimlərinin etirafına əsasən mütə nikahını halal bilmişdir. Sərəxsi bu barədə demişdir:
«هذا (نکاح المتعه) باطل عندنا و جائز عند مالک بن انس و هو ظاهر من قول ابن عباس.»
Mütə nikahı bizim zənnimizcə batil və Malik ibn Ənəsin fikriycə caizdir. Ibn Abbasın dediklərinin zahiri də mütə nikahının halallığını çatdırır.342
Əhməd Eyni bu barədə yazır:
«قال مالک هو (نکاح متعه) جائز مباحاً»
Malik demişdir ki, mütə nikahı caiz və mübahdır.343
3. Əhməd ibn Hənbəl
Hənbəli təriqətinin banisi Əhməd ibn Hənbəlin sözlərindən bu qənaətə gəlmək olar ki, o, mütə nikahınıa qadağanı (haram edildiyini) qəbul etməmişdir. Mütə qadağasını ona isnad edənlər isə başqalarıdır. Mütə nikahı qadağasının bu şəkildə Əhməd ibn Hənbələ isnad edilməsi isə bu nukah növünü sual altına almaqdan başqa məqsəd daşımır.
Abdullah ibn Qudamə Əhməd ibn Hənbəlin mütə nikahı barəsindəki nəzəriyyəsi haqqında yazır:
«قال ابوبکر فیها روایة اخری انها مکروهة غیر حرام لان ابن منصور سأل احمد عنها یجتنبها احب الی قال فظاهر الکراهة دون التحریم».
Əbubəkr demişdir: “Mütə nikahı barəsində digər bir hədis də mövcuddur ki, bu nukah növünün haram deyil məkruh olduğunu göstərir. Ona görə də İbn Mənsur Əhməd ibn Hənbəldən mütə nikahı barəsində soruşanda o, : “Mənim zənnimcə mütə nikahından pərhiz etmək daha yaxşıdır” – deyə cavab vermişdir”. Əbubəkr deyir ki, bu sözün zahiri mütə nikahının haram olması yox, onun məkruh olmasını göstərir.344
Bu da Əhməd ibn Hənbəlin mütə nikahı haqqındakı nəzəriyyəsi idi. Biz bu nəzəriyyəni müəyyən miqdarda tədqiq edib bu qənaətə gəldik ki, mütənin qadağan olması fikri əsasən Əhməd ibn Hənbələ digərləri tərəfindən aid edilmişdir. O, mütə nikahını haram bilməmişdir.
Əhli-sünnə alimləinin dedikləri
İbn Aşur Məhəmməd ibn Tahir:
İbn Aşur hicri-qəməri tarixi ilə on dördüncü əsrdə yaşamış əhli-sünnə təfsirçilərindəndir. Onun fikrincə, mütə nikahı zərurət halında caiz və halaldır. Əhli-sünnənin bu insaflı təfsirçisi öz təfsirində mütə nikahı ətrafında araşdırmalar apardıqdan sonra bu ayənin mütə nikahı barəsində nazil olduğunu etiraf edərək yazır:
«و الذی استخلصناه فی حکم نکاح المتعة انه جائز عند الضرورة الداعية الی التأجیل مدة العصمة مثل الغربة فی السفر و غزو اذا لم تکن مع الرجال زوجه».
Mütə nikahı barəsində bu qənaətə qəlmişik ki, zərurət halında paklığa səbəb olan mütə nikahı caizdir. Məsələn, səfərdə, qürbətdə və müharibədə insanın həyat yoldaşı onun yanında olmasa.345
O, mütə nikahının hökmlərini belə şərh edir:
«و یشترط فیه ما یشترط فی النکاح من صداق و اشهاد و ولی حیث یشترط و انهاتبین منه عند انتهاء الاجل و انهالا میراث فیها بین الرجال و المرأة اذا مات احدها فی مدة الاستمتاع و ان عدتها حیضة واحده و ان الاولاد لاحقون بابیهم المستمتع»
“Daimi nikahda lazım olan mehriyə, şahid və vəli kimi şərtlər mütə nikahında da şərt sayılır. Mütə nikahında ayrılıq nikah vaxtının sona çatması ilə baş verir. Bu növ nikahda kişi və qadın arasında irs yoxdur. Evlilik müddətində onlardan biri vəfat edərsə, mütə nikahının iddəsi bir heyzdir. Bu nikahdan doğulan uşaqlar mütə edən ataya aid olur.”346
Əhli-sünnənin görkəmli ziyalı alimləri, elmlər doktoru, professor Xeyrəddin Karaman, elmlər doktoru, professor Mustafa Çağrıçı, elmlər doktoru, professor İbrahim Dönməz və elmlər doktoru, professor Səbrəddin Gümüş mütə nikahını halal və caiz saymışlar. Bu alimlər “Nisa” surəsinin 24-cü ayəsinin təfsirində belə söyləmişlər:
“Nəql olunmuş hədis və rəvayətlərə əsasən, Məhəmməd peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) iki dəfə mütə nikahına icazə vermiş və iki dəfə onu qadağan etmişdir. Hədislərdən bu qənaətə gəlmək olar ki, bu iş mütə nikahının nəsx olunması mənasında deyil. Əksinə, bu nikaha böyük ehtiyac duyulanda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buna icazə vermişdir və buna ehtiyac olmayanda onu qadağan etmişdir. Lakin hədis raviləri bu icazənin səbəbini başa düşməmiş və onu nəsx ilə qarışdırmışlar. Sübut olunmuşdur ki, müsəlmanlar Əbubəkrin və Ömərin zamanında müvəqqəti evlənirdilər və ikinci xəlifə bu işi qadağan etmişdir. (Bu onu göstərir ki, səhabələr də bunu başa düşmüşlər.) Bir sözlə, bu növ nikah səfərdə və müharibədə olan şəxslər üçün hələ də caizdir və iqtisadi zərurət onu tələb edən zamana qədər bu nikahın icazə hökmü öz qüvvəsində qalmaqdadır. Bu nikahda daimi nikahın mehriyə, şahid və vəli kimi xüsusiyyətləri mövcuddur. Iki tərəf arasında müəyyən olunmuş müddət bitəndə isə talağa ehtiyac qalmır. Əgər evlilik müddətində ər-arvaddan biri dünyadan gedərsə onların arasında irs yoxdur. Və bu nikahın iddəsi bir paklığdan (heyz olandan sonra) ibarətdir.”347
Nəzərinizə çatdırdığımız bu mövqe dörd türk aliminin mövqeyi idi.
Məşhur dinşünasların etirafları
Sadaladığımız fərdlərdən savayı başqa insanlar da var ki, təriqət alimlərinin etiraflarına əsasən – bir çox səhabə və tabeinlər kimi - mütə nikahının halallığına etiqad bəsləmiş və onun caizliyinə fitva (hökm) vermişlər. Biz söhbəti uzatmadan yalnız onların adlarının sadalamaqla kifayətlənir və bu hissəni də bununla tamamlayırıq. Bu insanlar aşağıdakılardan ibarətdir:
1. İmam Baqir (əleyhis-səlam)
2. İmam Sadiq (əleyhis-səlam)
3. Əbuzzöhri Mətrəf
4. Həsən Bəsri
5. İbrahim Nəxəyi
6. Səid ibn Həbib
7. Əmr ibn Dinar
Bu qeyd etdiyimiz şəxslər mütə nikahını caiz bilən insanlardırlar.348 Indi isə mütə nikahı və siğə adı ilə məşhur olan şəhərləri nəzərinizə çatdırmaq niyyətindəyik.
“Mütə və siğə şəhərləri” adı ilə məşhur olmuş Məkkə və Yəmən şəhərləri
Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatindan sonra mütə nikahının halallığı onun əksər səhabələri üçün o qədər aydın idi ki, hicaz və hicaz ətrafı məntəqələrdə “mütə nikahı” və “siğə etmək” adı ilə məşhur şəhərlər mövcud idi. Böyük əhli-sünnə alimlərinin qəti fikirlərinə görə Məkkə və Yəmən, “siğə şəhərləri” adı ilə tanınmışdılar. Lakin bu nikah növü əsrimizdə bir qrup müsəlman tərəfindən “şiələrin uydurduğu nikah” və ya “haram nikah” adı ilə damğalanmaqdadır. Onların bu rəftarı keçmişdə və indiki zamanda o qədər ifratçı olmuşdur ki, bu nikahı halal bilənlərə zinakar və günahkar adı ilə ittiham etmişlər. Sanki unutmuşlar ki, peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məşhur səhabələri o cümlədən Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Abbas, İmran ibn Hüseyn və keçən bölümdə adlarını çəkdiyimiz digər kəslər mütə nikahının halallığına etiqad bəsləmiş və bir çox hallarda özləri də müvəqqəti olaraq evlənmişlər. Habelə unutmuşlar ki, Məkkə və Yəmən kimi şəhərlər “mütə nikahı” və “siğə etmək” adı ilə məşhur olmuşlar. Əhli-sünnə alimləri bu barədə yazırlar:
İbn Əbdul-Birr:
«اصحاب ابن عباس من اهل مکه و الیمن کلهم یرون المتعه حلالاً علی مذهب ابن عباس»
“İbn Abbasın Məkkədən və Yəməndən olan səhabələrinin hamısı İbn Abbasın məsləki əsasında mütəni halal bilmişlər.”349
Qurtubi yazır:
اهل مکه کانوا یستعملونها کثیرا
“Məkkə əhli mütədən çox istifadə edərdilər.”350
Zəhəbi də bu həqiqətə etiraf edir. O, yazır:
«و من قول اهل الحجاز .... و الجمع بین الصلاتین من غیر عذر و المتعة بالنساء ... و اتیان النساء فی ادبارهن»
Hicaz əhlinə xas olan nəzəriyyələrdən biri iki namazı üzürsüz birləşdirmək, qadinla mütə nikahı bağlamaq və arxa tərəfdən yaxınlıq etməkdir.351 Onlardan əlavə bunu böyük əhli-sünnə alimi Əvzai də etiraf etmişdir. O, demişdir: “Biz Məkkə sakinlərinin adət-ənənəsindən beş işi tərgitdik. Onlardan biri də siğə etmək və ya qadınla mütə nikahı bağlamaqdır.”352 İbn Bəttal353, İbn Rüşd354 və İbn Həzm355 kimi görkəmli şəxsiyyətlər də bu həqiqətə aydınlıq gətirmişlər. Bu məsələ əhli-sünnə içində o qədər məşhurdur ki, hətta bəziləri demişkən: “Məkkə əhli mütə nikahını halal bilməklə Allah tərəfindən imtahan olunmuşlar.”356
Bütün bunları nəzərə almaqla necə iddia etmək olar ki, mütə nikahı haram olmuş və şiələr tərəfindən uydurulmuşdur. Görəsən bunlar səhabələrə, tabeinə və şiələrə böhtan sayılmırmı?
ما لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَ لا لِآبائِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْواهِهِمْ إِنْ يَقُولُونَ إِلاَّ كَذِبا
Onların nə özlərinin, nə də atalarının (bu iddiaya) heç bir bilikləri yoxdur. Onların ağzından çıxan bu söz böyük bir sözdür. Onlar yalandan qeyri bir söz söyləmirlər.357
Dostları ilə paylaş: |