Müzakirə dərsi və onun mərhələləri
AMİ Şəki filialı,
Dillər kafedrasının müdiri,
fil.e.n. dosent U.B.Mürşüdova
e-mail: ulduzshyahoo.ca
Sinif müzakirəsi tədris prosesinin bütün aspektlərinin mərkəzində durur. Sinif
müzakirəsindən effektli istifadə edilməsi müzakirə edilən bir- sıra vacib
mövzuların anlanılması imkanı yaradır. Müzakirə zamanı nitq prosesində müxtəlif
lüğət ehtiyatları və ifadələrdən istifadə olunur, şagirdlər mövzu ətrafında verbal
olaraq öz fikirlərini ifadə etməklə ünsiyyət qururlar. Müzakirə etmək, bəzən
mübahisə etmək ifadəsi ilə qarışdırılır. Müzakirədən elə situasiyalarda istifadə
edilir ki, müəllim və tələbələr, yaxud şagirdlər özləri müəyyən bir problemi
təfsilatı ilə təsvir etməyə, öz fikirlərini və ideyalarını bölüşməyə çalışırlar.
Müzakirə zamanı suallar yüksək anlama səviyyəsinə təkan verir.
Müzakirə dərslərindən müəllim ən azı təlim prosesinin üç vacib məqsəd və
vəzifəsinə nail olmaq üçün istifadə edir.
1.
Müzakirə şagirdlərin düşünmə qabiliyyətini inkişaf etdirir və onların
akademik məzmunu anlamalarını təmin edir. Şagirdlərə müəyyən
məsələlər haqqında danışmaq bu məsələləri onların qavramasını
istənilən səviyyədə təmin etmir. Müzakirə şagirdlərin mövzu
ətrafındakı biliklərini daha da gücləndirir və onların problemlə bağlı
düşünmək və anlamaq prosesini sürətləndirir.
2.
Müzakirə şagirdləri tədris prosesinə cəlb edir və bu proseslə
məşğul
olmağa təhrik edir. Təcrübəli və müdrik müəllim tədqiqatın öyrənmə
zamanı ən doğru yol olduğunu anlayır və tələbələr sərbəst öyrənmə
zamanı məsuliyyətli olmağa, öyrənmə zamanı müəllimdən asılı
olmamağa vərdiş edirlər. Müzakirə üsulundan istifadə etmək bu
məqsədə xidmət edir. Müzakirə şagirdlərə imkan verir ki, onlar öz
fikirləri ətrafında danışsınlar və sinifdən kənar yerlərdə gedən
söhbətlər zamanı müzakirəyə qoşulsunlar.
3.
Müzakirə şagirdlərinünsiyyət qabiliyyət, bacarıq və vərdişlərini
inkişaf etdirmək üçün müəllim tərəfindən təşkil edilir.Çünki müzakirə
ictimai və açıq şəkildə danışmaq imkanı verən prosesdir. Müəllim bu
zaman tələbələrin onlara öyrədilən və sonra müzakirə edilən mövzu
ilə bağlı fikirləri və inkişafı ilə tanış olur. Bu zaman tələbələr
digərlərini dinləmək, sual soruşmaq, cavab vermək, öz ideyalarını
aydın şəkildə və akademik dillə açıqlamaq bacarıq- vərdişlərə
yiyələnirlər.
Müzakirə dərsləri 5 mərhələdən ibarətdir:
Mərhələ 1. Məqsəd aydınlaşdırılır və tələbələr istiqamətləndirilir.
Bu zaman müəllim məqsədə uyğun müzakirə ətrafında kiçik söhbət aparır və
tələbələri iştirak etmək üçün hazırlayır.
Mərhələ 2. Müzakirə prosesini diqqət mərkəzinə gətirir.
Bu zaman müəllim müzakirə qaydalarını diqqət mərkəzinə gətirir və ilkin
suallar sorusur, tələbələri düşündürən vəziyyət yaradır, yaxud müzakirə
mövzusunu təsvir edir.
Mərhələ 3. Müzakirə aparılır.
Bu zaman müəllim tələbələrin qarşılıqlı müzakirəsinə nəzarət edir, sual verir,
ideyaları dinləyir, cavablandırır, qeydlər edir və öz fikirlərini söyləyir.
Mərhələ 4. Müzakirə sona çatır.
Bu zaman müəllim tələbələrə müzakirə mövzusunu icmallaşdırmağa, və ya
yekun nəticəyə nail olmağa kömək edir.
Mərhələ 5. Müzakirə ətrafında sorğunun keçirilməsi
Bu zaman müəllim tələbələrin öz müzakirələrini və düşünmə prosesini
yoxlamağı tapşırır.
Müzakirə dərslərində tələbələr aşağıdakı nailiyyətləri əldə edirlər.
Ətraf mühiti və idarətmə sistemini öyrənmək üçün müzakirə vacib prosesdir. Bu
zaman tələbələr fəal olur və mühit açıq fikirlərlə xarakterize edilir.
Sinif
müzakiəsi
Cəlbedilmə
və məşğul
olma
Konseptual anlama
Ünsiyyət və
düşünmə