2.3. Lokаl kompüter şəbəkələrinin kommunikаsiyа qurğulаrı
Lokal şəbəkələr məhdud coğrafi ərazidə, məsələn bir mərtəbə və ya bina hüdudunda işləmək üçün yaradılmışdır. Lokal şəbəkələr fərdi kompüterləri öz aralarında elə birləşdirirlər ki, onlar printer- lər və fayllar kimi şəbəkə resurslarına daxil ola bilsinlər. Qonşu şəbəkə qurğuları faktiki olaraq fiziki daşiyıcı və ya kabel vasitəsilə bir-birilərilə birləşdirilirlər. Lokal şəbəkələrdə tipik qurğular kimi təkrarlayıcılardan (repeater), körpülərdən (bridge), konsentrator- lardan (hub), çeviricilərdən (switch), marşrutlaşdırmalardan (router) və şluzlardan (gateway) istifadə olunur.
Dostları ilə paylaş: |