My Web-sayt



Yüklə 0,77 Mb.
səhifə73/84
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#39828
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
ŞƏBƏKƏ PROQRAM TŞMİNATI

Tarixi


1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir əməliyyat sistemi yaratdılar: UNIX. Lakin, AT&T şirkətinin planında bu əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi

- Unix əməliyyat sisteminin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi. Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri 2BSD (Berkeley Software Distribution) əməliyyat sistemi ilə maqnit lentlərin yayılmasına başladılar. Lakin, hal-hazırda Unix-əsaslı əməliyyat sistemlərindən ən çox maraq cəlb edənləri açıq kodlu əməliyyat sistemləridir. Bu sistemlərdən biri də Linuxdur. Linux əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur.

1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu əməliyyat sisteminin üzərində işləməyə başladılar və Linux əməliyyat sistemi inkişaf etməyə başladı.

Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.

Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.

GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) hesabına inkişaf edir.

Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.
Linux nüvəsinin yaradıcısı Linus Torvalds Linux haqqında ilk məlumatı 1991-ci il avqustun 25-də dünyaya çatdırdı. Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da

əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi

tərəfindən yazılan proqramlar istifadə edilmişdi.

Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər: əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.

Linux-dan istifadə edənlərin sayı 1991-ci ildən 2010-cu ilə kimi on dəfələrlə artdı. Lakin ən çox istifadə edilən əməliyyat sistemi deyil. Dünyada kompüterlərin cəmi 1 faizi Linuxdan istifadə edir. Linux proqram kodunun ölçüsü yarandığı gündən bu günə kimi əhəmiyyətli dərəcədə böyüyüb. Əgər 1995-ci ildə sistemdə 250 sətir proqram kodu var idisə, 2010-cu ildə bu rəqəm 14 milyon oldu.

Tezliklə sistem özünü müxtəlif sahələrdə, xüsusilə superkompyuterlər seqmentində sınaqdan keçirdi. Hazırda dünya üzrə 500 aparıcı superkompyuterlərdən 413-ü “Linux” əməliyyat sistemi əsasında işləyir.

dailycomm.ru saytının verdiyi məlumata görə, sistem fərdi kompüterlər sahəsində də olduqca fəaldır. Belə ki, əgər 1994-cü ildə “Linux" bazasında 37 milyon fərdi kompyuter var idisə, 2010- cu ildə bu rəqəm 351 milyona çatdı.

Linux əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya aid olsa da o, eyni zamanda çoxmodullu nüvə elementlərindəndə istifadə edir. Belə ki, nüvənin kompilyasiyası zamanı nüvənin bir çox komponentlərinin- modullarının yüklənməsi (və ya bunun əksi) mümkündür.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin