Linux və Windows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində[1] işlədilir, 1.8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1.4%-i isə Windows istifadə edir. Bundan əlavə Google, Twitter, Facebook, Amazon, IBM kimi böyük şirkətlər, kosmosun tədqiqində NASA, bir çox dövlət məktəblərdə və universitetlərdə, müasir maşınlar, hostinq şirkətlərinin 70%-i Linux istifadə edir.
2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəliproqram təminatının xərcləri azaltdığını dedi.[4] Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.[5]