Şəbəkəni dəstəkləməsi
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir. TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.
MUHAZİRƏ 10
KLIENT-SERVER-MODELI
Proseslərin işini koordinasiya etmək üçün onların arasında informasiya mübadiləsi
olmalıdır. Məsələn, yeni prosesi planlaşdırmaq üçün planlaşdırıcı «Memory manager» proqramından onun üçün diskdə yer almalıdır, faylla işləmək üçün planlaşdırıcı «File manager» proqramından məlumat almalıdır.
Proseslər arasında olan informasiya mübadiləsi proseslərin qarşılıqlı əlaqəsi (ing.
interprocess communication) adlanır.
Qarşılıqlı əlaqə müxtəlif formalarda ola bilər.
Onlardan biri - «klient-server» modelidir (ing. client/server model) .
«Klient-server» modeli kompyuter şəbəkələrinin yaradılmasında geniş istifadə olunur.
Bu modelə uyğun olaraq, proses ya klient, ya da server ola bilər. Klient digər prosesdən nə isə soruşur, server isə - klientin sualına cavab verir. Məsələn, əməliyyat sisteminin daxilində, «File manager» proqramı - serverdir, çünki o, klientlərin sorğuları əsasında fayllara müraciəti təmin edir.
«Klient-server» modelinə rolları dəqiq paylanmış proqram təminatı daxildir. Klient
sadəcə serverlərə sorğuları göndərir və cavabı gözləyir, server isə lazım olan əməliyyatları yerinə yetirir və cavabı klientlərə yollayır. Serverin funksiyası onun cari və ya uzaqlaşdırılmış kompyuterdə yerləşməsindən asılı deyil. Bu cür müxtəlif hallarda serverlərə və klientlərə təsir göstərmədən mübadiləni təmin edən proqram təminatı fərqli olur. Ona görə də, əgər proqram təminatının komponentləri «klient-server» modeli əsasında təşkil olunubsa, onda onlar öz funksiyalarını eyni və ya müxtəlif kompyuterlərdə yerinə yetirə bilərlər.
Beləliklə, şəbəkə daxilində serverləri və klientləri müxtəlif şəkildə paylamaq olar.
Server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsisi proqram yazılmış kompyuter nəzərdə tutulur. Ona başqa sözlə web-server və ya http-server də deyirlər. Server klient kompyuter sorğusuna cavab olaraq lazımi Web-səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi kompyuterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa bu halda sizin kompyuter «klient», bütün bu server isə «klient-server» adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu resursları istismar edən istifadəçi kompyuter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır.
Serverlər müxtəlif olurlar. Bu muxtəliflik serverlərin işlədikləri operasion sistemlərdəki fərqlərdən ibarətdir. Hal hazırda İnternet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur:
Microsoft Internet Information Server (IIS) - Window NT/2000 sistemi əsasında işləyən. Hər hansı təşkilatda yerləşdirilmiş ayrıca bir serverdir.
Dostları ilə paylaş: |