My Web-sayt



Yüklə 0,77 Mb.
səhifə78/84
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#39828
1   ...   74   75   76   77   78   79   80   81   ...   84
ŞƏBƏKƏ PROQRAM TŞMİNATI

Apache – OC UNIX standartına uyğun platforma üçün nəzərdə tutulmuşdur. My SQL verilənlər bazası ilə inteqrasiya olunur, Web-provayderlərin çoxu tərəfindən istifadə olunur. Apache Web-servert proqramını http://www.apache.org URL ünvanından pulsuz yükləmək olar.

Adətən serverlər böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər. Məsələn: əlaqə kanalları optik liflərdən ibarət şəbəkələrdə. Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System standartlarına cavab verən DNS ünvanıdır.

Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompyuterdir. Serverin sahibi və administratoru serverə müraciətə icazəni verə bilər və ya bu icazəyə qadağan qoya bilər. Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək ixtiyarına malikdir.

Server Internet istifadəçiləri arasında «informasiya portalı» adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır.

Serverdən fərqli olaraq sayt server proqramı ilə təmin olunmayıb. Saytların çoxunun xüsusi domen adına malik olmalarına baxmayaraq, onlar serverin bir hissəsi sayılırlar. Sayt (site, sahə) – serverin hər hansı sahəsidir, yəni bütünlüklə hər hansı mövzuya həsr olunmuş bölmədir.

Internetdə yerləşən resursların realizə olunması verilənlərin ötürülməsinin «kliyent-server» sxemi əsasında təşkil edilmişidir. Web-səhifənin kliyent brauzerinə yüklənilməsi üçün kliyent brauzeri server kompyuterində yerləşən və http-server adlanan xüsusi proqrama sorğu göndərir və sorğuya əsasən alınan informasiyanı araşdırır. Göstərilən halda brauzerin əsas funksiyası serverdən nəzərdə tutulmuş səhifəni soruşmaq, bu səhifəni almaq və istifadəçinin ekranında işıqlandırmaqdır. Server isə brauzer tərəfindən sorğunu qəbul edir, göndərilən sorğuya əsasən sənədi axtarır və tapılmış faylın məzmununu boauzerə göndərir. Əgər server tərəfindən soruşulan fayl tapılmırsa və ya fayla müraciətə qadağan qoyulubsa, o halda server brauzerə səhv haqqında məlumat göndərir. Bu zaman http-server ötürülən sənədin məzmununu analiz etmir. Başqa sözlə http-serverin işi informasiyanı brauzerə göndərməkdir. İnformasiyanın strukturlaşdırılması və ekranda işıqlandırılması işlərini isə brauzer yerinə yetirir. Soruşulan səhifənin axtarışı verilən server kompyuterində sayt üçün ayrılmış xüsusi direktoriya üzrə aparılır. Bu direktoriyaya istinad istifadəçi tərəfindən daxil edilmiş ünvanda yerləşir. Əgər müraciət konkret sənədə deyil, bütünlükdə sayta edilirsə, http-server avtomatik olaraq index.html (Apache Web-serverləri üçün) və ya default.htm (Microsoft IIS Web-serverləri üçün) adlanan və saytın əsas səhifəsi olan «başlanğıc səhifəni» gətirir. Bu sənəd mütləq serverdə həmin sayt üçün ayrılmış əsas qovluqda yerləşdirilməlidir. Saytın digər faylları ya əsas qovluqda və ya buraya daxil olan digər direktoriyalarda yerləşdirilirlər. Web-sayt – bir-biri ilə əlaqəli, mənaca yaxın olan Web-səhifələrin və faylların yığımıdır.

Web-səhifə – xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Web-səhifələr 2 cür olurlar: Statik və dinamik.

Statik Web-səhifələr «təmiz» html teqlərindən ibarət olurlar. misal:





<a href="/kiberxavfsizlik-kafedrasi-web.html">My Web-sayt </a>





    1. Yüklə 0,77 Mb.

      Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin