“Ethernet” topologiyalı lokal şəbəkənin seqmentləşdirilməsin- də təkrarlayıcının əvəzinə körpünün tətbiq edilməsi sayəsində (çünki körpü heç də seqmentin bütün trafikini çevirmir) istifadə- çinin buraxma zolağını artırmaq mümkündür. Lakin burada da gizli gecikmənin 20-30% artma ehtimalı vardır ki, bu da kadrların emalı və filtrasiyası ilə əlaqədardır. Bundan başqa, körpü bütün qoşulmuş seqmentlərə enli yayımlı kadrları ötürdüyü üçün, burada bütün şəbəkə boyunca yayılan enli yayımlı “tufan” baş verə bilər. Bu halda enli yayımlı paket qapalı seqmentdə ifrat yüklənmə yaranana qədər yol boyunca hərəkət edəcək.
Dostları ilə paylaş: |