Bu qurğular siqnalların səviyyəsini bərpa edir və onların ünvanlarını və ya verilənlərini dəyişdirmədən, siqnalı paylamaqla, onu bir seqmntdən digər seqmentə ötürür. Təkrarlayıcılar paket- lərin filtrasiyasını yerinə yetirməyib, ancaq şəbəkənin yerləşmə oblastını zəif siqnalların səviyyəsini bərpa etmək sayəsində geniş- ləndirir . Bu da o deməkdir ki, bir təkrarlayıcıdan istifadə edilməsi sayəsində şəbəkə seqmentlərini birləşdirməklə, vahid şəbəkə əldə etməyə imkan yaranır.