Мювзу: 12 тара тясяррцфаты



Yüklə 140 Kb.
səhifə2/3
tarix21.01.2023
ölçüsü140 Kb.
#80028
1   2   3
5327 (2

Elmi işin mərhələləri
Əvvəlki bölmədə bu haqda fəlsəfi baxımdan ətraflı söhbət açıldığından, burada elmi işin mərhələləri konkret olaraq mövzu seçildikdən sonra tələbə və ya elmi işçi tərəfindən hansı növbəti məsələlərin həll edilməsi misalında izah edilir.

Elmi işlərin yerinə yetirmə mərhələləri
Qoyulmuş elmi tapşırığın həllində görüləcək işlər aşağıdakı mərhələlərə bölünür :
İlkin (məqsəd) mərhələ: Tələbə və ya elmi işçi seçilmiş mövzunun elmi araşdırılmasına başlayır. İlk növbədə məqsədin axtarılması və formulə edilməsinə cəhd edilir.
İcra mərhələsi: Bu mərhələnin əsas tərkib hissəsi iş planının tərtibi, materialların toplanması, verilənlərin qeyd olunması, toplanmış verilənlərin (məlumatların) məqsədyönlü meyarlar əsasında strukturlaşdırılması və qiymətləndirilməsindən ibarətdir.
Nəticə mərhələsi: Qiymətləndirilmiş verilənlər (ədəbiyyatlar, seçilmiş məlumatlar) nəticə şəklində təsvir və ya prezentasiya olunur. Bu mərhələdə diplom və ya layihə işinin yazılı şəkildə hazırlanması baş verir.
Mövzunun seçilməsi
Tədqiqat mövzusunun seçilməsi kurs, buraxılış işlərinin və ya layihələrin icrasına hazırlığın əsas mərhələsi sayılır. Onların uğurlu tərtibi işin ümumiyyətlə müvəffəqiyyəti üçün çox vacibdir. Mövzu düzgün seçilmədikdə verilmiş vaxt çərçivəsində tələbə və ya elmi işçinin qarşıya qoyulan məqsədə çatması mürəkkəbləşir. Bu onunla bağlıdır ki, bəzi mövzularda yaxın gələcəkdə tədqiqat nəticəsində müsbət nəticələr almaq mümkündür, amma elə sahələr də var ki, bunu etmək çətindir. Başqa sözlə elmdə heç də həmişə maraqlı görünən bütün problemləri məhsuldar öyrənmək olmur. Çox vaxt tələbələrə mövzuların siyahısı təqdim olunur. Bundan əlavə tələbə özü maraqlandığı tədqiqat mövzusunu da təklif edə bilər və bu elmi rəhbərin razılığı ilə təsdiq oluna bilər. Elmi mövzuların təsdiqedilmə proseduru yalnız məhsuldar olmayan işlərin qarşısının alınmasına yönəlir.
İlkin iş planının tərtibi
İlkin iş planı işlənən mövzunun məzmununun toplanmış ideyalar əsasında formalaşan ilk strukturunu göstərir. Bu plan işin əsas mərhələlərinin ardıcıllığı haqqında məlumat verərək onun əsas hissəsinin ilkin strukturunu ifadə edir. Giriş və nəticə arasına daxil olan elmi işin bu bölməsində:

  • Seçilmiş problemə aid elmin hazırkı vəziyyəti göstərilir;

  • Elmi arqumentlər irəli sürülür (məsələn: bir nəzəri işdə sübuta yetirmə və ya empirik tədqiqat üçün seçilmiş həll yolunun təsviri);

  • Nəzəri biliklərin artımı və ya empirik tədqiqatların nəticələrinin prezentasiyası aparılır.


Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin