129
129
Plastikləşdirilmiş portlandsement. Adi portlandsement klin-
keri ilə plastikləşdirici əlavələrin birgə üyüdülməsindən alınan
sementə
plastikləşdirilmiş portlandsement deyilir. Plastikləşdirici
əlavə kimi spirt sənayesində tullantı halında alınan sulfit-spirt cecəsi
(SSC) konsentratından istifadə edilir. Bu əlavə sementin kütləsinin
0,15
0,25
%-i miqdarında götürülür.
Sulfit-spirt cecəsi sementin dənələri üzərinə nazik təbəqə
halında adsorbsiya olunur. Bu təbəqə sement dənələrinin su ilə islan-
masını artıraraq, onların ətrafında qalın su pərdələri əmələ gətirir.
Odur ki, sement dənələri arasındakı ilişmə qüvvəsi azalır və onlar bir-
birinə nisbətən daha sürüşkən olur. Buna görə plastikləşdirilmiş
portlandsementdən hazırlanan məhlul və beton qarışığının plastikliyi
yüksəkdir.
Betonda plastikləşdirilmiş portlandsement işlətdikdə su-sement
nisbətini azaltmaq mümkündür. Bu da betonun möhkəmliyini artırır,
ya da sərf olunan sementin miqdarını 8
10 % azaltmağa imkan verir.
Ondan hazırlanan betonun sukeçirməsi azalır, şaxtaya və sulfatlara
davamlılığı isə artır.
Plastikləşdirilmiş portlandsementin istehsalı adi portlandsemen-
tinki kimidir. Lakin burada əlavə olaraq üyüdücü şöbədə SSC-ni
dozalaşdırmaq üçün xüsusi qurğu qurulmalıdır. SSC-nin əlavə
edilməsi üyütmə prosesini xeyli asanlaşdırır. Bu sementin markaları
adi portlandsementinki kimidir.
Dostları ilə paylaş: