§ 5. Materialların kimyəvi xassələri Materialların kimyəvi xassələri onların təmasda olduğu mad-
dələrin təsiri altında yaxud fiziki şəraitin (temperaturun, günəş ra-
diasiyasının və s.) dəyişmələri zamanı kimyəvi çevrilmələrə məruz
qalması ilə xarakterizə olunur.
Materialların kimyəvi xassələrinə, ilk növbədə, həllolma, kris-
tallaşma, istilikayırma və istilikudma, korroziyayadavamlılıq aiddir.
Həllolma
materialın maye ilə bütün kütləsi üzrə eyni kimyə-
vi tərkibə və fiziki xassələrə malik bircinsli sistem əmələ gətirməsidir.
Müxtəlif materiallar müxtəlif cür həll olur. Məsələn, 18
0
S
temperaturlu 1 l suda 2 q təbii gips daşı (CaSO
4
2H
2
O), 10 q inşaat
gipsi (CaSO
4
0,5H
2
O), 1,3 q sönmüş əhəng [Ca(OH)
2
] həll ola bilər.
20
20
Kristallaşma
maddənin (materialın) bir fiziki (maye) hal-
dan digər fiziki (bərk) hala keçdikdə kristallar əmələ gətirmə xassəsi-
dir.