N. Q. quyularınıb sınağının texnoloji avadanlıqları Qaz karotaji



Yüklə 195,26 Kb.
səhifə11/12
tarix05.04.2023
ölçüsü195,26 Kb.
#93671
1   ...   4   5   6   7   8   9   10   11   12
Belge (5) (1) (1)

Tamponaj materialları.
Qazılan quyulara periodik və ardıcıl olaraq, bir neçə cərgə qoruyucu boru kəmərləri buraxılır. Kəmər arxası fəzalara məhlul halına gətirilmiş tamponaj (tampon - fransız sözü olub, sıxmaq, tıxamaq deməkdir) maddələr vurulub bərkidilir. Həmin tamponaj maddələr boru kəməri ilə dağ süxurları arasında möhkəm birləşmə və əlaqə yaradır. Qazmada tamponaj elə materiala deyilir ki, onu su ilə qarışdırdıqda əmələ gələn sulu məhlul quyu şəraitində, müəyyən vaxtdan sonra keçiriciliyi olmayan daşa çevrilir.
Tamponaj materiallarından aşağıdakı məqsədlər üçün istifadə olunur:

  1. Qazılan quyulara buraxılan qoruyucu kəmərlər arxası fəzanı doldurmaq və keçiriciliyi olan bütün layları bir-birindən ayırmaq;

  2. Kəmər arxası fəza ilə maye və qazın bir laydan o biri laya və ya atmosferə keçməsinin qarşısını almaq;

  3. Qazma məhlulu udula bilən çatları, kavernaları və başqa kanalları doldurub bağlamaq;

  4. Lay suları təsirindən qoruyucu kəmərlərin xarici səthində əmələ gələn korroziyadan onları mühafizə etmək;

  5. Tökülən süxurlardan ibarət quyu divarlarını müvəqqəti və ya daimi sement körpüsü ilə bağlamaq;

  6. Qoruyucu kəmərlərə daha çox dayanıqlıq vermək və ya sairə məqsədlər üçün istifadəö olunur.

Quyunun sementlənməsi üçün tomponaj materialları bir sıra tələbləri ödəməlidir:

  1. Tamponaj materialından alınan məhlul sementləmə aparılması müddətində quyunun verilmiş intervalına qədər asanlıqla vurulmalı, sementləmədən sonrakı müddətində isə sökməyə qarşı dəyanətli olmalıdır.

  2. Tamponaj məhlulu quyuya vurulduqdan sonra hətta ətraf mühitin aşağı tempratur şəraitində belə, az müddət ərzində keçiriciliyi olmayan bərk cismə - daşa çevrilməlidir.

  3. Məhluldan əmələ gələn cisim – yüksək elastikliyə, uzun ömürlü, lay suları ilə kontakda isə korroziyaya qarşı dəyanətli olmalıdır.

  4. Quyu şəraitində tamponaj məhlulunun bərk cismə dönməsi nəticəsində onun həcmi az da olsa, kiçilməməlidir.

  5. Quyunun işləməsi müddəti ərzində tempraturun hər bir şəraitdə dəyişməsindən asılı olmayaraq əmələ gəlmiş sement daşı öz mexaniki xassələrini, korroziyaya qarşı dəyanətliliyini saxlamalıdır.

Tamponaj portlantsementi silikatlı sementlərin müxtəlif növlülüyünü ifadə edir. Bu məhsul verilmiş mineral tərkibli üyüdülmüş materialların qarışığıdır. Portlandsementinin əsas hissəsi
Yüklə 195,26 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin