Нахчыван Мухтар Республикасы Бястякарлар


Naxçıvan MR-nın əməkdar incəsənət xadimi



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   7   8   9   10   11   12   13   14   ...   60
Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 
 bəstəkar Məmməd Ələkbərov 
 
Bəstəkar  Məmməd  Ələkbərov  Naxçıvan  Muxtar  Respub-
likasının  musiqi  incəsənətinin  formalaşmasına,  tərəqqisinə  çalışan 
və  onun  təşəkkülündə  böyük  rol  oynayan  yüksək  səviyyəli 
ziyalılardan biri idi.   
1950-ci  illərdən  başlayaraq  Məmməd  Ələkbərov  dəfələrlə 
Bakıda,  Moskvada  musiqi  festivallarında  xor  və  orkestr  kollektiv-
lərinə  dirijorluq  edərək  çıxış  etmişdir.  O,  1958-ci  ildə  Naxçıvanda 
yaranmış  «Araz» Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri 
və direktoru kimi də uzun müddət fəaliyyət göstərmişdir. Məmməd 
Ələkbərov  həm  bəstəkarlıqla,  həm  də  pedaqoji  fəaliyyətlə  məşğul 
olumş, 1975-ci ildən başlayaraq yeganə musiqi məktəbi olan «Şəhər 
musiqi»  məktəbində  dərs  demiş,  Dövlət  Mahnı  və  Rəqs 


 
36 
ansamblında  ilk  dəfə  xalq  çalğı  alətləri  orkestrini  yaratmış,  Xalq 
Yaradıcılığı  Evində  işləmiş,  xalq  mahnıları  və  «Yallı»  rəqslərini 
toplayıb nota yazmışdır. O, bir bəstəkar kimi də müxtəlif sahələrdə 
çalışmışdır. Məmməd Ələkbərov dram tamaşalarına musiqi, rəqs və 
xor  süitaları,  mahnı  və romanslar,  müxtəlif instrumental pyeslər  və 
s. əsərlər bəstələmişdir.  
Məmməd  Ələkbərovun  yazdığı  əsərlər  öz  xüsusiyyətlərinə 
görə    müxtəlif  istiqamətlərə  ayrılırlar.  Burada  yerli-vokal  qrupu, 
Azərbaycan professional musiqi qrupu, ümumavropa klassik musiqi 
xarakterli  və o dövrə xas olan kütləvi sovet mahnı janrları var. 
Birinci  qrup  onun  yaradıcılığında  deniş  yer  tutur.  Burada 
Naxçıvan  xalq  musiqisinə  xas  olan  intonasiyalar  -  motivlər,  ladlar 
aydın  duyulur.  Əsas  mövzu  isə  yallı  mövzusudur.  Bəstəkar  yallını 
Naxçıvan  musiqisinin  «emblemi»  adlandırırdı.  Yallı  zəngin 
xəzinədir.  Naxçıvan  yallılarından  bütün  yerli  bəstəkarlar, 
musiqisevərlər  geniş  istifadə  etmişlər.  Məhz  elə  bunun  nəticəsi  idi 
ki, Məmməd Ələkbərov hələ 1960-cı illərdə Naxçıvan yallılarını ilk 
dəfə  qələmə  alaraq  nota  salıb,  Azərbaycan  xalq  yaradıcılığı  evinə 
təqdim  etmişdir.  Bu  mövzu  altında  bəstəkar  «Şərur  eskizləri»  adlı 
üç hissəli suitasını, Zahid Xəlilin sözlərinə «Hacıleylək» mahnısını 
yazmışdır. 
Məmməd  Ələkbərovun  əsərlərində  aşıq  motivi  də  özünə-
məxsus  yer  tutur.  Misal  olaraq,  S.Vurğunun  sözlərinə  «Dilican 
dərəsi», «Demə yarın vəfası yoxdur» və başqa mahnıları göstərmək 
olar. 
Bəstəkar  Naxçıvan  xalq  mahnılarının  intonasiyalarından  da 
geniş  istifadə  etmişdir.  Kəmalə  Ağayevanın  sözlərinə  yazılmış 
«Qaytardı yurduna övladın səni», İslam Səfərlinin sözlərinə «Bata-
bat yaylağı» mahnıları buna parlaq misaldır. 


 
37 
Məmməd  Ələkbərovun  yaradıcılığında  Azərbaycan  bəstə-
karlarının  əsərlərinin  yazı  tərzi  geniş  yer  tutur.  Məsələn,  bəstəkar 
Ü.Hacıbəylinin musiqi qəzəllərinə oxşar iki romans – Hüseyn Cavi-
din  sözlərinə  «Aləmi  sevda  nə  imiş»,  Səməd  Vurğunun  sözlərinə 
«Sevdası var» romanslarını yazmışdır. 
Qara  Qarayevin  musiqisinə  bənzər  əsərlərinə  isə  bəstəkarın 
şah əsəri olan  «Məhsəti»  dramına  yazılmış musiqilərin bəzi parça-
larını  aid  etmək  olar.  «Şah  sarayında  qızların  rəqsi»,  «Tərgülün 
mahnısı» nömrələrini misal göstərə bilərik. 
Kütləvi sovet mahnı janırı da bəstəkarın yaradıcılığında az yer 
tutmamışdır. Burada dostluq-qardaşlıq mahnıları – Hüseyn Razinin 
sözlərinə  «Ufa-Naxçıvan»,  Nikolayevanın  sözlərinə  «Dom  v 
Kaluqe», Elmira Qasımovanın sözlərinə «Tiflis haqqında mahnı» və 
başqaları var. 
Bunlarla yanaşı mühüm hadisələrə, əmək qəhrəmanlarına həsr 
olunmuş  Elman  Həbibin  sözlərinə  «Baykal-Amur»,  Əliyar 
Yusiflinin  sözlərinə  «Yurdumun  şöhrəti»,  İlyas  Tapdığın  sözlərinə 
«Sovet  ordusu»,  Səməd  Vurğunun  sözlərinə  «Bu  dünyaya  sülh 
gərəkdir» kimi mahnıları yazmışdır. 
Məmməd  Ələkbərovun  yaradıcılığında  vətən  mövzusu, 
Naxçıvana  həsr  olunmuş  mahnılar  əsas  yer  tutur.  Elxan  Əliyevin 
sözlərinə  yazılmış  «Doğma  Naxçıvan»,  Əliheydər  Qəhrəmanovun 
sözlərinə yazılmış «Araz» mahnıları buna parlaq misaldır. 
Bəstəkar  yaradıcılıq  fəaliyyətinin  ilk  günlərindən  Naxçıvan 
Dövlət  Musiqili  Dram  teatrına  bağlanmış,  ömrünün  sonuna  qədər 
teatrda  tamaşaya  qoyulan  bir  çox  əsərlərə  musiqi  bəstələmişdir. 
Onun dram əsərləri sırasında müxtəlif mövzulu əsərlərə rast gəlmək 
olur.  Bunlardan  İ.Əfəndiyevin  «Atayevlər  ailəsi»,  M.Təhmasibin 
«Bahar»  (1952),  A.Muxtarovun  «Ailə  namusu»  (1953),  Qoqolun 
«Evlənmə»  (1954),  R.Taqorun  «Qanqa  qızı»  (1955),  S.Əliyevin 


 
38 
«İki  oğul  anası»  (1957),  Karaqin  Besin  «Kərpic  adam»  (1962), 
K.Ağayevanın  «Məhsəti»  (1964),  N.Hikmətin  «Kor  padşah» 
(1964), H.Fətullayevin  «Vüqarlı  gözəl»  (1969),  H.  Razinin  «Haray 
səsi»  (1976),  Ə.Əylislinin  «Quşu  uçan  budaqlar»  (1980)  və  başqa 
pyeslərə  yazdığı  musiqini  nümunə  göstərə  bilərik.  Buradan 
göründüyü  kimi  bəstəkar  Azərbaycan  yazıçıları  ilə  yanaşı,  dünya 
xalqlarının  yazıçı  və  dramaturqlarının  əsərlərinə  də  müraciət 
etmişdir. 
Uzun  illər  bəstəkar  teatrın  bədii  şürasının  yeganə  musiqiçi 
üzvü  olmuşdur.  O,  teatr  tamaşalarının  musiqi  tərtibi  ilə  məşğul 
olaraq  teatrda  musiqi  kollektivinin  inkişafı  sahəsində  çox  işlər 
görmüşdür.  Tamaşaların  musiqisi  canlı  müşayət  olunduğundan 
bəstəkar  ansambla  dirijorluq  edir,  eyni  zamanda  ansambla  yeni 
alətlər  –  skripka,  violonçel  əlavə  edərək,  ansamblın  səslənməsini 
zənginləşdirmişdir. 
Məmməd  Ələkbərovun  yaradıcılığındə  ayrı-ayrı  alətlər  və 
müxtəlif  heyətli  orkestrlər  üçün  yazılmış  əsərlər  də  var.  Maraqlı 
faktdır  ki,  o,  alətlərdən  əlinə  ilk  dəfə  kamança  aldığı    üçün  skrip-
kada da çala bilirdi. Bəstəkar skripka üçün ayrı-ayrı pyeslər, kamera 
orkestri üçün bir sıra əsərlər yazmışdır. 
Məmməd Ələkbərov xalq çalğı alətləri orkestri üçün yazılmış 
əsərlərə  qaboy,  fleytanı  əlavə  edərək,  qarışıq  instrumental  heyət 
yaradırdı.  Ayrı-ayrı  alətlər  üçün  əsərlər  sırasında  «İki  tar  üçün 
pyes»,  qaboy  və  fleyta  üçün  minitürlər,  skripka  üçün  rəqslər  var. 
Bundan  başqa  bəstəkar  Ü.Hacıbəylinin  «Özbək  rəqsi»  adlı  əsərini, 
Norveç bəstəkarı E.Qriqin «Per Qünt» süitasını orkestrləşdirmişdir. 
Məmməd Ələkbərovun yaradıcılığının qiymətli səhifələrindən 
birini  də  onun  musiqi  haqqında  yazdığı  məqalələri  təşkil  edir. 
Bəstəkar bütün yaradıcılığı boyu müxtəlif səpkili məqalələr yazmış, 
bir  sıra  musiqi  məclislərində  məruzələrlə  çıxış  etmişdir.  Burada  da 


 
39 
janr  və  mövzu  müxtəlifliyi  diqqəti  cəlb  edir.  Məsələn:  bəstəkarlar 
haqqında (Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm 
Maqomayev,  Frederix  Şopen,  Volfanq  Amadey  Motsart);  ayrı-ayrı 
ifaçılar  haqqında  (Rəşid  Behbudov,  Qurban  Primov,  görkəmli 
dirijor, bəstəkar Napravnik, mahir skripkaçı David Oystrax); musiqi 
sənətinin  problemləri  haqqında  (simfonik  musiqi,  xalq  musiqisi, 
qədim alətlər, estetik tərbiyə haqqında, ideoloji tərbiyə problemləri, 
uşaqlara musiqi haqqında) yazılara rast gəlinir. 
Bunlarla  yanaşı  bəstəkar  folklor  musiqisini  toplamaq  üçün 
kəndlərə,  rayonlara  gedərək,  Naxçıvan  MR-nın  40  illik  yubileyi 
ərəfəsində  «Naxçıvan  şəhərinin  xalq  mahnıları»  məcmüəsini 
yaradır.  Buraya  1920-30-cu  illərdə  şəhərin  məhşur  olan  folklor 
nümunələri daxil edilmişdir. 
1964-cü  ildə  Məmməd  Ələkbərovun  mahnılarının  ilk  valı 
buraxılır. Moskvada «Melodiya» səs yazma firması tərəfindən lentə 
alınmış  bu  valda  Naxçıvanın  istedadlı  müğənnisi  Elbrus 
Mehdiyevin  ifasında  «Araz»  və  «Doğma  Naxçıvan»  mahnıları 
səsləndirilir. 
1972-ci  də  ikinci  val  buraxılır.  Buraya  Cəfər  Cabbarlı,  Nəbi 
Xəzri,  Kəmalə  Ağayevanın  sözlərninə  Şövkət  Ələkbərova,  İlhamə 
Quliyevanın  ifasında  bəstəkarın  «Görüş»,  «Ulduzlar»,  «Tərgülün 
mahnısı», «Biz birlikdə» mahnıları daxil edilmişdir. 
Məmməd  müəllim  1978-ci  ildə  Naxçıvanda  yaranmış  Azər-
baycan Bəstəkarlar İttifaqının Naxçıvan Bölməsinin ilk məsul katibi  
kimi  də  uzun  müddət  fəaliyyət  göstərmişdir.  Radio  və  televiziya 
mərkəzində ilk dəfə klassik musiqi və «Mozalan» musiqili – satirik 
jurnalı  haqqında  veriliş  aparmışdır.  O,  bir  müddət  orta  ixtisas 
musiqi  məktəbində  və  Yusif  Məmmədəliyev  adına  Pedaqoji 
İnstitutunda  da dərs vermişdir. 


 
40 
Məmməd  Ələkbərov  Muxtar  Resbubilikanın  mədəni  həya-
tında  göstərdiyi  səmərəli  əməyinə  görə  Naxçıvan  Muxtar  Respub-
likasının  əməkdar  incəsənət  xadimi  fəxri  adına,  bir  sıra  dövlət 
mükafatlarına layiq görülmüşdür. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin