Нахчыван Мухтар Республикасы Бястякарлар


Ramiz Mirişli, Azərbaycan Respublikasının xalq artisti, professor



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə9/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   5   6   7   8   9   10   11   12   ...   60
Ramiz Mirişli, Azərbaycan Respublikasının xalq artisti, professor 
 
Bəstəkarın  yaradıcılığında  Azərbaycan  xalq  mahnılarının 
ilhamlı  melodiyalarına  tez-tez  rast  gəlmək  olar.  Onun  bir-birinə 
bənzəməyən,  ürəkləri  riqqətə  gətirən,  melodiyalarına,  məzmununa, 
rəngarəng  ifaçılıq  vasitələrinə  malik  olan  mahnılarında  xalqın 
həyatı,  mənəviyyatı,  əhval-ruhiyyəsi  təsvir  edilir.  Bəstəkar  bütün 
həyatı  boyu  mahnı  janrının  spesifikasını  gözəl  duyan  şairlərimizin 
şerlərinə  müraciət  etmişdir.  Fikrət  Qoca,  Məmməd  Araz,  İslam 
Səfərli,  Süleyman  Rüstəm,  Dilsuz  Mustafayev  və  başqalarının 
sözlərinə  300-ə  qədər  mahnı  bəstələmişdir.  Bəstəkar  mahnılarda 
şerin məzmununu müsiqi təranələrində açmağa nail olmuşdur. 
Ramiz  Mirişli  yaradıcılığında  səhnə  janrlarına  da  yer 
vermişdir.  1983-cü  ildə Şıxəli  Qurbanov  adına Azərbaycan  Dövlət 
Musiqili Komediya Teatırında tamaşaya qoyulmuş «Qaçırılmış qız» 
musiqili  komediyası  bəstəkarın  ilk  səhnə  əsəridir.  İkinci  bir  səhnə 
əsəri İsi Məlikzadənin «Gəl qohum olaq» əsərinə yazılmış musiqili 
komediyasıdır. Ramiz Mirişli respublikanın müxtəlif teatrları ilə də 


 
33 
yaradıcılıq  əlaqəni  saxlayır.  Məşədi  Əzizbəyov  adına  Azərbaycan 
Dram  Teatrında  Seyfəddin  Dağlının  ''Kölgələr  sürünür»,  «Qarabağ 
əfsanəsi»,  Gənc  Tamaşaçılar  Teatrında  Əkrəm  Əylislinin  «Mənim 
nəğməkar  bibim»,  İsi  Məlikzadənin  «Sağlıq  olsun»,  İ.Coşğunun 
«Ana  laylası»,  «Kiçik  təpə»  tamaşalarına,  Cəlil  Məmədquluzadə 
adına  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrında  Hüseyn  Cavidin 
«Ana»,  «Azər», Nazim Hikmətin  «Bayramın birinci günü», Manaf 
Süleymanlının  «Dəyirman»,  Kəmalə  Ağayevanın  «Mənim  tanrım 
gözəllikdir,  sevgidir»  kimi  bir  çox  tamaşalara  musiqini  Ramiz 
Mirişli yazmışdır. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin