Нахчыван Мухтар Республикасы Бястякарлар


  Dilqəm Məhərrəmov «A  dilbər»  İfa edir Naxçıvan Orta İxtisas  Musiqi Məktəbinin vokal  an- samblı  10



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   2   3   4   5   6   7   8   9   ...   60
9. 
Dilqəm Məhərrəmov «A 
dilbər» 
İfa edir Naxçıvan Orta İxtisas 
Musiqi Məktəbinin vokal  an-
samblı 
10. 
Sadiqə Qulubəyova «Layla»,  İfa  edir  müəllif.  Royalda 


 
24 
sözləri A. Qulubəyovanındır  müşayət edir Əliağa Seyidov 
11. 
Rəşid Məmmədov «Ürək 
pıçıldayır», sözləri 
Ə.Yusiflinindir 
Oxuyur Hünər Əliyev 
12. 
Rəşid Məmmədov «İntizar», 
sözləri B.Vahabzadənindir 
Həmin ifada 
13. 
Səyavuş Əlizadə «Xətrinə 
dəydi», sözləri E.Əliyevindir  
İfa edirlər Sevda Vəliyeva və 
Bətulə 
Məmmədəliyeva. 
Royalda  müşayət  edir  Əliağa 
Seyidov 
14. 
Azər Abbasov «Süita» 
İfa edir instrumental kvartet 
15. 
Nazim Quliyev «Ordubad 
bağları», sözləri 
A.Qasımovundur 
İfa edir vokal ansamblı 
16. 
Nazim Quliyev «Naxçıvan 
eskizləri» süitasından IV və V 
hissələr 
Royalda 
çalır 
Həlimə 
Məhərrəmova 
17. 
Səidə Məmmədova «Ürəyim-
dəsən», sözləri H.Razinindir 
İfa edir vokal ansamblı 
18. 
Səidə Məmmədova «Sevirəm 
yurdumu», sözləri 
M.Nəsirlinindir 
İfa  edir  Dilqəm  Məhərrəmov 
və vokal ansamblı 
 
Konsertin  bədii  rəhbəri  Nazim  Quliyev,  dirijoru  Arif  Məhər-
rəmov  idi.  Ümumiyyətlə,  bu  konsertin  ərsəyə  gəlməsində  Nazim 
Quliyevin əsas məqsədi  Naxçıvanda bəstəkarlıq sənətinin də inkişaf 
etdiyini Respubika rəhbərliyinə çatdırmaq və bu bölgədə Bəstəkarlar 
İttifaqının bölməsinin yaradılmasının zəruri olduğunu göstərmək idi.  


 
25 
18 musiqi nömrəsindən ibarət böyük  konsertə baxdıqdan sonra 
Rauf  Hacıyev  bəstəkarlarla  görüşdə  hər  bir  əsəri  geniş  təhlil  etmiş, 
əsərlərin bir çoxu haqqında müsbət fikirlər söyləmiş, gənclərdən bir 
neçəsinə  Azərbaycan  Dövlət  Konservatoriyasının  bəstəkarlıq 
şöbəsində təhsillərini davam etdirməyi məsləhət görmüşdür. 1978-ci 
ilin  sentyabr  ayında  ulu  öndərimizin  göstərişi  ilə  Naxçıvanda 
Azərbaycan  Bəstəkarlar  İttifaqının  Naxçıvan  Bölməsi  yaradıldı. 
Görkəmli  bəstəkar,  əməkdar  incəsənət  xadimi  Ramiz  Mirişli 
təşkilatın sədri, Məmməd Ələkbərov isə məsul katib təyin olundular. 
Bəstəkar  Ramiz  Mirişli  1978-ci  ildən  1998-ci  ilədək  bu  təşkilata 
rəhbərlik etdi. 
Onu  da  qeyd  edək  ki,  1978-ci  il  Naxçıvan  bəstəkardıq  sənə-
tinin  inkişafında  məhsuldar  illərdən  birinə  çevrildi.  Naxçıvan 
bəstəkarları  təşkilatın  açılmasından  ruhlanaraq  yeni-yeni  əsərlər 
yaratdı.  Məmməd  Ələkbərovun,  Rəşid  Məmmədovun,  Məmməd 
Məmmədovun, Əkrəm Məmmədovun, Səidə Məmmədovanın, Elxan 
Muradovun, 
Azər  Abbasovun,  Ramiz  Mirişlinin,  Nəriman 
Məmmədovun  yaradıcılıqlarının  çiçəklənməsi  məhz  bu  dövrə 
təsadüf edir.  
 


 
26 
 
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan 
Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar 
incəsənət xadimi,professor Nəriman Məmmədov 
 
Azərbaycan  Respublikasının  və  Naxçıvan  Muxtar  Res-
publikasının  əməkdar  incəsənət  xadimi  Nəriman  Məmmədov 
yaradıcılığının  Azərbaycan  musiqi  mədəniyyətinin,  eləcə  də 
Naxçıvan  mədəniyyətinin  inkişafında  xüsusi  yeri  vardır.  O,  uzun 
illərdir ki, bəstəkarlıq sahəsində çalışır. Bu müddətdə bəstəkar bir 
çox janrlarda maraqlı əsərlər yaratmışdır. 
Belə ki, bəstəkar 6 musiqili komediya (3-ü Tofiq Bakıxanovla 
birlikdə),  7  simfoniya  (4-cü  simfoniyası  dahi  Azərbaycan  şairi  və 
dramaturqu  Hüseyn  Cavidə,  5-ci  simfoniyası  isə  Xocalı  faciəsinə 
həsr olunub), simfonik poema, fortepiano və simfonik orkestr üçün 
4  konsert,  tar  və  orkestr  üçün  konsert  (görkəmli  tarzən  Ramiz 
Quliyevin  ifasında),  skripka  və  simfonik  orkestr  üçün  konsert 
(Seyran  Qəniyevin  ifasında),  fleyta  və  simfonik  orkestr  üçün 


 
27 
konsert,  «Azərbaycan»  oratoriyası,  xalq  çalğı  alətləri  orkestri  üçün 
Simfonietta,  süitalar,  həmçinin  kamera  əsərləri,  25-dən  artıq  dram 
tamaşasına musiqi, 300-dən artıq mahnı və romans yazmışdır. Onun 
3  pərdə  və  6  şəkildən  ibarət  olan  «Humay»  baleti  bütün  dünyada 
məşhurdur.  Bu  baletin  partiturası  Moskvada  nəşr  olunmuş,  orada 
məşhur dirijorların ifasında vala yazılmışdır.  
Nəriman  Məmmədovun  bir  musiqişünas  kimi  fəaliyyəti 
Azərbaycan  musiqi  elminə  bir  sıra  töhfələr  vermişdir.  Azərbaycan 
Elmlər  Akademiyası  Memarlıq  və  İncəsənət  İnstitutunda  elmi  işçi 
kimi  çalışan  musiqişünas  uzun  illərdir  ki,  muğamlarımızı  nota 
köçürür  və  onları  tədqiq  edir.  Bildiyimiz  kimi,  uzun  illər  hesab 
olunurdu  ki,  özünəməxsus  lad-intonasiya  və  metroritmik  cəhətləri 
ilə  fərqlənən  muğamlar  ənənəvi  Avropa  not  sisetmi  ilə  yazıla 
bilməz.  Lakin  dəfələrlə  muğamın  nota  köçürülməsinə  cəhd 
göstərilirdi.  Bu  haqda  bəstəkar  Nəriman  Məmmədov  belə  deyir: 
«Musiqişünas  Qəmər  İsmayılova  qeyd  edirdi  ki,  ilk  dəfə  olaraq 
muğamı  1928-ci  ildə  Müslüm  Maqomayev  nota  köçürmüşdür. 
Təəssüf  ki,  bu  yazı  bizə  məlum  deyil.  1930-cu  illərin  ortalarında 
«Rast»  və  «Şur»  muğamları  instrumental  şəkildə  maestro  Niyazi 
tərəfindən  nota  salınır.  Həmin  dövrdə  Qara  Qarayev  «Şur» 
muğamını  vokal-instrumental  şəkildə  nota  köçürür.  Məşhur  rus 
musiqişünası  V.Belyayev  özünün  «Yaxın  və  Orta  Şərq  xalqlarının 
musiqi  mədəniyyəti»  haqqında  çox  mühüm  əsərində  Qara 
Qarayevin  bu  yazısının  fraqmentlərini  yerləşdirib.  İlk  dəfə  olaraq 
Tofiq  Quliyev  və  Zakir  Bağırovun  1936-cı  ildə  «Rast»,  «Dügah», 
«Zabul-Segah» 
muğamlarının 
nota 
köçürmələrinin 
nəşri 
Azərbaycanın musiqi həyatında böyük bir hadisə oldu. Ondan sonra 
bir  çox  bəstəkarlarımız  muğamları  nota  köçürməyə  başladı». 
Nəriman Məmmədov özü də muğamlarımızın təbliğində böyük rolu 
olan,  onları  nota  köçürən  bəstəkarlar  sırasındadır.  Onunla 


 
28 
müsahibələrin  birində  –  «Nəriman  müəllim,  necə  oldu  ki, 
muğamları  nota  salmaq  qərarına  gəldiniz?  sualına  o,  belə  cavab 
vermişdir:  «1950-ci  illərin  sonunda  Azərbaycan  Elmlər 
Akademiyasının  Memarlıq  və  İncəsənət  İnstitutunun  musiqi 
şöbəsinin  müdiri  Q.Qasımov  mənə  muğamların  nota  salınmasını 
təklif  etdi.  Böyük  sevinclə  razılaşdım.  Muğamları  uşaqlıqdan 
sevirdim. Bu məhəbbət məndə tardan təhsil aldığım illərdə daha da 
möhkəmləndi. Lakin bəstəkar və nəzəriyyəçi olmasaydım, çox çətin 
janr  olan  muğamın  professional  yazılışını  edə  bilməzdim».
1
  Onun 
«Rast»,  «Cahargah»,  «Humayun»,  «Segah-zabul»,  «Şahnaz», 
«Rahab»  instrumental  muğamları  Bakıda,  «Çahargah»,  «Rast» 
muğamları  vokal-instrumental  şəkildə,  «Bayatı-Şiraz»,  «Şur» 
muğamları  isə  instrumental  şəkildə  Moskvada  nəşr  edilmişdir. 
Nəriman  Məmmədovun  Əhməd  İsazadə  ilə  birlikdə  topladığı  və 
nəşr  etdirdiyi  «Azərbaycan  xalq  mahnı  və  oyun  havaları»  adlı 
məcmüəsi,  xalq  musiqi  nümunələrimizin  öyrənilməsi  və  tədqiqi 
sahəsində  yeni  nailiyyətlərdən  hesab  edilir.  Qeyd  edək  ki,  bəstə-
karın  muğam  nəşrləri  (nota  köçürmələri)  Rusiyada,  Almaniyada, 
Amerikada,  İngiltərədə,  Polşada,  Rumıniyada,  Misirdə,  Türkiyədə 
və  digər  ölkələrdə  geniş  yayılmışdır.  O  cümlədən  Moskvada  VII 
Beynəlxalq  musiqi  konqresində,  Alma-Atada  Beynəlxalq  musiqi 
tribunasında,  Səmərqənddə  Beynəlxalq  xalq  musiqi  simpoziumla-
rında  nümayiş  etdirilmişdir.  Azərbaycan  Milli  Elmlər  Akademi-
yasının  Memarlıq  və  İncəsənət  İnstitutunda  xalq musiqisinin tarixi 
və nəzəriyyəsi şöbəsi tərəfindən uzun illər  ekspedisiyada toplanılan 
xalq  mahnıları  və  rəqsləri,  eləcə  də  12  muğam  (bəziləri 
instrumental,  bəziləri  isə  vokal-instrumental  şəkildə)    YUNESKO 
və İSESKO-nun xoş məramlı səfiri və Heydər Əliyev fondunun pre-
                                      
1
 Yusif Hüseynov «Vəfa» ədəbi-bədii, ijtimai-publisistik curnal, 4(5) / 2004, s.11 


 
29 
zidenti Mehriban xanım Əliyevanın himayəsilə hazırlanan VII  jild-
dən  ibarət «Antologiya»da çap edilmişdir. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin