Нахчыван Мухтар Республикасы Бястякарлар



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə44/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
ƏQİDƏ ƏLƏKBƏROVA 
 


 
114 
 
 
Azərbaycan  musiqişünaslıq  elmi  böyük  və  zəngin  bir  yol 
keçmişdir. Onun intibah dövru orta əsrlərə təsadüf edərək meydana 
Səfiəddin  Urməvi  və  Əbdülqadir  Marağalı  kimi  alimlər  çıxara 
bilmişdir.  Bu  elm  xadimlərinin  musiqi  sərvətindən  bəhrələnən  dahi 
Üzeyir  Hacıbəyli  müasir  musiqişünaslıq  elminin  yaradıcısı  hesab 
olunur.  Məhz  bu  səbəbdən  milli  bəstəkarlıq  məktəbinin  özülündə 
«elm» durur və musiqi mədəniyyətimizi gələcəyə aparanlar sırasında 
bəstəkarlımızla  yanaşı  addımlayan  musiqişünaslarımızın  da  böyük 
xidmətləri olub və olacaq. 
Bu  gün  Azərbaycan  musiqişünaslıq  məktəbi  aktiv  fəaliyyət 
göstərir  və  artıq  bu  məktəbin  istedadlı  nümayəndələri  müxtəlif 
ölkələrdə öz elmi əsərləri ilə tanınırlar. 
Belə  musiqişünaslarımızdan  biri  Azərbaycan  Respublikasının 
əməkdar  incəsənət  xadimi,  sənətşünaslıq  namizədi,  dosent, 
Naxçıvanın ilk qadın musiqişünası Əqidə Ələkbərovadır. 
Əqidə  Ələkbərova  1956-cı  ildə  aprel  ayının  25-də  Naxçıvan 
şəhərində  ziyalı  ailəsində  dünyaya  göz  açmışdır.  Onun  ata  tərəfi 
Şərur  rayonunun  Şahtaxtı  kəndində  yaşayan  Əkbərilər  tayfasın-


 
115 
dandır.  Bu  tayfada  bir  çox  musiqiçilər  yetişmişdir.  Belə  ki,  əmisi 
Tağı  Ələkbərov  1938-ci  ildə  Naxçıvanda  açılan  ilk  musiqi  məktə-
binin direktoru  olmuş,  atası Məmməd  Ələkbərov  istedadlı  musiqiçi, 
xeyirxah  insan,  görkəmli  ictimai  xadim  və  pedaqoq  kimi  bütün 
həyatını  Naxçıvan  Muxtar  Respublikasının  musiqi  mədəniyyətinin 
yaranması  və  inkişafına  həsr  etmişdir.  Əmisi  oğlu  Şulan  Ələkbərov 
isə  Azərbaycanın  ilk  professional  musiqişünaslarından  biri 
olmuşdur. Təsadüfi deyil ki, belə bir mühitdə böyüyən Əqidə xanım 
həyatını məhz musiqi ilə bağlamalı idi. 
Əqidə  Ələkbərova  ilk  musiqi  təhsilini  Naxçıvandakı  1  saylı 
uşaq musiqi məktəbində almış, 1971-ci ildə Asəf Zeynallı adına Bakı 
Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfinə daxil olmuş, 1975-
ci  ildə  həmin  təhsil  ocağını  bitirərək,  Naxçıvanda  uşaq  musiqi 
məktəbində  müəllim  kimi  əmək  fəaliyyətinə  başlamışdır.  Burada 
işlədiyi  üç  il  müddətində  şəhərin  bir  çox  mədəni  tədbirlərində  fəal 
iştirak  etmiş,  lakin  musiqi  elminə,  Naxçıvanın  musiqi  tarixinə  olan 
böyük  marağı  onu  Azərbaycan  Dövlət  Konservatoriyasının  (indiki 
Bakı  Musiqi  Akademiyası)  tarix-nəzəriyyə  şöbəsinə  gətirib 
çıxarmışdır.  Əmisi  oğlu  Şulan  Ələkbərovun  yaradıcılıq  yolunu 
davam  etdirən  Əqidə  xanım  1983-cü  ildə  bir  musiqişünas  kimi 
konservatoriyanı bitirir.  
O,  elmi  fəaliyyətinə  təhsil  aldığı  illərdən  başalmış,  dəfələrlə 
Tələbə  Elmi  Konfranslarında,  Moskva,  Qorki,  Tibilisi  şəhərlərində 
Ümumittifaq konfranslarda  çıxış etmişdir.  
Onun  diplom  işi  Naxçıvan  yallılarına  həsr  olunmuşdur.  Yallı 
zəngin  xəzinədir.  Atası  Məmməd  Ələkbərov  yallını  Naxçıvan 
musiqisinin  «emblemi»  adlandırmışdır.  Bu  fəaliyyətinin  nəticəsində 
Konservatoriyanı  bitirərkən  diplom  işi  ən  yaxşı  iş  kimi 
qiymətləndirilərək  Azərbaycan  Təhsil  Nazirliyinin  göndərişi  ilə  o, 
Moskva  Sənətşünaslıq  Elmi-Tədqiqat  İnstitutunun  aspiranturasına 


 
116 
qəbul olunur və 1992-ci ildə aspiranturanı bitirir, 1994-cü ildə Bakı 
şəhərində namizədlik dissertasiyasını  müdafiə edir və musiqi sənəti 
üzrə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülür. 
Azərbaycan  Dövlət  Konservatoriyanı  (indiki  Bakı  Musiqi 
Akademiyası)  bitirib  Naxçıvana  qayıdan  Əqidə  Ələkbərova  Naxçı-
van  orta  ixtisas  musiqi  məktəbində  musiqi  nəzəri  fənnlrəi  üzrə 
müəllim işləməyə başlayır. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin