Нахчыван Мухтар Республикасы Бястякарлар


Bəstəkar Kamal Əhmədov və Şəmsəddin Qasımov



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə41/60
tarix30.12.2021
ölçüsü1,99 Mb.
#23556
1   ...   37   38   39   40   41   42   43   44   ...   60
Bəstəkar Kamal Əhmədov və Şəmsəddin Qasımov  
müğənni Y.Səfərovla birlikdə 
 
Göründüyü  kimi  bəstəkar  Kamal  Əhmədov  aktual,  zamanla 
səsləşən  mövzularda  yazılmış  şeirlərə  müraciət  edir,  onları  öz 
yaradıcılıq süzgəcindən keçirərək dinləyicilərin ixtiyarına verir. 
Müxtəlif illərdə bəstələdiyi aşıq mahnılarının əsasında «Kapel-
lalar», böyük simfonik orkestr və fortepiano üçün «Konsert», kamera 
orkestri  üçün  «Simfoniya»  və  s.  nümunələr  bəstəkarın  diqqətəlayiq 
əsərlərindəndir. 
Onu da deyək ki, Kamal Əhmədovun simfonik janrda yazılmış 
ən maraqlı əsəri olan  «Simfoniya»  musiqisevərlər tərəfindən böyük 
maraqla  qarşılanmışdır.  Kamera  orkesti  üçün  yazdığı  bu  3  hissəli 
simfoniya Türkiyənin istedadlı dirijoru Saim Aksilin rəhbərlik etdiyi 
Borusan  Oda  Orkestri  tərəfindən  səslənmiş  və  orkestrin  daimi 
repertuarına salınmışdır. 


 
104 
Beləliklə, musiqinin bir çox janrlarında əsərlər yazan bəstəkar 
bütün  bu  illər  ərzində  onun  özünəməxsus  dəsti-xəttini  püxtə-
ləşdirməyə nail olmuşdur. 
Keçmiş SSRİ  Bəstəkarlar  İttifaqının üzvü olan  Kamal Əhmə-
dov  hal-hazırda  Azərbaycan  Bəstəkarlar  İttifaqı  Naxçıvan  Muxtar 
Respublika  Təşkilatının  məsul  katibidir.  O,  həmçinin  Naxçıvan 
Dövlət  Universitetinin  İncəsənət  fakultəsinin  «Bəstəkarlıq» 
kafedrasına rəhbərlik edir, pedaqoji fəaliyyətini davam etdirir. 
 
 

Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin