Narkoloji xəstəliklərin Siyahısının təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı № 163
«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581
nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Narkoloji xəstəliklərin Siyahısı» təsdiq edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə
Bakı şəhəri, 24 oktyabr 2002-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci
il 24 oktyabr tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Narkoloji xəstəliklərin Siyahısı
I. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan
psixi və davranış pozuntuları, o cümlədən:
alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları;
opioidlərin qəbulu nəticəsində psixi və davranış
pozuntuları;
kannabinoidlərin qəbulu nəticəsində psixi və davranış
pozuntuları;
sedativ və ya yuxugətirici maddələrin qəbulu nəticəsində
psixi və davranış pozuntuları;
kokain qəbulu nəticəsində psixi və davranış pozuntuları;
kofein daxil olmaqla digər stimulyatorların qəbulu
nəticəsində psixi və davranış pozuntuları;
hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış
pozuntuları;
tütündən
istifadə
nəticəsində
psixi
və
davranış
pozuntuları;
uçucu həlledicilərin qəbulu nəticəsində psixi və davranış
pozuntuları;
narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə
istifadə nəticəsində psixi və davranış pozuntuları.
II. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan
kəskin informasiya, o cümlədən:
fəsadsız;
travma və ya digər bədən xəsarətləri ilə;
digər tibbi fəsadlarla, məsələn qanlı qusma ilə, qusma
möhtəviyyatının tənəffüs yoluna düşməsi ilə;
deliriya ilə;
qavramanın pozuntusu ilə;
koma ilə;
qıcolmalarla;
pataloji sərxoşluq (yüngül, orta, ağır dərəcələri).
III. Psixoaktiv maddələrin zərərli nəticələrlə təkrar
qəbulu
IV. Psixoaktiv maddələrdən asılılıq sindromu, o
cümlədən:
başlanğıc (birinci) mərhələ;
orta (ikinci) mərhələ;
son (üçüncü) mərhələ;
mərhələsi məlum deyildir.
V. Psixoaktiv maddələrin qəbulunun dayandırılması
vəziyyəti (abstinentlik hali), o cümlədən:
fəsadlaşmamış;
qıcolma tutmaları ilə;
ƏGO (əlavə göstəricisi olmayan).
VI. Psixoaktiv maddələrin qəbulunun dayandırılması
vəziyyəti deliriya ilə, o cümlədən:
klassik:
qıcolma tutmaları ilə;
zümzüməli;
«peşə»;
hallüsinasiyalarsız (lüsid):
abortiv;
digər;
dəqiqləşdirilməmiş.
VII. Psixoaktiv maddələrin qəbulu nəticəsində psixotik
pozuntular, o cümlədən:
şizofreniyayabənzər;
sayıqlamanın üstünlüyü ilə;
hallüsinator üstünlüyü ilə (alkoqol hallüsinozu da daxil
edilməklə);
polimorf əlamətlərin üstünlüyü ilə;
depressiv əlamətlərin üstünlüyü ilə;
maniakal əlamətlərin üstünlüyü ilə;
qarışıq;
alkoqol hallüsinozu;
alkoqol qısqanclıq sayıqlaması;
alkoqol paranoyası;
ƏGO alkoqol psixozları.
VIII. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan
amnestik sindrom, o cümlədən:
Alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən
törədilən Korsakov psixozu və ya sindromu.
IX. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan
rezidual (qalıq) psixotik və gecikmiş debütlü psixotik pozuntu, o
cümlədən:
flestik;
şəxsiyyət və ya davranış pozuntuları;
rezidual affektiv pozuntuları;
demensiya;
digər dayanıqlı koqnitiv pozuntu;
gecikmiş debütlü.
X. Psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan
digər psixi və davranış pozuntuları, o cümlədən:
psixotik;
qeyri-psixotik.
XI. Psixoaktiv maddələrin qəbulu nəticəsindən yaranan
dəqiqləşdirilməmiş psixi və davranış pozuntuları, o cümlədən:
psixotik;
psixotik olmayan (qeyri-psixotik);
dəqiqləşdirilməmiş.
Qeyd:
1.
Göstərilən
narkoloji
xəstəliklərin
Siyahısı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə tərtib
edilən «Xəstəliklərin Beynəlxalq Təsnifatı»na (10-cu baxış)
əsasən hazırlanmışdır.
2. Bu xəstəliklərin kodlaşdırılması həmin «Xəstəliklərin
Beynəlxalq Təsnifatı»nda göstərilən kodlara uyğun həyata
keçirilməlidir.
Dostları ilə paylaş: |