Natiqlik sənətinin tarixi



Yüklə 153,66 Kb.
səhifə2/5
tarix06.04.2023
ölçüsü153,66 Kb.
#94230
1   2   3   4   5
natiqlik sənəti

Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci ildə“Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:

  • Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel1 335-ci ildə“Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
  • a) Nitqin tərtibi prinsipi;

  • b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
  • c) Nitqin texnikası, vasitələri və priyomları. Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.
  • 1. Materialın icadı və onun hazırlanması.
  • 2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
  • 3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
  • 4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
  • 5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar.

  • Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar.

Yüklə 153,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin