Yunan mifologiyasında gözəl danışıq – natiqlik məharəti çox yüksək qiymətləndirilib. Rəvayətə görə, Zevs və ilahə Miyemoskinanın 9 qızı varmış. Bu qızlardan Uraniya astronomiyanın, Klio tarixin, Melpomena faciənin, Poliqimniya lirik poeziyanın, Qaliya komediyanın, Erato poeziyanın, Terpsixora rəqsin, Evperta musiqinin və Kalliona gözəl danışmağın – natiqlik sənətinin hamisi idi. Adlarını çəkdiyimiz qızlar antik dövrdəki Yunanıstanın sənət hamiləri, muzaları kimi tanınırdılar.
Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq, onları öz arxasınca aparmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b. kimi görkəmli natiqlik yetirmişdir. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar