Demosfen 1 antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Onun natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.

Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:

1) materialın toplanması.
2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi.
3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi.
4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.