Səbuhi HƏSƏNOV
Naxçıvanın intibah dövrünün yaşıl səhifələri
“Azadlıq, müstəqillik bütün
xalqlar, millətlər üçün ən şirin ne-
mətdir. Biz azadlığımız, müstəqil-
liyimiz üçün illərlə mübarizə apar-
mışıq, bu yolda minlərlə şəhid ver-
mişik. Azadlığı, müstəqilliyi əldə
etmək nə qədər çətindirsə, onu qo-
ruyub saxlamaq bir o qədər mü-
rəkkəb və ağır məsələdir. Qüdrətli
və möhkəm dövlət olmadan azadlıq
və müstəqillik də yoxdur”.
Bu fikirlər Naxçıvan Özəl Uni-
versitetində 17 Noyabr – Milli
Dirçəliş Günü münasibətilə keçi-
rilmiş elmi-praktik konfransda ifa-
də edilib.
Konfrans başlamazdan əvvəl
Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib. Universitetin
tədris işləri üzrə prorektoru, tarix
üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli konfransı açaraq xalqın
istiqlal mücadiləsinin əsas mərhə-
lələrindən biri olan milli dirçəlişin
Azərbaycanın müstəqilliyinin bərpa
olunmasında tarixi rol oynadığını
diqqətə çatdırıb.
Konfransda univer-
sitetin Ümumi tarix
kafedrasının dosenti,
tarix üzrə fəlsəfə dok-
toru Elçin Zamanov
“Milli dövlətçiliyə ge-
dən yolun ilkin mər-
hələsi”, həmin kafed-
ranın müəllimi, tarix
üzrə fəlsəfə doktoru
Mehman Şabanov “Milli azadlıq
hərəkatının Naxçıvan dövrü” və
“informatika müəllimliyi” ixtisa-
sının II kurs tələbəsi Gülay Əliyeva
“Milli dirçəlişdən qüdrətli dövlət-
çiliyə doğru” adlı məruzələrlə çıxış
ediblər.
Məruzələrdə vurğulanıb ki, 17
noyabr 1990-cı ildə ulu öndərin
sədrliyi ilə Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin I sessiyası
keçirilib, həmin sessiyada muxtar
respublikanın dövlət rəmzləri haq-
qında məsələ müzakirə olunub. Hə-
min müzakirələr zamanı “Naxçıvan
Muxtar Sovet Sosialist Respubli-
kasının adının dəyişdirilməsi haq-
qında” və “Naxçıvan Muxtar Res-
publikasının Dövlət rəmzləri haq-
qında” qərarlar qəbul edilib.
Bildirilib ki, Naxçıvan 1924-cü
il fevralın 9-dan Naxçıvan Muxtar
Sovet Sosialist Respublikası adlan-
dırılıb. Qəbul olunmuş “Naxçıvan
Muxtar Sovet Sosialist Respubli-
kasının adının dəyişdirilməsi haq-
qında” Qərardan sonra isə bu qədim
yurdun adından “Sovet”, “Sosialist”
sözləri əbədi olaraq çıxarılaraq Nax-
çıvan Muxtar Respublikası adlan-
dırıldı. SSRİ kimi imperiyanın hələ
tarix səhnəsindən silinmədiyi bir
dövrdə Naxçıvanın adından “Sovet”,
“Sosialist” sözlərinin çıxarılması
çox böyük cəsarət tələb edirdi. Bu-
nunla ümummilli liderimiz milli
dövlətçiliyimizin dirçəlişi istiqa-
mətində ilk böyük addımını atdı.
Konfransda tələbələrin ifasında
şeirlər səsləndirilib və şən və hazır -
cavablar klubunun ifasında bir-bi-
rindən maraqlı səhnəciklər təqdim
edilib.
Dostları ilə paylaş: |