Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında



Yüklə 2.25 Mb.
Pdf просмотр
tarix18.12.2016
ölçüsü2.25 Mb.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin 2014-cü il 22 avqust tarixli “Nax-

çıvan  şəhərində  Dövlət  Bayrağı  Meydanı

və  Muzeyinin  yaradılması  haqqında”  Sə-

rəncamına əsasən, Naxçıvan şəhərində Dövlət

Bayrağı Meydanı və Muzeyi yaradılmışdır.

    Noyabrın 17-də Dövlət Bayrağı Meydanı

və  Muzeyinin  təntənəli  açılış  mərasimi

keçirilmişdir.

    Mərasimdə çıxış edən Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri  Vasif

Talıbov muxtar respublikanın paytaxtı Nax-

çıvan  şəhərində  Dövlət  Bayrağı  Meydanı

və  Muzeyinin  istifadəyə  verilməsini  əla-

mətdar və tarixi hadisə kimi dəyərləndirmiş,

bu münasibətlə tədbir iştirakçılarını, ümu-

milikdə, muxtar respublika əhalisini təbrik

edərək demişdir: “Bayraq müstəqilliyin və

dövlətçiliyin atributudur. Bütün tarix boyu

xalqların və dövlətlərin simvolu olan bayraq

daim  uca  tutulub,  müqəddəs  bilinibdir.

Ümummilli liderimiz Heydər Əliyevin tə-

şəbbüsü ilə 1990-cı il noyabrın 17-də Nax-

çıvan  Muxtar  Respublikasının  ali  qanun-

verici  orqanında  Azərbaycan  Xalq  Cüm-

huriyyətinin  üçrəngli  bayrağı  Naxçıvan

Muxtar  Respublikasının  Dövlət  Bayrağı

kimi qəbul olundu. Böyük dövlət xadiminin

özünün işləyib hazırladığı və Ali Məclisdə

yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar

Respublikasının Dövlət rəmzləri haqqında”

tarixi Qərarda deyilirdi:

    “Naxçıvan  Muxtar  Respublikasının Ali

Məclisi qərara alır:

    1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin

üçrəngli  dövlət  bayrağı  Naxçıvan  Muxtar

Respublikasının  Dövlət  Bayrağı  kimi  təsis

edilsin.

    2. Naxçıvan Muxtar Respublikasının digər

Dövlət rəmzi – Dövlət Himni və gerbi haq-

qında  məsələ  öyrənilib  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisinin  müzakirəsinə

verilsin”.

    Bu qərar hələ Sovetlər Birliyinin mövcud

olduğu  dövrdə  qəbul  olunmuşdu.  Belə  bir

dövrdə ümummilli liderimizin siyasi iradəsi

sayəsində Naxçıvan Ali Məclisində qaldırılan

dövlət  bayrağı  xalqın  müstəqilliyi  naminə

sonsuz  fədakarlığın,  qətiyyətin  və  böyük

siyasi  iradənin  ifadəsi  idi.  Ölkə  Prezidenti

cənab İlham Əliyev Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin 1990-cı il 17 noyabr

tarixli qərarının taleyüklü əhəmiyyətini qeyd

edərək demişdir: “Ulu öndər Heydər Əliyevin



rəhbərliyi altında Naxçıvan Ali Sovetinin

sessiyasında Azərbaycan Xalq Cümhuriy-

yətinin bayrağı Naxçıvanda dövlət bayra -

ğı  kimi  təsdiq  edildi...  Bizim  müstəqilli yə

gedən  yolumuz  o  gündən  başlamışdır.

Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı 

və Muzeyi yaradılmışdır

    Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töh-

fələr vermişdir. Burada böyük dövlətçilik ənənələrinin əsası

qoyulmuş, X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan

Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə “Naxçıvan

xanlığı”,  XX  əsrin  əvvəlində  Araz-Türk  Respublikası

fəaliyyət  göstərmişdir. Azərbaycanın  bu  tarixi  ərazisində

formalaşan  ən  qiymətli  sərvətlərdən  biri  də  Naxçıvanın

muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının yarandığı

dövrdən  ötən  90  il  ərzində  dövlətçilik  ənənələri  daha  da

möhkəmlənmiş,  muxtar  respublika  özünün  atributlarına

malik olmuşdur. 

    Naxçıvan  Muxtar  Respublikasının  1924-cü  ildə  qəbul

edilmiş  Əsasnaməsində,  eləcə  də  1926-cı,  1937-ci  və

1978-ci  illərdə  qəbul  edilmiş  konstitusiyalarında  dövlət

bayrağı haqqında müddəalar öz əksini tapmışdır. Naxçıvan

Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Nax-

çıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının

Dövlət Bayrağı, gerbi və Dövlət Himni olduğu təsbit edilmişdir.  

    Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il

9  noyabr  tarixli  qərarı  ilə  qəbul  edilmiş  üçrəngli  dövlət

bayrağı  ikinci  dəfə  1990-cı  il  noyabrın  17-də  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli

lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Res-

publikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Azər-

baycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü mə-

sələlərin  müzakirə  edildiyi  həmin  sessiyada  “Naxçıvan

Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi

qərar qəbul olunmuşdur. 

    Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Res-

publikasının Dövlət Bayrağının rəsmi olaraq 1990-cı il no-

yabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində

qəbul  olunmasını  və  bu  günün  dövlətçilik  tariximizdəki

əhəmiyyətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası

Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə

əsasən qərara alıram:

    1. Hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respub-

likasının Dövlət Bayrağı günü kimi qeyd edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

           



    Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin Sədri 

Vasif  TALIBOV

    Naxçıvan şəhəri, 17 noyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı



Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 219 (21.120)

18 noyabr 2014-cü il, çərşənbə axşamı

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  noyabrın  17-də  Birləşmiş  Ərəb

Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası

Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətini

qəbul edib.

Nazir Sultan Bin Səid Əl Mansuri ölkələrimiz arasında iqtisadi, siyasi, investisiya qoyuluşu,

birgə əməkdaşlıq sahələrində və digər sahələrdə münasibətlərin inkişaf etdirilməsinin regional

əlaqələrin genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin  başçısı  İlham  Əliyev  Birləşmiş  Ərəb  Əmirliklərində  böyük  inkişafa  nail

olunduğunu  məmnunluqla  qeyd  etdi.  Ölkəmizdə  yeni  inkişaf  layihələrinin  uğurla  icra

olunduğunu  vurğulayan  Prezident  İlham  Əliyev  Birləşmiş  Ərəb  Əmirliklərinin  iqtisadiyyat

naziri,  iqtisadi,  ticarət  və  texniki  əməkdaşlıq  üzrə  Birgə  Hökumətlərarası  Komissiyanın

həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana

səfərinin ölkəmizdə həyata keçirilən investisiya layihələri ilə yaxından tanış olmaq üçün yaxşı

fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın

iqtisadiyyatın  müxtəlif  sahələrində  inkişaf  etdirilməsi  məsələləri  ətrafında  fikir  mübadiləsi

aparıldı.



Rəsmi xronika

Ardı 2-ci səhifədə

2

Məhz  Xalq  Cümhuriyyətinin  bayrağının

dövlət bayrağı kimi qəbul olunması Azər-

baycanı müstəqilliyə daha da yaxınlaşdırmış

və ölkəmizdə gedən proseslərə güclü təkan

vermişdir”.

    Ali  Məclisin  Sədri  diqqətə  çatdırmışdır

ki,  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi

olan Naxçıvan Muxtar Respublikasında döv-

lət atributlarına hörmət və ehtiram yüksək

səviyyədədir.  Onun  bir  kökü  də  tarixdən

qaynaqlanır.  Naxçıvanın  qədim  tarixi  var.

Burada möhtəşəm mədəniyyət nümunələri

və  beş  min  illik  tarixə  malik  şəhər  mədə-

niyyəti  formalaşmışdır.  Bu  ərazidə  təkcə

zəngin mədəni dəyərlərin yox, eyni zamanda

böyük dövlətçilik ənənələrinin də əsası qo-

yulmuş, onuncu əsrdə “Naxçıvan şahlığı”,

on  ikinci  əsrdə  isə  Azərbaycan  Atabəylər

dövləti  yaranmışdır.  Onsəkkizinci  əsrdə

Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan

biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin

formalaşmasına öz töhfəsini vermişdir. İyir-

minci  əsrin  əvvəllərində  1  milyondan  çox

əhaliyə malik olan Araz-Türk Respublikası

Naxçıvanın  müdafiə  qabiliyyətinin  möh-

kəmlənməsində və tarixi ərazisinin qorun-

masında mühüm xidmətlər göstərmişdir.

    Ali Məclisin Sədri demişdir: “Naxçıvanın

ən qiymətli sərvətlərindən biri də Naxçıvanın

muxtariyyətidir. Azərbaycanın bu tarixi əra-

zisində yaranmış qədim dövlətlər kimi, Nax-

çıvan Muxtar Respublikası da özünün döv-

lətçilik  atributlarına  malik  olmuşdur.

1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist

Sovet Respublikası haqqında Əsasnamə”də,

Naxçıvan  Muxtar  Respublikasının  1926-cı,

1937-ci  və  1978-ci  il  konstitusiyalarında

muxtariyyətin gerbi və dövlət bayrağı haqqında

müddəalar öz əksini tapmış, onların təsvirləri

verilmişdir. İlk dəfə olaraq 1998-ci il Kons-

titusiyasında Naxçıvan Muxtar Respublikasının

Dövlət  Bayrağı  və  gerbi  ilə  yanaşı,  Dövlət

Himni də təsbit edilmişdir. Dövlətçilik tari-

ximizdə mühüm yer tutan dövlət rəmzləri və

bayraqlar bir tərəfdən nadir döv-

lətçilik irsinin varisləri kimi bizdə

iftixar hissi doğurursa, digər tə-

rəfdən Naxçıvanda mövcud olmuş

qədim dövlətlərin tarixini öyrən-

məyə də geniş imkanlar yaradır.

Naxçıvan  şəhərində  yaradılan

Dövlət Bayrağı Meydanı və Mu-

zeyi  bu  baxımdan  mühüm  əhə-

miyyətə malik olacaqdır”.

    Ali Məclisin Sədri demişdir:

“Dövlət  Bayrağı  Meydanı  və

Muzeyini  ziyarət  edən  hər  bir

insan, hər bir gənc dövlət rəmz -

lərinin tariximizdəki yeri barədə

məlumatlandırılmalı, dövlət at-

ributlarının  mahiyyəti  və  əhə-

miyyəti  geniş  təbliğ  olunmalı,

ümummilli  liderimiz  Heydər

Əliyevin  səyi  ilə  üçrəngli  bay-

rağımızın ilk dəfə dövlət bayrağı

kimi qaldırıldığı gün – noyabrın

17-si  hər  il  Naxçıvan  Muxtar

Respublikasında əlamətdar tarixi

gün kimi qeyd edilməlidir”.

    Ali  Məclisin  Sədri  bir  daha  tədbir  işti-

rakçılarını Dövlət Bayrağı Meydanı və Mu-

zeyinin açılışı münasibətilə təbrik etmiş, çı-

xışını  ulu  öndər  Heydər  Əliyevin  müdrik

kəlamları  ilə  tamamlamışdır: “Kim  Azər-



baycanı sevirsə, kim Azərbaycanın müstəqil

dövlət olmasını istəyirsə, kim Azərbaycanın

işğal olunmuş torpaqlarının azad olunma-

sını istəyirsə, kim Azərbaycanın ərazi bü-

tövlüyünü  istəyirsə,  o,  bu  bayraq  altında

birləşməlidir”.

    Heydər Əliyev adına Hərbi Liseyin kursantı

Sənan Quliyev Rövşən Hüseynovun “Üçrəngli

bayrağım” şerini bədii qiraət etmişdir:

    Göylərdən almısan mavi rəngini,

    Təbiət bəxş edib öz çələngini.

    Döyüşdə çalmısan zəfər cəngini,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

    Xalqımın sevgisi, məhəbbətisən,

    Yurdumun vüqarı, əzəmətisən,

    Sən ulu Heydərin əmanətisən –

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

           

    Sən qan yaddaşımsan, mənim elimsən,

   Neçə yad ölkədə ötən dilimsən,

    Ən uca zirvəyə çatan əlimsən,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

       

    Sinəndə parlayır, ayın, ulduzun,



    Səninlə fəxr edir hər oğlun, qızın.

    Yurdunda gül açıb ən böyük arzun,

    Qalxıb ucalmısan Vətənlə qoşa,

    Üçrəngli bayrağım, yaşa, min yaşa!

     

    Heydər Əliyev adına Hərbi Liseyin kur-



santı Sənan Quliyev, Gənc Heydərçi, Nax-

çıvan şəhər 3 nömrəli tam orta məktəbin

XI sinif şagirdi Mirqabil Əkbərov, Heydər

Əliyev  adına  tam  orta  məktəbin  X  sinif

şagirdi Gülənbər İbrahimova, gənc dövlət

qulluqçusu, Naxçıvan Muxtar Respublikası

Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə

Dövlət  Komitəsinin  məsləhətçisi  Gülər

Əhmədova və Heydər Əliyev təqaüdçüsü,

Naxçıvan Dövlət Universitetinin “hüquq-

şünaslıq”  ixtisası  üzrə  IV  kurs  tələbəsi

Mətin Quluzadə dövlət bayrağını yüksəlt-

mək üçün qoyulmuş qurğunu işə salmışlar.

Xüsusi qurğu alqış sədaları altında dövlət

bayrağını səmaya – əbədi yüksəliş nöqtəsinə

qaldırmışdır.

    Dövlət Himni səsləndirilmişdir.

    Sonra Ali Məclisin Sədri dövlət bayrağını

qaldıran  gənclərlə  xatirə  şəkli  çəkdirmiş,

Dövlət  Bayrağı  Muzeyinin  açılışını  etmiş,

muzey binasında və bayraq meydanında ya-

radılan şəraitlə tanış olmuşdur.

    Bildirilmişdir ki, meydanın mərkəzində

inşa olunmuş bayraq dirəyinin hündürlüyü

57 metrdir. Burada dalğalanan üçrəngli bay-

rağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq

dirəyinin pyedestalının altında unikal quruluşa

malik  Bayraq  Muzeyi  yaradılmışdır.  Sək-

kizguşəli  ulduz  formasında  inşa  olunan

muzey binası eyni quruluşa malik sütunlarla

əhatə olunmuşdur.

    Bayraq Muzeyi dövlət atributlarımızın

tarixi və onların gələcək nəsillərə çatdırıl-

ması  baxımından  müstəsna  əhəmiyyətə

malikdir.  Muzeydə  ümummilli  liderimiz

Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il

noyabrın 17-də Naxçıvan Muxtar Respub-

likasının ali qanunverici orqanında qəbul

olunan “Naxçıvan Muxtar Respublikasının

Dövlət rəmzləri haqqında” Qərarın surəti

və  həmin  tarixi  günə  aid  fotoşəkillər  nü-

mayiş olunur. Tarixən Naxçıvan ərazisində

mövcud olmuş dövlətlərin, eləcə də Nax-

çıvan xanlığının bərpa olunmuş bayraqları,

gerblər  və  inzibati  xəritələri,  Naxçıvan

xanlığının süvari dəstələrinə verilən bay-

raqlar, döyüşçü libasları, Naxçıvan Muxtar

Respublikasının  müxtəlif  illərdə  qəbul

olunmuş  konstitusiyaları,  qədim  pul  ni-

şanlarının  fotoşəkilləri  muzeyin  ekspozi-

siyasında yerləşdirilmişdir.

    Ali Məclisin Sədri Azərbaycan Respub-

likasının Dövlət Himninin mətninin və dövlət

gerbinin təsvir olunduğu xatirə hədiyyələrini

muzeyə təqdim etmişdir.

    Ərazidə  meydana  xüsusi  gözəllik  bəxş

edən terraslar yaradılmış, dekorativ ağac lar

əkilmiş,  müasir  işıqlandırma  sistemi

qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


3

    Ötən əsrin sonlarından başlayaraq

muxtar respublikanın blokadaya sa-

lınması nəticəsində buradakı bütün

sahələrin iflic vəziyyətinə düşməsini

bu gün kiməsə sübut etməyə ehtiyac

yoxdur. Bəziləri bunu siyasi, hərbi,

iqtisadi, nə bilim daha nə kimi blo-

kada adlandırsa da, məncə, blokada,

elə  blokadadır.  Blokada  bütün  im-

kanların  tükəndiyi,  sonu  məhv  ol-

mağa doğru gedən hər hansı ərazinin

“blok olması”dır, yəni ətraf aləmdən

təcrid  olunmasıdır.  Azərbaycanın

ayrılmaz tərkib hissəsi olan qədim

Naxçıvan diyarının da artıq 24 ildən

çoxdur ki, qismətinə belə bir vəziy-

yətdə mübarizə aparmaq, özünü in-

kişaf etdirmək “yazılıb”. Ancaq eyni

zamanda Naxçıvan belə bir blokada

vəziyyətində hərtərəfli inkişafın əlif-

basının  yazıldığı  bir  diyardır.  Elə

bu yazıda da “Naxçıvan möcüzəsi”

adlı bu əlifbanın ən savablı səhifə-

lərindən birini oxumağa çalışacağıq.

Söhbət gələcəyimizə qoyulan ekoloji

sərmayədən gedir.

    Əvvəlcə onu qeyd edək ki, Nax-

çıvan Muxtar Respublikasının blo-

kada vəziyyətinə salınmasından sonra

ən  böyük  çətinlik  regionun  enerji

təhlükəsizliyi ilə bağlı idi. Mavi qaz

infrastrukturunun iflic olduğu, elek-

trik enerjisinin isə qonşu ölkələrdən

idxal hesabına təmin edilməyə çalı-

şılan regionda soyuq qış fəsillərində

istiliklə bağlı ortaya çıxan problemlər,

nəticədə,  ağacların  kütləvi  şəkildə

kəsilməsinə gətirib çıxarmışdı. Kəs-

kin kontinental iqlimə malik regionun

onsuz da az örtüyə malik yaşıllıqla-

rının sahəsi getdikcə azalaraq muxtar

respublika ərazisinin 0,6 faizinə bə-

rabər olmuşdu. Təbii ki, ümumi ya-

şıllıq  ərazilərinin  1  faizə  belə  çat-

mayan həcmi təkcə ağacların deyil,

dağlıq ərazilərdə müxtəlif kol-ağac-

ların  belə  məhv  edilməsinə  səbəb

olmuşdu. Lakin illər bir-birini əvəz

etdikcə çətinliklər də geridə qalmış,

düşmənə baş əyməyən Naxçıvan öz

varlığını qoruduğu kimi, yaşıllıqlarını

da bərpa edərək qorumuş, həcmini

dəfələrlə  artırmışdır.  Söhbət  qeyd

olunan  dövrlə  müqayisədə  ümumi

yaşıllıq  sahələrinin  10  faizdən  də

çox  artırılmasından gedir. İlk baxışda

10  faiz,  bəlkə  də,  bir  çoxlarına  o

qədər də böyük rəqəm kimi görün-

məyə bilər. Yaddan çıxarmayaq ki,

bir  ağacın  ərsəyə  gətirilməsi  üç,

dörd,  bəzən  isə  beş  il  davam  edir.

Onu da əlavə edək ki, Azərbaycanın

digər regionları ilə müqayisədə Nax-

çıvanın  sərt  təbiəti  ağac  böyüdüb

ərsəyə gətirilməsində müəyyən çə-

tinliklər  yaradır,  o  zaman  məsələ

hər birimiz üçün aydın olur. Məsələn,

ötən il yanvar ayının 1-nə olan mə-

lumata  görə,  muxtar  respublikada

meyvə ağaclarını əhatə edən sahələr

4235 hektara çatdırılmışdır ki, bunun

da 3143,4 hektarı barverən ağaclardır.

Bu ilin yaz əkini mövsümündə isə

Naxçıvan Muxtar Respublikası Eko-

logiya və Təbii Sərvətlər Nazirliyinin

məlumatına əsasən, muxtar respub-

lika ərazisində 286,2 hektar sahədə

yaşıllaşdırma  tədbirləri  həyata  ke-

çirilmiş, 228 min ədəd ağac və bəzək

kolları əkilmişdir. “2012-2015-ci il-

lərdə  Naxçıvan  Muxtar  Respubli-

kasında meyvəçiliyin və tərəvəzçi-

liyin  inkişafı  üzrə  Dövlət

Proqramı”na  uyğun  olaraq,  dağlıq

və orta dağlıq ərazilərdə meyvəçiliyin

inkişaf etdirilməsi, həmin ərazilərin

iqlim və torpaq xüsusiyyətlərinə uy-

ğunlaşdırılmış  ağacların,  tinglərin

yetişdirilməsi  və  yeni  meyvə  bağ-

larının salınması sahəsində nəzərdə

tutulan  tədbirlər  də  bu  gün  uğurla

davam etdirilir. Dövlət pro qramının

icrasına uyğun olaraq, cari ilin birinci

yarısında  muxtar  respublika  ərazi-

sində,  ümumilikdə,  110  hektardan

çox sahədə meyvə bağları salınmış-

dır. Artıq payız əkini mövsümü baş-

landığından ağac əkini işi yenidən

vüsət  almışdır.  Elə  ötən  həftələrdə

keçirilən iməciliklərdə minlərlə müx-

təlif meyvə tingi və meşə ağacı əki-

lərək  suvarılmışdır.  Payızlıq  ağac

əkini  muxtar  respublikanın  bütün

rayonlarında həyata keçirilmişdir.

    Muxtar  respublikanın  ildən-ilə

genişlənən  yaşıllıq  sahələrini  göz

önünə  gətirdikcə  ən  diqqətçəkən

məqamlardan  biri  odur  ki,  qədim

diyarımızda bu işlərin kütləviliyinə,

eyni  zamanda  böyük  sevgi  ilə  ya-

naşılmasına necə nail olunmuşdur?

Yenə də unutmayaq ki, digər regi-

onlardan fərqli olaraq söhbət Nax-

çıvanın yayın qızmar Günəşi altında

qovrulan  torpaqda,  qışda  isə  qan-

donduran  soyuqda  ağacları  yetiş-

dirməkdən  və  qorumaqdan  gedir.

Yəqin ki, bir çoxları bunu inzibati

metodların  tətbiqi  ilə  əlaqələndir-

məyə  çalışacaq. Ancaq  düşünürük

ki,  bu,  məsələyə  ilk  yanaşmadan

doğan  düşüncədir.  Doğrudur,  istə-

nilən  ən  inkişaf  etmiş  ölkələrdə

belə,  idarəçiliyin  əsas  prinsipləri

inzibati  əsaslar  üzərində  qurulur.

Məsələnin  digər,  həm  də  əsas  tə-

rəflərindən  biri  odur  ki,  hər  hansı

bir layihənin həyata keçirilməsində

şəxsi  nümunə  praktik  baxımdan

daha  çox  effektiv  olur.  Bu  amili

dünyanın məşhur şəxsiyyətlərinin,

o cümlədən ümummilli lider Heydər

Əliyevin siyasi fəaliyyətində daha

çox görmüşük. Məhz buna görədir

ki,  Naxçıvanda  yeni  yaşıllıqların

salınmasına, ağac əkininə yanaşmada

əsl rəhbər nümunəsi ortaya qoyulub.

Muxtar respublika rəhbərinin indi-

yədək keçirilən bütün iməciliklərdə

şəxsi  nümunə  göstərməsi  –  ağac

əkməsi,  böyüyəcək  ağacların  hər

birinə əsl nəvaziş göstərərək, ümu-

milikdə, ekologiyaya sərhədsiz sevgi

nümayiş etdirməsi artıq bu diyarın

sakinlərində  iməciliklərə  kütləvi,

həm də, necə deyərlər, səfərbər ya-

naşma tərzinin formalaşmasına səbəb

olub. Bu gün muxtar respublikada

hansı  dövlət  qurumunda  çalışma-

sından  asılı  olmayaraq,  hər  kəsin

bu yaşıllaşdırma tədbirlərində əməyi

var. Ən əsası isə bu qədim diyarda

ağac əkmək, ona qulluq etmək heç

zaman aksiya və kampaniya xarak-

teri daşımadı, görülən işlərin tərkib

hissəsinə çevrildi.

    Təbii  ki,  ağac  əkmək,  sadəcə,

əkin prosesi ilə məhdudlaşmır. Ağac-

ların qorunması, onlara vaxtlı-vax-

tında aqrotexniki qulluq göstərilməsi

bu işin başlıca xüsusiyyətlərindəndir.

Xüsusilə  muxtar  respublikada  su-

varma sistemlərinin təkmilləşdiril-

məsi,  yaşıllıq  sahələrinə  yeni  su

xətlərinin çəkilişi bu sahənin inki-

şafında mühüm rolu olan tədbirlər-

dəndir. Ötən illər ərzində əldə edil-

miş  təcrübə  indiyədək  heç  ağac

əkilməyən ərazilərin belə yaşıllaş-

dırılmasına imkan verir. Bunun ger-

çək nümunəsinin hər il şahidi oluruq.

Ancaq məsələnin digər tərəfi ondan

ibarətdir  ki,  ağac  əkmək  həm  də

çox savab işlərdən sayılır. İslam di-

nində ağac əkməyin savab iş olduğu

barədə  kifayət  qədər  hədislər  var.

Məsələn, Yer üzünün son Peyğəm-

bəri  (s)  buyurur:  “Əgər  qiyamət

günü gəlib çatsa və sizlərdən biri-

nizin  əlində  bir  şitil  olsa,  qalxıb

onu əkməyi bacararsa, bu işi yerinə

yetirsin”.  Və  yaxud  Məhəmməd

Peyğəmbər  (s)  digər  bir  hədisdə

belə  buyurur:  “Meyvə  ağacı  əkən

elə bir kəs olmayıb ki, Allah-Taala

o  ağacın  verdiyi  meyvələr  qədər

ona savab yazmasın”. Daha bir hə-

disdə deyilir: “İşlərin arasında heç

bir iş əkinçilik qədər Allah yanında

sevimli deyil və Allah-Taala dərzi

olan  İdrisdən  (ə)  başqa,  elə  bir

Peyğəmbər göndərməmişdir ki, əkin-

çiliklə məşğul olmasın”.

    Bəli,  ən  savab  işlərdən  sayılan

ağac əkməyin faydaları çoxdur. İstər

dini, istər iqtisadi, istər tibbi, istərsə

də  ekoloji  baxımdan  yaşıllıqların

çox böyük əhəmiyyəti var. Unutma-

yaq ki, Naxçıvanın intibah tarixinin

yaşıl səhifələrinə yazılan bu savab

işlər, həm də gələcəyimizə qoyulan

ekoloji sərmayədir.  



Səbuhi HƏSƏNOV



Naxçıvanın intibah dövrünün yaşıl səhifələri 

    “Azadlıq,  müstəqillik  bütün

xalqlar, millətlər üçün ən şirin ne-

mətdir. Biz azadlığımız, müstəqil-

liyimiz üçün illərlə mübarizə apar-

mışıq, bu yolda minlərlə şəhid ver-

mişik.  Azadlığı,  müstəqilliyi  əldə

etmək nə qədər çətindirsə, onu qo-

ruyub  saxlamaq  bir  o  qədər  mü-

rəkkəb və ağır məsələdir. Qüdrətli

və möhkəm dövlət olmadan azadlıq

və müstəqillik də yoxdur”.

    Bu fikirlər Naxçıvan Özəl Uni-

versitetində  17  Noyabr  –  Milli

Dirçəliş Günü münasibətilə keçi-

rilmiş elmi-praktik konfransda ifa-

də edilib.

    Konfrans  başlamazdan  əvvəl

Azərbaycan Respublikasının Dövlət

Himni  səsləndirilib.  Universitetin

tədris  işləri  üzrə  prorektoru,  tarix

üzrə fəlsəfə doktoru, dosent İbrahim

Kazımbəyli konfransı açaraq xalqın

istiqlal mücadiləsinin əsas mərhə-

lələrindən biri olan milli dirçəlişin

Azərbaycanın müstəqilliyinin bərpa

olunmasında  tarixi  rol  oynadığını

diqqətə çatdırıb.

Konfransda univer-

sitetin  Ümumi  tarix

kafedrasının  dosenti,

tarix üzrə fəlsəfə dok-

toru  Elçin  Zamanov

“Milli dövlətçiliyə ge-

dən  yolun  ilkin  mər-

hələsi”, həmin kafed-

ranın  müəllimi,  tarix

üzrə  fəlsəfə  doktoru

Mehman  Şabanov  “Milli  azadlıq

hərəkatının  Naxçıvan  dövrü”  və

“informatika  müəllimliyi”  ixtisa-

sının II kurs tələbəsi Gülay Əliyeva

“Milli dirçəlişdən qüdrətli dövlət-

çiliyə doğru” adlı məruzələrlə çıxış

ediblər.


    Məruzələrdə  vurğulanıb  ki,  17

noyabr  1990-cı  ildə  ulu  öndərin

sədrliyi ilə Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin I sessiyası

keçirilib,  həmin  sessiyada  muxtar

respublikanın dövlət rəmzləri haq-

qında məsələ müzakirə olunub. Hə-

min müzakirələr zamanı “Naxçıvan

Muxtar  Sovet  Sosialist  Respubli-

kasının adının dəyişdirilməsi haq-

qında” və “Naxçıvan Muxtar Res-

publikasının Dövlət rəmzləri haq-

qında” qərarlar qəbul edilib. 

    Bildirilib ki, Naxçıvan 1924-cü

il fevralın 9-dan Naxçıvan Muxtar

Sovet Sosialist Respublikası adlan-

dırılıb. Qəbul olunmuş “Naxçıvan

Muxtar  Sovet  Sosialist  Respubli-

kasının adının dəyişdirilməsi haq-

qında” Qərardan sonra isə bu qədim

yurdun adından “Sovet”, “Sosialist”

sözləri əbədi olaraq çıxarılaraq Nax-

çıvan Muxtar Respublikası adlan-

dırıldı. SSRİ kimi imperiyanın hələ

tarix  səhnəsindən  silinmədiyi  bir

dövrdə Naxçıvanın adından “Sovet”,

“Sosialist”  sözlərinin    çıxarılması

çox böyük cəsarət tələb edirdi. Bu-

nunla  ümummilli  liderimiz  milli

dövlətçiliyimizin  dirçəlişi  istiqa-

mətində ilk böyük addımını atdı.

    Konfransda tələbələrin ifasında

şeirlər səsləndirilib və şən və hazır -

cavablar klubunun ifasında bir-bi-

rindən maraqlı səhnəciklər təqdim

edilib.


Nuray ƏSGƏROVA

Naxçıvandan başlanan milli dirçəliş 

    Müasir  dünya  nə  qədər  inkişaf  edirsə  etsin,  əgər  bu  inkişafın

təməlində gələcək üçün faydalı sərmayə yoxdursa, o zaman bu inkişaf

yalnız konyuktura xarakteri daşıyacaq. Yəni xüsusi nəyəsə hesablanmış

maraq və ambisiyalar toplusundan o tərəfə keçməyəcək. Ayrılıqda gö-

türsək,  ölkələr,  regionlar  da  belədir.  Təcrübə  göstərir  ki,  yalnız

cəmiyyətin  sağlam  gələcəyinə,  ümumilikdə  isə  insan  kapitalına  sərf

edilən dəyərli işlər ölkələrin gələcək inkişafının qarantına çevrilir. 

    Noyabrın  16-da  Əlahiddə

Ümum qoşun  Ordusunun  “N”

hərbi hissəsində gənc əsgərlərin

andiçmə mərasimi keçirilib.

    Əvvəlcə hərbi hissənin döyüş

bayrağı sıra meydanına gətirilib,

sonra  gənc  əsgərlərin  andiçmə

mərasimi başlanıb. 

    Azərbaycan  Respublikasının

Dövlət Himni səsləndirildikdən son-

ra  hərbi  hissənin  komandiri,  pol-

kovnik-leytenant  Aşur  Mirzəyev

çıxış edərək bildirib ki, Azərbaycan

Respublikasının Silahlı Qüvvələrinə

həqiqi hərbi xidmətə çağırılan hər

bir vətəndaş döyüş bayrağı altında

əlində silah dayanaraq Vətənə, öz

xalqına  sədaqətli  olacağı  barədə

təntənəli  surətdə  and  içir.  Hərbi

and  içən  əsgər  təntənəli  surətdə

vəd edir ki, Azərbaycan Respubli-

kasının mənafeyini, onun suveren-

liyini,  ərazi  bütövlüyünü  və  müs-

təqilliyini qoruyacaq, bundan ötrü

qanını və canını əsirgəməyəcəkdir.

    Əsgər  Xəyal  Səmədzadə  hərbi

and içən əsgərlər adından çıxış edə-

rək bundan sonra da Vətənə səda-

qətlə xidmət edəcəklərinə, verilən

əmr  və  tapşırıqları  vaxtında  və

dəqiq  yerinə  yetirəcəklərinə  söz

verib.

    Valideyn Vidadi Abbasov bu gü-



nün onlarda böyük qürur hissi do-

ğurduğunu bildirib, Vətənin müda-

fiəçilərinə uğurlar arzulayıb.

    Əlahiddə Ümumqoşun Ordusu-

nun zabiti, polkovnik Elşad Həsənov

Azərbaycan əsgərlərinin göstərəcəyi

şücaətin  hələ  qabaqda  olduğunu

deyib, başı üzərində üçrəngli bay-

rağın dalğalandığı bu xalqın mərd

övladları  ilə  hər  zaman  fəxr  edə-

cəklərini söyləyib.

    Çıxış  edənlər  hərbi  andı  qəbul

edən gənc əsgərləri təbrik edib, onlara

xidmətlərində  uğurlar  arzulayıblar.

    Sonda şəxsi heyətin tribuna önün-

dən təntənəli keçidi olub.



Gənc əsgərlərin andiçmə

mərasimi olub

    10-17  noyabr  –  beynəlxalq  tələ-

bə-gənclər həftəsi ilə əlaqədar Nax-

çıvan  Muxtar  Respublikasında  fəa-

liyyət  göstərən  ali  və  orta  ixtisas

təhsili müəssisələrinin tələbələri ara-

sında keçirilən yarışlara yekun vurulub.

Noyabrın  17-də  Yeni  Azərbaycan

Partiyası Naxçıvan Muxtar Respublika

Təşkilatının  Heydər  Əliyev  adına

Gənclər  Birliyi,  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin Sədri ya-

nında Gənclər Fondu və Gənclər və

İdman  Nazirliyinin  təşkilatçılığı  ilə

keçirilən yarışların qaliblərinin mü-

kafatlandırılması mərasimi keçirilib. 

Naxçıvan  şəhərindəki

Gənc lər  Mərkəzində  təşkil

edilən təltifetmə mərasimin-

də, ilk olaraq, qonaqlara bey-

nəlxalq tələbə-gənclər həftəsi

ilə  bağlı  məlumat  verilib.

Ardınca  ötən  həftə  ərzində

keçirilən yarışların qaliblə-

rinə mükafatlar təqdim olu-

nub. Mükafatları qaliblərə Naxçıvan

Muxtar Respublikasının gənclər və

idman  naziri  Azad  Cabbarov  və

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  Sədri  yanında  Gənclər

Fondunun icraçı direktoru Məmməd

Babayev təqdim edib.

     Qeyd  edək  ki,  beynəlxalq  tələ-

bə-gənclər  həftəsində  badminton,

şahmat, voleybol idman növləri üzrə

yarışlarla yanaşı, şən və hazırcavablar

klubları  arasında  müsabiqə,  intel-

lektual oyun, “Müasir Azərbaycanın

gəncliyi” adlı rəsm müsabiqəsi təşkil

olunub.


Beynəlxalq tələbə-gənclər həftəsinin

qalibləri mükafatlandırılıb 

    Noyabrın 16-da Naxçıvan Mux-

tar Respublikası Fövqəladə Hallar

Nazirliyinin  Mülki  Müdafiə  Ala-

yında  da  gənc  əsgərlərin  andiçmə

mərasimi keçirilib. Mərasimdə ta-

qımlar şəklində düzülmüş əsgərlər

əllərini silahın üzərinə qoyaraq Və-

təni layiqincə qoruyacaqlarına, əs-

gəri  borclarına  şərəflə  əməl  edə-

cəklərinə and içiblər. 

    Andiçmə  mərasimində  koman-

dirlərdən baş leytenant Röyal Qu-

liyevin,  leytenant  Teymur  Əsgər -

ovun, əsgərlərdən Fərid İsmayılza-

dənin, Valeh Bağırovun, Naxçıvan

Muxtar Respublikası Yazıçılar Bir-

liyinin sədri Asim Yadigarın, Azər-

baycan Vətən Müharibəsi Veteranları

və Şəhid Ailələri Naxçıvan Muxtar

Respublika Təşkilatının  Naxçıvan

Şəhər Şöbəsinin sədri Zahid Cəfər -

ovun, Naxçıvan Şəhər  Gənclər və

İdman İdarəsinin rəisi Xəyal Qur-

banovun  və  valideyn  Səbuhi  Əli -

yevin çıxışları olub. 

    Naxçıvan  Muxtar  Respublikası

fövqəladə hallar nazirinin müavini,

polkovnik Hikmət Kərimov bu gün

and içən gənc əsgərlərin nümunəvi

xidmət edəcəklərinə, hərbi hissənin

adını yüksək tutaraq əsgəri borclarını

şərəflə  yerinə  yetirəcəklərinə,  bir

xilasedici  kimi  baş  verə  biləcək

fövqəladə hallar zamanı insanların

xilas edilməsində əllərindən gələni

əsirgəməyəcəklərinə əmin olduğunu

bildirib. 

    Sonda Azərbaycan Respublika-

sının  Dövlət  Himni  səsləndirilib,

alayın şəxsi heyətinin tribuna önün-

dən təntənəli keçidi olub.



Xəbərlər şöbəsi

***

4

    

Vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu

insanı zirvələrə, səmalara yüksəldir,  ona qəhrə-

manlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa,

xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi,

milli hədəflərə inam aşılayır. Vətənə sədaqət  ən

çətin anlarda belə, adamların qüvvələrini azadlıq

uğrunda mübarizəyə səfərbər edir. Vətən sevgisi,

yurd təəssübü gənc nəslin milli mənlik şüurunun

inkişafında əsas aspektləri müəyyənləşdirir.  

    İnsanın  ən  ali  və  əzəli  hisslərindən  olan  vətən-

pərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə,

obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən

qaynaqlanır. Vətənpərvərlik həm də Vətən naminə

çalışmaq,  Vətəni  qorumağa  hər  an  hazır  olmaq,

onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək,

Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Məhz

ona görə də Azərbaycan xalqının ümummilli lideri

Heydər Əliyev deyirdi: “Hamımızın ümumi vəzifəmiz



xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə

sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hiss-

lərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ

etməkdir”.

     Tarixə nəzər yetirdikdə bir daha görürük ki, və-

tənpərvərlik  qəhrəmanlığın  əsasını  qoyan  amildir.

Biz  şanlı  tariximizlə,  əfsanəvi  qəhrəmanlarımızla

həmişə  fəxr  edirik.  Cavanşir,  Babək,  Şah  İsmayıl

Xətai, Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski,

Səmədağa  Mehmandarov,  Əliağa  Şıxlinski,  Həzi

Aslanov, Mübariz İbrahimov, Fərid Əhmədov  kimi

sərkərdələrimiz, igidlərimiz bugünkü nəslə nümunə

olublar.  Əsrlərin o üzündən gələn bir deyim də var

ki, müdrik kəlam kimi hər zaman diqqətimizi cəlb

edir: “Torpağı qoruyarsan, Vətən olar, qorumazsan,

kəfən”. 

    İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət

göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində

vətəndaş  hazırlığı  keçir.  Əsl  vətəndaş  dedikdə  bi-

lavasitə Vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət

edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan

nəzərdə  tutulur.  Vətəndaşlıq  tərbiyəsinin  mənbəyi

ailədir.  Təcrübə  göstərir  ki,  ailədə  vətəndaşlıq

tərbiyəsi  yalnız  özbaşına  axınla  kor-koranə  deyil,

planlı,  sistemli,  məqsədli  şəkildə  təşkil  olunanda

müsbət nəticə əldə edilir. Uşaqların vətəndaşlıq tər-

biyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə

yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur.

Onlar  nizam-intizamlı,  savad lı  olmalı,  Vətəninin

tarixini,  coğrafiyasını,  mədəniyyətini,  milli  adət-

ənənələrini bilməli, Vətəni sevməlidirlər. 

    Ekspertlər belə hesab edirlər ki, mənəviyyat tər-

biyəsini  qiymətləndirmək  üçün  uşaqlarda  yaxşını

pisdən  ayırmaq,  həqiqətə,  ədalətə,  insanlara  – bö-

yüklərə,  ailə  üzvlərinə  hörmət  etmək  kimi  insani

keyfiyyətlər  aşılanmalıdır.  Onların  davranış  xüsu-

siyyətləri uyğun qiymətləndirilməli, yaxşı davranış

və  qarşılıqlı  əlaqə  təmin  olunmalıdır. Azərbaycan

Respublikasında  hüquqi,  demokratik  dövlət  quru-

culuğu  inkişaf  etdikcə,  vətənpərvərlik  tərbiyəsinə,

o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpər-

vərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. 

   Burada  xalqımızın  tarixinə  “Qanlı  şənbə”  kimi

daxil olmuş 20 Yanvar hadisələrini xatırlamaq va-

cibdir. Şər imperiyası milli hərəkatı, milli şüuru 70

il ərzində   amansızlıqla boğmuşdu. Ancaq Azərbaycan

xalqı sübut etdi ki, onun milli qüruru  sınmayıb. O

vaxt  Bakıya qoşun yeridilməsini fürsət bilən erməni

qəsbkarları  Naxçıvan  Muxtar Respublikasını işğal

etmək üçün hücum planını işə saldılar. Ancaq qəh-

rəman naxçıvanlılar yumruq kimi birləşərək düşmənə

layiqli  cavab  verdilər.    İndi  azadlıq  aşiqlərinin

uyuduğu Bakının Dağüstü parkındakı və Naxçıvan-

dakı  Şəhidlər xiyabanları xalqımızın ziyarətgahına,

and yerinə çevrilibdir. 

    Tarixin ibrət dərsləri unudulmur; qanlar bahasına

qazanılanların qədrini bilməyə, Vətəni göz bəbəyi

kimi qorumağa səsləyir, bu yolda can qurban etməyə

ürəkləndirir.  Bu  mənada  gənclərin  vətənpərvərlik

tərbiyəsində dövlət rəmzlərinin təbliği mühüm əhə-

miyyətə malikdir. Bir çox ölkələrdə bayrağa, gerbə

və himnə, milli bayramlara hörmət hisslərinin möh-

kəmləndirilməsi  vasitəsilə  gənclərdə  vətənpərvər -

lik amalının formalaşdırılması üçün məqsədyönlü

iş aparılır. Azərbaycanda, o cümlədən onun ayrılmaz

tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar  Respublika -

sın da da bu istiqamətdə əsaslı işlər görülür. Naxçı -

van şəhərinin ən yüksək məkanında Dövlət Bayra -

ğı Meydanı və Muzeyinin yaradılması buna bariz

nümunədir.  

    Tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən ali

dəyərlərini özündə ehtiva edən bayrağını dalğalandıra

bilmək nəsib olmur. Bu baxımdan bizim xalqımız

xoşbəxt  xalqdır.  Dövlətçilik  ənənələri  hələ  qədim

dövrlərdə  mövcud  olmuş  etnik-siyasi  özünütəşkil

mədəniyyətinə  söykənən  Azərbaycan  xalqının  bu

gün  müstəqil  bayrağa  malik  olması  da  onun  xoş-

bəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o bayrağı

yenidən  dalğalandıra  bilmək  səadəti  xalqımızın

azadlığa  bəslədiyi  sevgidən  qaynaqlanan  əzmkar

və davamlı mübarizəsi ilə çoxsaylı qurbanlar bahasına

gerçəkliyə dönüşübdür.

    Bayrağımızı hər bir azərbaycanlının qürur mən-

bəyinə çevirən də bu müqəddəs rəmzin – xalqımızın

mübariz  ruhunun  simvolu  olmasıdır.  Bu  mübariz

ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının

bütün  tarixi  dövrlərdə  zühur  edən  ən  canlı  və  ən

şanlı təcəssümüdür. Bu ruh xalqımızın tarixi boyunca

nəsildən nəslə ötürülmüş, zaman-zaman öz qüdrətini

daha da artırmışdır. Məhz mübarizlik və yenilməzlik

ruhu  sayəsində  tarixin  bütün  dönəmlərində  Azər-

baycan  dövlətçiliyi  öz  kökləri  ilə  keçmişinə  bağlı

olmuş, tarixi ilə birgə yaşamağı, əski dövrü ilə yeni

dövrünün  vəhdətini  yaratmağı  bacarmışdır.  Ona

görə  də  Azərbaycan  dövlətçiliyi  milli  siyasət  və

ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq

ənənəsində də özünün maddi, mənəvi və siyasi mə-

dəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz

milli ruhunu bu gün də yaşatmaqdadır. 

    Böyük şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq”

şerində deyildiyi kimi:



    Üçrəngli bayrağın kölgəsində mən

    Qaraca torpağı Vətən görmüşəm.

    Zəfər güllərini dövri-qədimdən

    Bayraq işığında bitən görmüşəm.

    Bayraq mənliyimdir, bayraq kimliyim,

    Bayraq – öz yurduma öz hakimliyim.

    Bayrağımız  milli  vəhdətimizin  rəmzidir.  Bu

vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə

qaldıracaq və onu Qarabağa, Şuşaya və Xankəndinə

daşıyacaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm

etdirən bayrağımız bir daha nəinki enməyəcək, müs-

təqilliyimizin  və  tərəqqimizin  ulduzu  kimi  daim

parlayacaq!

                                                         -

Rauf ƏliyeV

Vətənpər vərliy in bayra q z irv əsi. ..

V ətənpər v ərliyin bay raq zir vəsi...

İtmişdir

M.Nəcəfov adına Culfa Peşə Məktəbi tərəfindən Məmmədov Vüsal Rövşən oğluna verilmiş  diplom

itdiyindən etibarsız sayılır. 

  Naxçıvan Muxtar Respublika-

sının yaradılmasının 90 illik yu-

bileyinə və Naxçıvan Muxtar Res-

publikası Dövlət Gömrük Komi-

təsinin  yaradılmasının  23-cü  il-

dönümünə həsr olunan turnirdə

6 komanda mübarizə aparıb. Yarış

Naxçıvan  şəhərindəki  İlham

Əliyev  adına  Olimpiya-İdman

Kompleksində keçirilib. 

    Turnir üç turdan ibarət olub. Oyun-

lar dairəvi sistem üzrə keçirilib. Əsa-

sən,  dörd  komandanın  çempionluq

şansı  yüksək  qiymətləndirilsə  də,

şansı reallığa çevirən tərəf “Sədərək”

komandası olub. 

    Çempionluğun taleyinə məhz son

qarşılaşmada aydınlıq gəlib. Həlledici

duelə qədər bütün görüşlərdə mak-

simum  nəticə  göstərən  “Sədərək”

və “Naxçıvan Şəhər Gömrük İdarəsi”

komandaları noyabrın 15-də turnirin

qalibi adına aydınlıq gətirmək üçün

meydana çıxıblar. Ümumilikdə, doq-

quz  qolun  vurulduğu  qarşılaşmada

Sədərək Gömrük İdarəsinin təmsil-

çiləri minimal hesablı üstünlük əldə

ediblər. Bu oyunda dörd dəfə fərq-

lənməklə aktivindəki qolların sayını

19-a  çatdıran Aynar  İsmayılov  son

çempionun  titulu  öz  əlində  saxla-

masında əsas pay sahibi olub. 

    Eyni xala malik (7 xal) “Şahtaxtı”

və  “Komitə”  komandaları  isə  mü-

vafiq olaraq üçüncü-dördüncü yerləri

bölüşüblər. 

    Komandaların mükafatlandırılması

mərasimində  çıxış  edən  Naxçıvan

Muxtar Respublikası Dövlət Gömrük

Komitəsinin sədri, gömrük xidməti

general-leytenantı Asəf Məmmədov

ölkəmizdə, o cümlədən muxtar res-

publikamızda idmanın inkişafına və

kütləviliyinin artırılmasına göstərilən

yüksək dövlət qayğısından danışıb.

Gömrükçülər arasında idmanı təbliğ

etmək,  onların  fiziki  sağlamlığının

qayğısına qalmaq məqsədilə keçirilən

yarışların  ənənəvi  xarakter  aldığını

qeyd  edən  komitə  sədri  idmanın

gömrük əməkdaşları arasında qarşı-

lıqlı münasibətlərin inkişafına müsbət

təsir göstərdiyini, onlarda qələbəyə

inam, mübarizlik hisslərini artırdığını

diqqətə çatdırıb. 

    Sonra  komandaların  və  turnirdə

fərqlənən idmançıların mükafatlan-

dırılması mərasimi olub. “Sədərək”

komandası  turnirin  keçici  kuboku

ilə yanaşı, kubok, diplom və medal-

larla təltif olunub. Turnirin “ən yaxşı

müdafiəçi”si,  “ən  yaxşı  qapıçı”sı,

“ən məhsuldar oyunçu”su, o cümlə-

dən oyunları idarə edən hakimlər də

mükafatlandırılıblar. 

    Sonda Azərbaycan Respublikası-

nın Dövlət Himni səsləndirilib.



Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin 

mətbuat xidməti

Gömrükçülərin futzal turnirinə 

yekun vurulub

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 4020. Sifariş № 967

Baş redaktor:

TURAL SƏFƏROV

    Naxçıvan  Muxtar  Respublikası

Səhiyyə Nazirliyinin iş planına uyğun

olaraq, bu il noyabrın 3-dən V-XI si-

niflərdə  təhsil  alan  məktəblilər  ara-

sında vərəmin erkən aşkar edilməsi

məqsədilə  kütləvi  tuberkulin  diaq-

nostikası  –  mantu  sınaqlarının  apa-

rılmasına başlanılıb. Bu sınaqları icra

edəcək pediatr, epidemioloq və vak-

sinatorlardan  ibarət  xüsusi  briqada-

larının, orta tibb işçilərinin hazırlığı

məqsədilə Naxçıvan Muxtar Respub-

likası Səhiyyə Nazirliyində və rayon

mərkəzi xəstəxanalarında  seminar-

treninqlər  keçirilib.  Bu  tədbirlərdə

məktəblərin  tibb  işçiləri  tərəfindən

uşaq  və  yeniyetmələr  arasında  baş-

lanğıc  və  məhdud  formalı  vərəmin

erkən aşkar edilib vaxtında müayinə

və  müalicəyə  cəlb  edilməsinin  ma-

hiyyəti və əhəmiyyəti barədə məlumat

verilib. Aseptik qaydalara ciddi əməl

olunmaqla  məktəblərin  tibb  məntə-

qələri  tam  hazır  vəziyyətə  gətirilib.

Bir həkim və 2 vaksinatordan ibarət

xüsusi briqadalar lazımi sınaq, dərman

preparatları ilə təchiz olunublar. 

    Naxçıvan  şəhərindəki  tam  orta

məktəblərdə  kütləvi  tuberkulin  di-

aqnostikası  Naxçıvan  Muxtar  Res-

publikası Mərkəzi Uşaq Xəstəxana-

sının Poliklinika şöbəsinin nəzarəti

altında ərazi prinsipi üzrə həkim və

vaksinatorlardan  ibarət  16  xüsusi

briqada  tərəfindən  icra  olunub.  V-

XI siniflərdə təhsil alan 6017 mək-

təblinin cəlb edildiyi sınaq 2 mərhə-

lədə  keçirilib.    Aksiyanın  sonunda

reaksiyası şübhəli olan uşaqlar Ağ-

ciyər Xəstəlikləri Dispanserində dərin

ftiziatr  müayinəsinə  cəlb  ediliblər.

Virajlı,  yəni  ilk  dəfə  vərəm  mikro-

bakteriyaları  ilə  yoluxmuş  uşaqlar

xüsusi nəzarətə götürülərək profilaktik

məqsədlə bir neçə ay pulsuz dərman

preparatları ilə təmin olunacaqlar.

    Rayonlarda  isə  mantu  sınaqları

gigiyena və epidemiologiya mərkəz-

ləri və rayon mərkəzi xəstəxanalarının

nəzarəti altında həyata keçirilir. Mantu

sınaqları və dərin tibbi yoxlamalar,

eləcə də uşaqların icbari dispanseri-

zasiyası ay ərzində davam etdiriləcək.



Naxçıvan Muxtar Respublikası 

Səhiyyə Nazirliyinin 

mətbuat xidməti

Naxçıvan şəhər ümumtəhsil 

məktəblərində mantu sınağı

    Naxçıvan şəhərinin ümumtəhsil

müəssisələrinin şagirdləri arasında

hər il keçirilən payız mövsümünün

dərin tibbi yoxlamaları başa çatıb.

Profilaktika xarakteri daşıyan yox-

lamalara bu il oktyabrın 13-də start

verilib.  Ötən  müddətdə  Naxçıvan

şəhərində 20 tam orta məktəbin 10

min  262-i  şagirdi  dərin  tibbi  yox-

lamalara  cəlb  olunub.  Onlardan

1185 şagird göz, 968 şagird stoma-

toloji,  280  şagird  nevroloji,  88

şagird cərrahi, 35 şagird dəri-zöh-

rəvi,  227  şagird    LOR,  43  şagird

endokrinoloji,  54  şagird  isə  digər

xəstəliklərin ilkin əlamətlərinə görə

əlavə  və  təkrar  müayinələr  üçün

xəstəxanaya – stasionara dəvət edi-

lib. Ehtiyac olan hallarda bəzi uşaq-

ların ixtisaslı mütəxəssis həkimlər

(ftiziatr,  kardioloq,  nevropatoloq,

dermatoloq, uroloq) tərəfindən kon-

sultasiyası, stasionar  müalicəsi təş-

kil olunub.

    Ə.Əliyev adına Naxçıvan Muxtar

Respublikası  Mərkəzi  Uşaq  Xəstə-

xanasının LOR, oftalmoloq, nevro-

patoloq, cərrah, pediatr, stomatoloq,

dermatoloq, ortopedlərdən təşkil olun-

muş həkim briqadası tərəfindən Nax-

çıvan şəhərində həyata keçirilən bu

tədbirlə  yanaşı,  səhiyyə  maarifi  işi

də aparılıb. Valideyn və müəllimlər

şagirdlərin  sağlamlığına  göstərilən

dövlət qayğısına görə minnətdarlıq-



larını bildiriblər.

Payız mövsümünün dərin tibbi 

yoxlamaları başa çatıb

: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Rÿsmè dþvlÿt qÿzetè ¹ 127 (7271) ×ßRØßNBß axøAMÛ, 14 èéóí 2016-cû IL
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə