baycanı sevirsə, kim Azərbaycanın müstəqil
dövlət olmasını istəyirsə, kim Azərbaycanın
işğal olunmuş torpaqlarının azad olunma-
sını istəyirsə, kim Azərbaycanın ərazi bü-
tövlüyünü istəyirsə, o, bu bayraq altında
birləşməlidir”.
Heydər Əliyev adına Hərbi Liseyin kursantı
Sənan Quliyev Rövşən Hüseynovun “Üçrəngli
bayrağım” şerini bədii qiraət etmişdir:
Göylərdən almısan mavi rəngini,
Təbiət bəxş edib öz çələngini.
Döyüşdə çalmısan zəfər cəngini,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Xalqımın sevgisi, məhəbbətisən,
Yurdumun vüqarı, əzəmətisən,
Sən ulu Heydərin əmanətisən –
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Sən qan yaddaşımsan, mənim elimsən,
Neçə yad ölkədə ötən dilimsən,
Ən uca zirvəyə çatan əlimsən,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Sinəndə parlayır, ayın, ulduzun,
Səninlə fəxr edir hər oğlun, qızın.
Yurdunda gül açıb ən böyük arzun,
Qalxıb ucalmısan Vətənlə qoşa,
Üçrəngli bayrağım, yaşa, min yaşa!
Heydər Əliyev adına Hərbi Liseyin kur-
santı Sənan Quliyev, Gənc Heydərçi, Nax-
çıvan şəhər 3 nömrəli tam orta məktəbin
XI sinif şagirdi Mirqabil Əkbərov, Heydər
Əliyev adına tam orta məktəbin X sinif
şagirdi Gülənbər İbrahimova, gənc dövlət
qulluqçusu, Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin məsləhətçisi Gülər
Əhmədova və Heydər Əliyev təqaüdçüsü,
Naxçıvan Dövlət Universitetinin “hüquq-
şünaslıq” ixtisası üzrə IV kurs tələbəsi
Mətin Quluzadə dövlət bayrağını yüksəlt-
mək üçün qoyulmuş qurğunu işə salmışlar.
Xüsusi qurğu alqış sədaları altında dövlət
bayrağını səmaya – əbədi yüksəliş nöqtəsinə
qaldırmışdır.
Dövlət Himni səsləndirilmişdir.
Sonra Ali Məclisin Sədri dövlət bayrağını
qaldıran gənclərlə xatirə şəkli çəkdirmiş,
Dövlət Bayrağı Muzeyinin açılışını etmiş,
muzey binasında və bayraq meydanında ya-
radılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, meydanın mərkəzində
inşa olunmuş bayraq dirəyinin hündürlüyü
57 metrdir. Burada dalğalanan üçrəngli bay-
rağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq
dirəyinin pyedestalının altında unikal quruluşa
malik Bayraq Muzeyi yaradılmışdır. Sək-
kizguşəli ulduz formasında inşa olunan
muzey binası eyni quruluşa malik sütunlarla
əhatə olunmuşdur.
Bayraq Muzeyi dövlət atributlarımızın
tarixi və onların gələcək nəsillərə çatdırıl-
ması baxımından müstəsna əhəmiyyətə
malikdir. Muzeydə ümummilli liderimiz
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il
noyabrın 17-də Naxçıvan Muxtar Respub-
likasının ali qanunverici orqanında qəbul
olunan “Naxçıvan Muxtar Respublikasının
Dövlət rəmzləri haqqında” Qərarın surəti
və həmin tarixi günə aid fotoşəkillər nü-
mayiş olunur. Tarixən Naxçıvan ərazisində
mövcud olmuş dövlətlərin, eləcə də Nax-
çıvan xanlığının bərpa olunmuş bayraqları,
gerblər və inzibati xəritələri, Naxçıvan
xanlığının süvari dəstələrinə verilən bay-
raqlar, döyüşçü libasları, Naxçıvan Muxtar
Respublikasının müxtəlif illərdə qəbul
olunmuş konstitusiyaları, qədim pul ni-
şanlarının fotoşəkilləri muzeyin ekspozi-
siyasında yerləşdirilmişdir.
Ali Məclisin Sədri Azərbaycan Respub-
likasının Dövlət Himninin mətninin və dövlət
gerbinin təsvir olunduğu xatirə hədiyyələrini
muzeyə təqdim etmişdir.
Ərazidə meydana xüsusi gözəllik bəxş
edən terraslar yaradılmış, dekorativ ağac lar
əkilmiş, müasir işıqlandırma sistemi
qurulmuşdur.
Dostları ilə paylaş: |