Gənc əsgərlərin andiçmə
mərasimi olub
10-17 noyabr – beynəlxalq tələ-
bə-gənclər həftəsi ilə əlaqədar Nax-
çıvan Muxtar Respublikasında fəa-
liyyət göstərən ali və orta ixtisas
təhsili müəssisələrinin tələbələri ara-
sında keçirilən yarışlara yekun vurulub.
Noyabrın 17-də Yeni Azərbaycan
Partiyası Naxçıvan Muxtar Respublika
Təşkilatının Heydər Əliyev adına
Gənclər Birliyi, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri ya-
nında Gənclər Fondu və Gənclər və
İdman Nazirliyinin təşkilatçılığı ilə
keçirilən yarışların qaliblərinin mü-
kafatlandırılması mərasimi keçirilib.
Naxçıvan şəhərindəki
Gənc lər Mərkəzində təşkil
edilən təltifetmə mərasimin-
də, ilk olaraq, qonaqlara bey-
nəlxalq tələbə-gənclər həftəsi
ilə bağlı məlumat verilib.
Ardınca ötən həftə ərzində
keçirilən yarışların qaliblə-
rinə mükafatlar təqdim olu-
nub. Mükafatları qaliblərə Naxçıvan
Muxtar Respublikasının gənclər və
idman naziri Azad Cabbarov və
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri yanında Gənclər
Fondunun icraçı direktoru Məmməd
Babayev təqdim edib.
Qeyd edək ki, beynəlxalq tələ-
bə-gənclər həftəsində badminton,
şahmat, voleybol idman növləri üzrə
yarışlarla yanaşı, şən və hazırcavablar
klubları arasında müsabiqə, intel-
lektual oyun, “Müasir Azərbaycanın
gəncliyi” adlı rəsm müsabiqəsi təşkil
olunub.
Dostları ilə paylaş: |