Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında


xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix02.01.2022
ölçüsü2,25 Mb.
#1783
1   ...   6   7   8   9   10   11   12   13   14
xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə

sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hiss-

lərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ

etməkdir”.

     Tarixə nəzər yetirdikdə bir daha görürük ki, və-

tənpərvərlik  qəhrəmanlığın  əsasını  qoyan  amildir.

Biz  şanlı  tariximizlə,  əfsanəvi  qəhrəmanlarımızla

həmişə  fəxr  edirik.  Cavanşir,  Babək,  Şah  İsmayıl

Xətai, Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski,

Səmədağa  Mehmandarov,  Əliağa  Şıxlinski,  Həzi

Aslanov, Mübariz İbrahimov, Fərid Əhmədov  kimi

sərkərdələrimiz, igidlərimiz bugünkü nəslə nümunə

olublar.  Əsrlərin o üzündən gələn bir deyim də var

ki, müdrik kəlam kimi hər zaman diqqətimizi cəlb

edir: “Torpağı qoruyarsan, Vətən olar, qorumazsan,

kəfən”. 

    İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət

göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində

vətəndaş  hazırlığı  keçir.  Əsl  vətəndaş  dedikdə  bi-

lavasitə Vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət

edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan

nəzərdə  tutulur.  Vətəndaşlıq  tərbiyəsinin  mənbəyi

ailədir.  Təcrübə  göstərir  ki,  ailədə  vətəndaşlıq

tərbiyəsi  yalnız  özbaşına  axınla  kor-koranə  deyil,

planlı,  sistemli,  məqsədli  şəkildə  təşkil  olunanda

müsbət nəticə əldə edilir. Uşaqların vətəndaşlıq tər-

biyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə

yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur.

Onlar  nizam-intizamlı,  savad lı  olmalı,  Vətəninin

tarixini,  coğrafiyasını,  mədəniyyətini,  milli  adət-

ənənələrini bilməli, Vətəni sevməlidirlər. 

    Ekspertlər belə hesab edirlər ki, mənəviyyat tər-

biyəsini  qiymətləndirmək  üçün  uşaqlarda  yaxşını

pisdən  ayırmaq,  həqiqətə,  ədalətə,  insanlara  – bö-

yüklərə,  ailə  üzvlərinə  hörmət  etmək  kimi  insani

keyfiyyətlər  aşılanmalıdır.  Onların  davranış  xüsu-

siyyətləri uyğun qiymətləndirilməli, yaxşı davranış

və  qarşılıqlı  əlaqə  təmin  olunmalıdır. Azərbaycan

Respublikasında  hüquqi,  demokratik  dövlət  quru-

culuğu  inkişaf  etdikcə,  vətənpərvərlik  tərbiyəsinə,

o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpər-

vərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. 

   Burada  xalqımızın  tarixinə  “Qanlı  şənbə”  kimi

daxil olmuş 20 Yanvar hadisələrini xatırlamaq va-

cibdir. Şər imperiyası milli hərəkatı, milli şüuru 70

il ərzində   amansızlıqla boğmuşdu. Ancaq Azərbaycan

xalqı sübut etdi ki, onun milli qüruru  sınmayıb. O

vaxt  Bakıya qoşun yeridilməsini fürsət bilən erməni

qəsbkarları  Naxçıvan  Muxtar Respublikasını işğal

etmək üçün hücum planını işə saldılar. Ancaq qəh-

rəman naxçıvanlılar yumruq kimi birləşərək düşmənə

layiqli  cavab  verdilər.    İndi  azadlıq  aşiqlərinin

uyuduğu Bakının Dağüstü parkındakı və Naxçıvan-

dakı  Şəhidlər xiyabanları xalqımızın ziyarətgahına,

and yerinə çevrilibdir. 

    Tarixin ibrət dərsləri unudulmur; qanlar bahasına

qazanılanların qədrini bilməyə, Vətəni göz bəbəyi

kimi qorumağa səsləyir, bu yolda can qurban etməyə

ürəkləndirir.  Bu  mənada  gənclərin  vətənpərvərlik

tərbiyəsində dövlət rəmzlərinin təbliği mühüm əhə-

miyyətə malikdir. Bir çox ölkələrdə bayrağa, gerbə

və himnə, milli bayramlara hörmət hisslərinin möh-

kəmləndirilməsi  vasitəsilə  gənclərdə  vətənpərvər -

lik amalının formalaşdırılması üçün məqsədyönlü

iş aparılır. Azərbaycanda, o cümlədən onun ayrılmaz

tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar  Respublika -

sın da da bu istiqamətdə əsaslı işlər görülür. Naxçı -

van şəhərinin ən yüksək məkanında Dövlət Bayra -

ğı Meydanı və Muzeyinin yaradılması buna bariz

nümunədir.  

    Tarixi həqiqət ondan ibarətdir ki, hər xalqa ən ali

dəyərlərini özündə ehtiva edən bayrağını dalğalandıra

bilmək nəsib olmur. Bu baxımdan bizim xalqımız

xoşbəxt  xalqdır.  Dövlətçilik  ənənələri  hələ  qədim

dövrlərdə  mövcud  olmuş  etnik-siyasi  özünütəşkil

mədəniyyətinə  söykənən  Azərbaycan  xalqının  bu

gün  müstəqil  bayrağa  malik  olması  da  onun  xoş-

bəxtliyi və həm də mənəvi haqqıdır. Çünki o bayrağı

yenidən  dalğalandıra  bilmək  səadəti  xalqımızın

azadlığa  bəslədiyi  sevgidən  qaynaqlanan  əzmkar

və davamlı mübarizəsi ilə çoxsaylı qurbanlar bahasına

gerçəkliyə dönüşübdür.

    Bayrağımızı hər bir azərbaycanlının qürur mən-

bəyinə çevirən də bu müqəddəs rəmzin – xalqımızın

mübariz  ruhunun  simvolu  olmasıdır.  Bu  mübariz

ruh Azərbaycan xalqının yenilməz mənəviyyatının

bütün  tarixi  dövrlərdə  zühur  edən  ən  canlı  və  ən

şanlı təcəssümüdür. Bu ruh xalqımızın tarixi boyunca

nəsildən nəslə ötürülmüş, zaman-zaman öz qüdrətini

daha da artırmışdır. Məhz mübarizlik və yenilməzlik

ruhu  sayəsində  tarixin  bütün  dönəmlərində  Azər-

baycan  dövlətçiliyi  öz  kökləri  ilə  keçmişinə  bağlı

olmuş, tarixi ilə birgə yaşamağı, əski dövrü ilə yeni

dövrünün  vəhdətini  yaratmağı  bacarmışdır.  Ona

görə  də  Azərbaycan  dövlətçiliyi  milli  siyasət  və

ideologiyanın ən mühüm simvolu olan tarixi bayraq

ənənəsində də özünün maddi, mənəvi və siyasi mə-

dəniyyətinin əsas özəlliklərini, başlıcası isə ölməz

milli ruhunu bu gün də yaşatmaqdadır. 

    Böyük şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq”

şerində deyildiyi kimi:



    Üçrəngli bayrağın kölgəsində mən

    Qaraca torpağı Vətən görmüşəm.

    Zəfər güllərini dövri-qədimdən

    Bayraq işığında bitən görmüşəm.

    Bayraq mənliyimdir, bayraq kimliyim,

    Bayraq – öz yurduma öz hakimliyim.

    Bayrağımız  milli  vəhdətimizin  rəmzidir.  Bu

vəhdət bizim üçrəngli bayrağımızı daha uca zirvələrə

qaldıracaq və onu Qarabağa, Şuşaya və Xankəndinə

daşıyacaqdır. Azərbaycanın əbədi varlığını təcəssüm

etdirən bayrağımız bir daha nəinki enməyəcək, müs-

təqilliyimizin  və  tərəqqimizin  ulduzu  kimi  daim

parlayacaq!

                                                         -


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin